Qurqen Qabrielyan - Wikipedia
Qurqen Qabrielyan (erm. Գուրգեն Արտեմի Գաբրիելյան; 11 iyun 1927[1], Xanyeri, Əsgəran rayonu[d] – 15 noyabr 2005[1], Xankəndi) — erməni şair və yazıçı. Qarabağdakı erməni separatizminin öncüllərindən. 1986-cı ildə Azərbaycan SSR-nın əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.
Qurgen Qabrielyan | |
---|---|
Doğum tarixi | 11 iyun 1927[1] |
Doğum yeri | |
Vəfat tarixi | 15 noyabr 2005[1] (78 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, uşaq ədəbiyyatı yazıçısı |
Vikianbarda əlaqəli mediafayllar |
Qurqen Qabrielyan 1927-ci ildə Xocalı rayonunun Xanyeri kəndində anadan olmuş, 2005-ci ildə Xankəndi şəhərində vəfat etmişdir. Əsərlərindən bəziləri Azərbaycan dilinə tərcümə edilmişdir.
1949-cu ildə ikiillik Xankəndi Pedoqoji İnstitunda təhsilini başa vurmuş, 1954-cü ildə Azərbaycan Pedoqoji İnstitutunun Filologiya şöbəsində qiyabi oxumuşdur.
1940–1950-ci illərdə Xocalının Badara kənd məktəbində erməni dili və ədəbiyyatı müəllimi işləmişdir.
1950–1960-cı illərdə Xocalının Yemişcan kəndində müəllim fəaliyyətinə davam etmişdir.
1960–1963-cü illərdə, Xankəndi Xalq Yaradıcılıq Evinin direktoru, 1963–1966-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mədəniyyət Şöbəsinin direktoru, 1971–1974-cü illərdə Radio redaktoru, 1974–1976-cı illdər Xankəndidə Maksim Qorki adına Erməni dram Teatrının direktoru, 1978–1988-ci illərdə isə "Sovet Qarabağı" (rus. Советский Карабах) qəzetinin mədəniyyət şöbəsinin müdiri vəsifələrində işləmişdir.
1996-cı ildən Xankəndidə yerləşən Hovannes Tumanyan adına kitabxananın müdiri olmuşdur.
Əsərləri
redaktəAzərbaycan dilinə tərcümə edilmiş əsərləri
redaktə- "Mən ki uşaq deyiləm", "Gənclik", 1974, Bakı, tərcüməçi: İlyas Tapdıq
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Գաբրիելյան Գուրգեն Արտեմի // http://am.hayazg.info/index.php?curid=2002.