Raps - Wikipedia
Raps (lat. Brassica napus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü.
Raps | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Raps |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yağ alınan əhəmiyyətli bitkidir. XX əsrin sonlarında bu bitkidən biodizel alınması üçün istifadə olunması onun əhəmiyyətini bir qədər də artırıb.
Əhəmiyyəti
redaktəYazlıq raps payızlıq raps qədər əhəmiyyət kəsb edir. Onun toxumlarının tərkibində 35-45% yarım-quruyan (yod ədəi 101) yağ, 21% zülal və 17-18%-ə qədər karbo-hidratlar vardır. Yazlıq raps yağı adətən texniki məqsədlər üçün istifadə olunur. Bu yağlar sabunbişirmə, toxuculuq, lak-boyaq, metallurgiya və digər sənaye sahələrində işlənir. Tərkibində eruk (35-40%) və linolen (10-13%) turşuları çox olduğuna görə qidalılıq dəyəri çox aşağıdır. Tərkibində eruk turşuları olmayan sortları yüksək dad keyfiyyətinə görə fərqlənir və qida sənayesində və sənayenin digər sahələrində geniş istifadə olunur. Yazlıq rapsın jmıxının tərkibində çoxlu (38-40%-ə qədər) amin turşuları ilə balanslaşdırılmış şəkildə zülal vardır. Tərkibində lizinin miqdarı 6,1%-ə çatır, lakin onun yemlik dəyəri aşağıdır. Tərkibində 6%-ə qədər zərərli qlükozidlər vardır ki, bu da ona acı dad verir. Bu qlükozidlər qalxanvarı vəzin fəaliyyətinə (xüsusən donuzlarda və quşlarda) əks təsir göstərir. Ona görə də onunla qidalandırma kiçik dozalarda və xüsusi işlənmələrdən sonra aparılmalıdır. Tərkibində eruk turşuları və qlükozidlər az olan sortları heyvan orqanizminə əks təsir göstərmir. Yazlıq rapsın yaşıl kütləsi yem məqsədi ilə geniş istifadə olunur. Onun tərkibində 4,9-5,1 % zülal vardır ki, bu da qarğıdalı və günəbaxanın yaşıl kütləsində olduğundan 2 dəfə çoxdur. Yazlıq raps yaxşı bal verən bitkidir.
Tarixi, becərilmə rayonları və məhsuldarlığı
redaktəYazlıq rapsın vətəni Avropa hesab edilir. Kanadada, Çində, Hindistanda, Pakistanda geniş becərilir və payızlıq rapsdan çox yer tutur. Rusiyada yazlıq raps əkinləri 100 min hektara yaxındır. O mərkəzi qaratorpaq zonada, Volqaboyunda, Tatarıstanda, Başqırdıstanda və Qərbi və Şərqi Sibirdə becərilir. Məhsuldarlığı payızlıq rapsa nis-bətən aşağıdır. Hektardan orta hesabla 1,1–1,8 ton toxum, 25–40 ton (bəzən 57,5 ton) yaşıl kütlə verir.
İstinadlar
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 666.