Qalakend - Wikipedia
Qalakənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Miskinli kənd inzibati ərazi dairəsində kənd.[1]
Qalakənd | |
---|---|
40°29′28″ şm. e. 45°45′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəXIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və Qalakənddə 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. Burada əksəri azərbaycanlılar olmaqla yanaşı, ruslar, almanlar, yunanlar, bolqarlar, rumınlar, italyanlar və başqaları işləyirdilər. Qalakənd misəritmə zavodu Avropada ən böyük metallurgiya mərkəzlərindən birinə çevrildi. 1883-cü ildə Qalakənddə İkinci misəritmə zavodu işə düşdü. Həmin illərdə Gədəbəy və Qalakənd misəritmə zavodlarında odun yanacağı maye yanacağı ilə, yəni mazut və neftlə əvəz edildi. 1887-ci ildə Zaqafqaziyada birinci olaraq Qalakənd HES işə salındı və burada iri balıqçılıq təsərrüfatı yaradıldı. Qalakənd Misəritmə Zavodunda dünyada birincilər sırasında Siemens-Billiter elektroliz laboratoriyası quraşdırıldı və bu üsulla təmiz mis əldə edilməyə başlanıldı. 1891-ci ildə Qalakənd zavodunda elektroliz yolu ilə qızıl və gümüş istehsal olunurdu. Qazma işləri əvvəllər əllə aparılırdısa, 1893-cü ildən almazla, 1902-ci ildən isə bu işlər elektriklə görülmüşdür. Müxtəlif səbəblərə görə 1914-cü ildə Siemens qardaşlarının Gədəbəy-Qalakənd bölgəsində fəaliyyətləri başa çatmışdır.[2]
Toponimikası
redaktəŞəmkir çayının sahilində, Şahdağ silsiləsinin ətəyindədir. XIX əsrdə kənd Qarabulaq (indiki Rüstəm Əliyev) kəndində ucalan dağın zirvəsindəki Koroğlu qalasına görə belə adlanmışdır. Bəzi tədqiqatçılara görə, həmin qalanın adı Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında qeyd etdiyi Pərisuz olmuşdur.[3]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 174 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qalereya
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Alternativ və Bərpaolunan Enerji Mənbələrindən İstifadə". 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629