Qulam Mirze Serifzade - Wikipedia
Qulamrza Şərifzadə və ya Qulamrza Şərifov (1884, Şamaxı −1942, İstanbul) — aktyor, rejissor, naşir və siyasətçi. 1919–1920-ci illərdə Azərbaycan Dövlət Teatrının direktoru olub.
Qulamrza Şərifzadə | |
---|---|
| |
Azərbaycan Dövlət Teatrının direktoru | |
avqust 1919 – 27 aprel 1920 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1884 |
Doğum yeri | |
Vəfat tarixi | 1942 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | aktyor, naşir, mühəndis, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Aprel işğalından sonra mühacirətə gedib və Müsavatın Tehran komitəsinin yaradıcılarından, Azərbaycan Mühacirləri Yardımlaşma Cəmiyyətinin fəal üzvlərindən olub.
Aktyor, rejissor və repressiya qurbanı Abbasmirzə Şərifzadənin böyük qardaşıdır.
Həyatı və fəaliyyəti
redaktəİlk illəri
redaktəQulamrza Mirzə Əbdülrəsul oğlu Şərifzadə 1884-cü il də Şamaxının Yuxarı Qala məhəlləsində ailəsində anadan olub.[1] 1902-ci ildə Şamaxıda baş vermiş dağıdıcı zəlzələdən sonra ailəsi şəhəri tərk edib Bakıya köçüb.
Abbasqulu Kazımzadə ilə birlikdə naşirliklə məşğul olub, kitablar, açıqcalar çap ediblər.[2] Fəaliyyət göstərdikləri mağaza həm də gizli yığıncaq yeri olub.[3] Qulamrza Şərifzadə1914-cü ildən 1920-ci ilə qədər Bakıda Azərbaycan dilində çap olunan siyasi-ictimai, ədəbi həftəlik Bəsirət qəzetinin naşiri olub.[4][5][6]
Naşirliklə yanaşı teatr xadimi və aktyor kimi də tanınıb.[7] 1907-ci ildə "Nicat" Cəmiyyətinin səhnəyə qoyduğu Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" əsərinin tamaşasında Qulamrza Şərifzadə Hüseynqulu Sarabski ilə birlikdə Cəfərqulu xan obrazını oynayıb.[7][8] 1909-cu ildə formalaşdırılmış "Nicat" cəmiyyətinin teatr truppasına daxil olub.[9] "Ənuşirəvani-Adil", "Molla Nəsrəddin" adlı pyeslər yazıb.[7] Hüseyn Bədrəddinin "Əmir Əbül Üla", Məhəmməd Rüfətin "İbrahim bəy", Məhəmməd Ehsanın "Cövdət bəy" əsərlərini teatr üçün tərcümə edib.[7][9] 1910-cu ildə yazdığı "Molla Nəsrəddin" əsəri oynanılıb. 1910-cu ilin 30 noyabrında "Nicat" cəmiyyəti aktyor Cahangir Zeynalovun səhnə fəaliyyətinin 25 illiyi münasibətilə yubileyini qeyd edib.[7] Yubiley gecəsində aktyoru bütün müsəlman dram dəstəsi adından Qulamrza Şərifzadə təbrik edib.[10] Birinci Dünya müharibəsi dövründə Azərbaycandan Türkiyəyə qardaş yardımı ediləndə Qulamrza Şərifzadə xüsusilə fərqlənib.[7] Qardaşı ilə birlikdə çıxış etdikləri tamaşaların məramnamələrində Qulamrza Şərifzadənin adı "Şərifzadə-1", Abbasmirzə Şərifzadənin adı isə "Şərifzadə-2" yazılırdı.[11]
Azərbaycan Cümhuriyyəti yarandıqdan sonra 1919-cu ilin avqust ayında Türk Dövlət Teatrı təsis edilir.[7] Qulamrza Şərifzadə isə teatrın direktoru təyin olunub.[12][13]
Mühacirətdə
redaktəSovet işğalından sonra Qulamrza Şərifzadə, Məhəmməd Əli Rəsulzadə və Cəfər Cəfərovla birlikdə Müsavatın Tehran komitəsini yaradıblar.[14][15] Musa Qasımlının yazdığına görə 1922–1926-cı illərdə Müsavatın İrandakı əsas ocağı Tehran şəhərində olub.[16][17] Mühacirlər tərəfindən burada "Azərbaycan Mühacirləri Yardımlaşma Cəmiyyəti" yaradılıb.[7] Cəmiyyət mühacirlərə maddi-mənəvi dəstək olmaq, onlara iş tapmaq, xəstəxana ehtiyaclarını qarşılamaq, mədəni fəaliyyətləri təşkil etmək və digər işlərlə məşğul olub.[16] Qurumun qeyri-rəsmi əsas fəaliyyəti isə İran-Azərbaycan sərhədinə dirənişçi dəstələr yığmaq, bolşeviklər əleyhinə təbliğat aparmaq olub.[16] Cəmiyyətin rəhbəri Məhəmmədəli Rəsulzadə, onun ən yaxın silahdaşı isə Qulamrza Şərifzadə olub.[18] Sovet işğalına qarşı fəaliyyət göstərdiyi üçün daim təqib olunub.[7] 1930-cu ildə Bakıda çap edilən qəzetlərin birində Azərbaycan Cümhuriyyətinin sayılan şəxsiyyətləri ilə birlikdə Şərifzadə də təhqir olunub, karikaturası çəkilib, ona təhqiramiz şeir həsr olunub.[7]
Qulam Mirzə Şərifzadə bir müddət İranda yaşayıb, sonra Türkiyəyə köçüb. O, 1942-ci ildə İstanbulda dünyasını dəyişib.[19] Məzarı Fəriköy qəbiristanlığında yerləşir.[19]
Xatirəsi
redaktə● 2018-ci ildə Feriköy məzarlığında baxımsız qalan bir çox azərbaycanlının məzarı, o cümlədən Qulamrza Şərifzadənin məzarı təmir olunub. Məzarlığın girişində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə Cümhuriyyət qurucularının xatirəsinə abidə ucaldılıb. Abidənin üzərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının rəsmi “Bir millət, iki dövlət” ifadəsi, məzarlıqda uyuyan Cümhuriyyət qurucularının, o cümlədən Qulamrza Şərifzadənin adı yerləşdirilib.
● 2024-cü ildə müəllifi Dilqəm Əhməd olan "Son mənzili İstanbul olan azərbaycanlılar" kitabı işıq üzü görüb. Kitabda Qulamrza Şərifzadə haqqında da məlumat yer alıb.
Ailəsi
redaktəQulamrza Şərifzadə Mirzə Rəsul Şərifzadənin və Fərrux bəyimin ailəsində anadan olub.[1] Atası Mirzə Rəsul Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-Cədid" məktəbində dərs deyib.[20] Anası isə evdar qadın olub.[21]
Qardaşı Abbas Mirzə Şərifzadə "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında aktyor və rejissor kimi fəaliyyət göstərib.[22]1937-ci ildə Azərbaycan SSR XDİK tərəfindən həbs olunaraq casusluqda ittiham olunub və güllələnib.[23]
İstinadlar
redaktə- ↑ 1 2 Əhməd, Dilqəm. Mühacirlər Güney Azərbaycanda (1921-1941) (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 103. ISBN 978-9952-5661-5-4.
- ↑ Əhməd, Dilqəm. Bir ildən yüz ilə (az.). İstanbul: TEAS Press. 2018. 33. ISBN 978-9952-310-47-4.
- ↑ "Məzar daşına Namiq Kamalın misrası yazıldı – Cümhuriyyət deputatının həyat hekayəsi". Teleqraf.com (az.). 2021-07-28. İstifadə tarixi: 2024-10-25.
- ↑ Gülbəniz Babayeva. "Milli mətbuatımızın "Bəsirət"i" (az.). 525-ci qəzet. 2020-08-08. 2023-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
- ↑ Qərənfil Quliyeva. Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918–1920-ci illər) (PDF). Bakı: Elm (nəşriyyat). 2011. səh. 44. 2023-07-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (az.). I. Bakı: Lider nəşriyyatı. 2004. 276. ISBN 9952-417-14-2. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "Cümhuriyyətin teatr müdiri – Unudulmuş mühacir". Teleqraf.com (az.). 2019-03-13. İstifadə tarixi: 2024-10-25.
- ↑ Rəhimli, İlham. Azərbaycan teatr tarixi (PDF) (az.). Bakı: Çaşıoğlu. 2005. 59. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-21.
- ↑ 1 2 Rəhimli, İlham. Azərbaycan teatr tarixi (PDF) (az.). Bakı: Çaşıoğlu. 2005. 60. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-21.
- ↑ Rəhimli, İlham. Azərbaycan teatr tarixi (PDF) (az.). Bakı: Çaşıoğlu. 2005. 80. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-21.
- ↑ Rəhimli, İlham. "Xalq düşməni kimi güllələnən Xalq artistimiz". Kulis.az (az.). 2016-12-22. İstifadə tarixi: 2024-10-21.
- ↑ "İlk dövlət teatrımız, 100 yaşına xoş gəldin!". medeniyyet.az (az.). 2019-10-23. 2024-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-21. (#first_missing_last)
- ↑ Rəhimli, İlham. Azərbaycan teatr tarixi (PDF) (az.). Bakı: Çaşıoğlu. 2005. 88. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-21.
- ↑ Əhməd, Dilqəm. Mühacirlər Güney Azərbaycanda (1921-1941) (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 56. ISBN 978-9952-5661-5-4.
- ↑ İbrahimli, Xaləddin. Azərbaycan mühacirəti tarixi (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2012. 96. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-28.
- ↑ 1 2 3 Əhməd, Dilqəm. Mühacirlər Güney Azərbaycanda (1921-1941) (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 28. ISBN 978-9952-5661-5-4.
- ↑ Qasımlı, Musa. Azerbaycan Türklerinin millî mücadele tarihi, 1920-1945 (türk) (I). İstanbul: Kaknüs. 2006. 480.
- ↑ Əhməd, Dilqəm. "Təbrizdəki cənazə mərasiminə üç min nəfər qatıldı – İran mühacirəti". Teleqraf.com (az.). 2022-06-17. İstifadə tarixi: 2024-10-21.
- ↑ 1 2 Əhməd, Dilqəm. Bir ildən yüz ilə (az.). İstanbul: TEAS Press. 2018. 34. ISBN 978-9952-310-47-4.
- ↑ "Səhnəmizin ilk Hamleti - Abbas Mirzə Şərifzadə". kaspi.az (az.). 2021-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-25.
- ↑ "Abbas Mirza Sharifzade". teatrittifaqi.az (ingilis). 2024-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-25.
- ↑ Rəhimli, İlham. Azərbaycan teatr tarixi (PDF) (az.). Bakı: Çaşıoğlu. 2005. 120. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-21.
- ↑ Astanbəyli, Elnur. "Abbas Mirzə Şərifzadənin güllələnməsi". azlogos.eu. 2020-08-16. İstifadə tarixi: 2024-10-25.