Qarabag Xan Sarayi Deqiqlesdirme - Wikipedia
Qarabag Xan Sarayi Deqiqlesdirme - Wikipedia - Haqqında Məlumat
Qarabağ xan sarayı sözü bir çox mənada istifadə olunur. Lazımi mənanı dəqiqləşdirmək üçün bu səhifədəki siyahıdan istifadə edin. |
Qarabağda xan ailəsi üzvlərinə məxsus saraylara verilən ümumi addır. Bu ad daha çox Pənahəli xanın sarayına aid edilsə də, bəzən xan ailəsinə aid digər saraylar da belə adlandırılırdı.
- Qarabağ xan sarayı və ya Pənahəli xanın sarayı — Şuşa qalasının cənub-şərq hissəsində yerləşən saray kompleksidir. Qarabax xanlarının əsas iqamətgahı olmuşdur.
- İbrahimxəlil xan sarayı — Şuşa qalasında yerləşmiş tarixi saray olmuşdur. Dövrümüzə çatmamışdır.
- Qaraböyük xanım sarayı — Şuşa qalasının cənub-şərq hissəsində yerləşən saraydır. 1768-ci ildə inşa edilmişdir. Yaxşı vəziyyətdə XX əsrə kimi çatmışdır.
- Məhəmmədhəsən ağa sarayı — Şuşa qalasının cənub-şərq hissəsində yerləşən saraydır. İbrahimxəlil xanın oğlu Məhəmmədhəsən ağa üçün inşa edilmişdir. Ağaməhəmməd şah Qacar Şuşada olduğu vax bu sarayda yaşamış və öldürülmüşdür.
- Xan qızı Natəvanın evi — Şuşada Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın sifarişi ilə inşa edilmiş saraydır.