Qorilla - Wikipedia
Qorilla (lat. Gorilla) — müasir primatlar dəstəsinin ən geniş yayılmış nümayəndələrindən olan meymun cinsi. Qorilla DNT-si insan DNT-sinə çox bənzəyir, 95% ilə 99% arasında eynidir. Qorillalar şimpanze və bonobolardan sonra ən yaxın qohumlarımızdır. Qorillaların iki əsas növü var: Şərq Qorillası və Qərb Qorillası.
Qorilla | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Qranddəstə: Mirdəstə: Dəstə: Yarımdəstə: İnfradəstə: Parvdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Qorilla |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Qorillalar yaşayan ən böyük primatlardır. Onların boyu 1,25 ilə 1,8 metr, çəkisi 100 ilə 270 kq, qollarının uzunluğu 2,6 metrə çata bilər. Dişi qorillalar daha kiçikdir, adətən erkək qorillaların yarısı qədərdir. Qorillalar qoşun adlanan qruplarda yaşayırlar. Qoşunların liderinə "silverback" deyilir. Bu liderlər boz tüklü belləri olan iri yetkin erkək qorillalardır. Şərq qorillası qərb qorillasından daha tünd tükə malikdir. Bədənlərində bir neçə kiçik fərq olur. Qorillalar təbiətdə 35–40 il yaşayırlar.
Qorillalar Sub-Sahara Afrikasının tropik və subtropik meşələrində yaşayırlar. Onlar əsasən meyvə-tərəvəzlə qidalanırlar. Bəzən qarışqalar və termitlər kimi kiçik həşəratları da yeyirlər. Ət yemirlər. Qorillalar ümumiyyətlə dinc varlıqlardır, lakin onlar və ya ailələri təhlükə altında olarsa, aqressivləşə bilərlər. Qorillalar dik durur və onlara yaxınlaşanları qorxutmaq üçün bərkdən bağırıb sinələrini döyürlər. Qorillalar bir-biri ilə ünsiyyət qurmaq üçün səslər çıxarırlar. Duyğu və niyyətlərini ifadə edərkən bədən dili və üz ifadələrindən istifadə edirlər.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1999.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
Heyvan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |