Radiometriya - Wikipedia
— Azərbaycanda radiometriyanın əsası XX əsrin 1-ci yarısında qoyulmuşdur.
Haqqında
redaktə1914 ildə Bibiheybət sahəsində ilk neft-mədən laboratoriyası yaradılmış və Bakı neft mədənlərində neft-lay sularınm radioloji tərkibinin öyrənilməsi üzrə müşahidələr aparılmışdır. XX əsrin 30-cu illərində radium yataqlarının axtarışı məqsədilə Balaxanı, Sabunçu, Ramana, Suraxanı, Pirallahı neft yataqlarının lay suları, Qaraçuxur və Xırdalanda qazılan kəşfiyyat quyularından çıxarılan süxur nümunələri analiz edilmiş, buruq sularında radiumun miqdarı öyrənilmişdir. “Bibiheybət” yatağında Məhsuldar qatın iki horizontunun sularında radium aşkar olunmuş və onun konsentrasiyasının dərinlikdən asılı olaraq azaldığı müəyyən edilmişdir. Müxtəlif üzv Heydər Əfəndiyev Kiçik Qafqazın İstisu ərazisindəki mineral bulaqların sularını tədqiq etmiş və radiumlu suların həm də turş maqmatik süxurların inkişaf etdiyi ərazilərdə yayıldığını müəyyənləşdirmişdir. XX əsrin 40-cı illərindən radioaktiv filizlərin sistemli axtarışına başlanılmış və bütün geoloji-geofiziki işlər radioaktivliyin ölçülməsi ilə müşayiət olunmaqla radioaktiv xammalın paralel və kütləvi axtarışı həyata keçirilmişdir. Respublikanın ayrı-ayrı regionlarının uranlılıq səciyyəsi öyrənilmiş, geoloji məsələlərin həllində radiometrik üsulların perspektivliliyi əsaslandırılmış və neft mədənlərində, yod zavodlarının ətrafında radioaktivliyi yüksək olan sahələr müəyyən edilmişdir. 1960-1970 illərdə müxtəlif üzv İlyas Həsənov və başqaları tərəfindən neft-qaz geologiyası sahəsində radiometrik üsulların tətbiqi həyata keçirilmiş və bəzi rayonlar aeroqamma planaalma üsulu ilə tədqiq olunmuşdur. Alınmış nəticələr yerüstü radiometrik üsullarla dəqiqləşdirilmiş və neftli-qazlı strukturların qaınma sahələrində mənfi anomaliyalarla əks olunması müəyyən edilmişdir.
Neftli strukturlar üzərində radiogeokimyəvi anomaliyaların təbiətinin öyrənilməsi məqsədilə aparılmış tədqiqatlar nəticəsində Kaynozoyun çökmə süxurlarında radioaktiv elementlərin pavlanma qanunauyğunluqları miiəyyən edilmişdir. Yer təkinin pozulma zonaları səthdə qamma-sahələrin müsbət anomaliyalarla, neftli-qazlı strukturların isə mənfi anomaliyalarla əks olunması aşkar edilmişdir. Bir sıra seysmoloji məsələlərin həllində, o cümlədən, zəlzələlərin proqnozlaşdırılmasında radiometrik məlumatlardan istifadə olunmağa başlanılmışdır.
1970-1990 illərdə seysmik-aktiv zonalarda radioaktiv sahələrin variasiyaları və radiometrik məlumatlar əsasında Yer qabığının dərinlik quruluşunun modelləşdirilməsinə aid tədqiqatlar aparılmışdır. Radio-ekologiya sahəsində aparılan tədqiqatlar, neft mədənlərində və Bakının ayrı-ayrı sanaye obyektlərində ionlaşdırıcı mənbələrin istifadəsi ilə əlaqədar yaranan radioaktiv sahələrin öyrənilməsi lexniki mənşəli radionuklidlərlə çirklənmiş sahələri aşkar etməyə imkaıı vermişdir. AMEA Geologiya İnstitutunda Yer səthində alfa-şüalanmanın variasiyasının öyrənmək məqsədilə yeni cihaz kompleksi işlənib hazırlanmış və Geofizika Elmi Mərkəzi ilə birlikdə kompüter texnikası bazasında qammaspektrometrik analiz qurğusu - SARİ-I yaradılmışdır.
1990 ildən başlayaraq ətraf mühitin radiasion vəziyyətinə nəzarətin təşkili üzrə metodiki işlər aparılmış və Abşeron yarımadasınm radiasion vəziyyəti və radionuklidlərlə çirklənmiş ayrı-ayrı sahələr tədqiq edilmişdir. Alnmış məlum atlar əsasında Azərbaycanın depressiya zonalarının (Kür çökəkliyi, Xəzəryanı-Quba zonası, Abşeron yarımadası) 1:200000 miqyaslı qamma-sahə xəritələri tərtib olunmuş və bu sahələrin tektonik aktivlik və geolojı quruluş haqqında informasiya daşıyıcısı olduğu təsbit edilmişdir. Son illərdə radiostratiqrafiya və palçıq vulkanlarının radiometriyası üzrə stratiqrafik kəsilişlərdə istinad horizontları, quru və dəniz vulkanlarında radiasiya fonunun müxtəlifliyi müəyyən edilmişdir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Milli Ensiklopediysı" (PDF). 2016-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-25.