Revvadiler - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rəvvadilər dövləti — 981–1065-ci illərdə cənubi Azərbaycan ərazisində əsası Əbülhica tərəfindən qoyulmuş, paytaxtı əvvəlcə Ərdəbil sonra isə Təbriz olmuş dövlət.
Tarixi dövlət | |
Rəvvadilər | |
---|---|
|
|
Paytaxt | Təbriz |
Rəsmi dilləri | fars dili, qədim azəri dili |
Dövlət dini | İslam |
İdarəetmə forması | Monarxiya |
Sülalə | Rəvvadilər |
Davamiyyət | |
→ | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəSalarilər hakimiyyətinin zəiflədiyi dövrdə qüvvətlənən Təbriz, Marağa və Əhər hakimi Əbülhica 981-ci ildə Salarilər dövlətinin sonuncu hökmdarı İbrahim ibn Mərzbanı (962–981) taxtdan salıb Rəvvadilər dövlətinin əsasını qoydu.
Bu sülalənin soykökü qədim ərəb nəsillərindən birinə bağlanırdı. Xilafət işğalları zamanı Azərbaycanın Güney bölgələrinə də çoxlu ərəb köçürülmüşdü. Ərdəbil, Təbriz, Marağa, Qaradağ və Əhər bölgələrində müxtəlif ərəb nəsilləri yurd salmışdılar. Onlardan biri də əzdilər nəsli idi. Bu nəslin banisi əslən Yəmənli olan ər-Rəvvad əl-Əzdi idi. Azərbaycanda məskən salmış başqa ərəb nəsilləri kimi Rəvvadilər də yerli əhali ilə qaynayıb-qarışmışdılar. Hələ VIII yüzilin sonlarında yarımmüstəqil dövlətə çevrilmiş Rəvvadi əmirliyi zaman-zaman tamamilə müstəqilləşir, az qala Azərbaycanın bütün cənub torpaqlarını öz nəzarəti altında saxlayırdı.
Salariləri məğlubiyyətə uğratdıqdan sonra Rəvvadilər Azərbaycanın Güney torqaqlarını qəti olaraq öz hakimiyyətləri altında birləşdirdilər. Bundan başqa Rəvvadilər Muğan hakimi Sipəhbudu məğlub edib özlərindən asılı vəziyyətə saldılar.
Tarixən məlumdur ki, 1028-ci ildə sultan Mahmud Qəznəviyə (998–1030) qarşı qaldırılmış uğursuz qiyamdan sonra təqribən iki min oğuz çadırı (ailəsi) qərbə qaçmışdı. Hökmdar Vəhsudan (1020–1059) oğuzların Rəvvadilər dövlətində sığınacaq tapmış hissəsini dostcasına qarşılamış, onlara torpaq payı vermişdi. Qaçqınları öz təbəəliyinə qəbul edən Vəhsudan onlardan Bizans imperiyasına, eləcə də digər iri feodallara qarşı mübarizədə istifadə etmək niyyətində idi. Rəvvadi hökmdarları Azərbaycanda ilk dəfə XI əsrin 30-cu illərində görünən səlcuqlardan da bu məqsədlə istifadə etdilər.
1054–1055-ci ildə sultan Toğrul bəyin başçılığı altında Azərbaycana yürüş edən səlcuq qoşunları Təbriz şəhərinə yaxınlaşdılar. Rəqibin qüdrəti qarşısında acizliyini dərk edən Rəvvadi hökmdarı Vəhsudan, Toğrul bəyin hakimiyyətini tanıyır, adına xütbə oxunmasını əmr edir, sultana qiymətli hədiyyələr verir. Beləliklə, Rəvvadi hökmdarları da Səlcuq təbəəliyini qəbul etdilər.
Rəvvadilər ölkənin paytaxtını Ərdəbildən Təbrizə köçürdülər. Bu, mütərəqqi bir addım idi. Çünki Təbriz bütün Azərbaycan torpaqlarının iqtisadi, siyasi və mədəni baxımdan birləşdirilməsi üçün çox əlverişli mövqedə yerləşmişdi. Müxtəlif Şərq ölkələrini Aralıq dənizi və Qara dəniz sahilləri ilə, həmçinin Dərbənd keçidi vasitəsilə Volqaboyu və Şərqi Avropa ilə birləşdirən beynəlxalq karvan yollarının qovşağında yerləşən Təbriz Rəvvadilərin hakimiyyəti illərində böyüyüb abadlaşdı.
Təqribən bir əsr hakimiyyətdə qalmış Rəvvadilər sülaləsi Səlcuqilərin əli ilə siyasi fəaliyyətlərinə uzun müddət ara verirlər. Bütün Cənubi Qafqaz bölgəsi Orta Asiyadan Aralıq dənizinə, Qafqazdan İran körfəzinədək geniş ərazini tutan Səlcuq dövlətinin tərkibinə daxil olur.
Siyasi hakimiyyətlərini əldən vermiş Rəvvadilər uzun illər öz əvvəlki qüdrətini geri qaytara bilmədilər. Yalnız 1107–1108-ci il hadisələri ilə əlaqədar mənbələrdə Azərbaycanın cənub-qərb torpaqlarına sahib olan Marağa hakimi Əhmədili ibn İbrahim ibn Vəhsudan ər-Rəvvadinin adı çəkilir. Onun hakimiyyət dövrü tarixə Əhmədililər sülaləsinin hakimiyyəti dövrü kimi daxil olmuşdur. 1111–1112-ci ildə Əhmədili Mosul, Diyarbəkr, Xilat və başqa yerlərin hakimləri ilə birlikdə Suriya ərazisində xaçpərəstlərə qarşı aparılan döyüşdə iştirak etmişdir. 1116–1117-ci ildə Əhmədili Bağdadda xəlifə sarayında batinilərdən biri tərəfindən öldürülür. Beləliklə, Rəvvadilər sülaləsi siyasi tarix səhnəsindən çıxır.
Yalnız Marağada Əhmədilinin qulamı Ağsunqur hakimiyyəti əlində saxlaya bilir. Rəvvadilərin davamı olan Ağsunquri hakimləri atabəy titulunu daşımış, öz mülklərini monqol işğalınadək əllərində saxlaya bilmişlər.
Qalereya
redaktəDörd Qəbirlər: Təbrizdə Rəvvadi hökmdarlarının türbəsi.