Rauf Orbay - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hüseyn Rauf Orbay (27 iyul 1881, Konstantinopol – 16 iyul 1964, İstanbul), türk əsgəri, siyasətçidir. Osmanlı İmperatorluğunun son dövrdə qurtuluş müharibəsində və Türkiyə Cümhuriyyəti dövrlərində mühüm işlərdə rol oynamışdır. İtaliya-Osmanlı müharibəsi və Balkan müharibələrində göstərdiyi uğur səbəbindən "Həmidiyə qəhrəmanı" kimi tanınmışdır. 1918-ci ilin oktyabr ayında Osmanlı İmperiyasının Dəniz Qüvvələri naziri kimi xidmət göstərməyə başlamışdır.
Rauf Orbay | |
---|---|
türk. Hüseyin Rauf Orbay | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 iyul 1881 |
Doğum yeri | |
Vəfat tarixi | 16 iyul 1964 (82 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | diplomat, siyasətçi, hərbi qulluqçu |
Dini | sünni islam |
Hərbi xidmət | |
Qoşun növü | Osmanlı Donanması |
Döyüşlər | |
Rütbəsi | polkovnik |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həmidiyə hərəkatı
redaktəI. Balkan Müharibəsi sırasında Yunan donanması Çanaqqalanı mühasirəyə almışdı. Rauf Bəyin idarəsindəki Həmidiyə gəmisi mühasirədən çıxmağı bacararaq Aralıq dənizinə açıldı. Tarixdə ilk pirat kreyser əməliyyatlarını gerçəkləşdirdi. 7 ay 24 gün süren hərəkat bütün Aralıq dənizini, bəzən isə Qırmızı dənizi də əhatə edirdi. Hərəkat boyunca Həmidiyə Serbiyada hərbi təsisləri bombaladı, düşmənin donanma ve ticarət gəmilərini batırdı, Çanaqqala ağzındaki Yunan təzyiqini azaltdı. Bütün dünya mediasının günbə-gün izlədiyi hərəkat Osmanlı İmperiyası cəhətdən böyük bir təbliğat nailiyyəti qazandırdı.
-
"Həmidiyə Qəhrəmanı" Rauf Bəy
-
Mustafa Kamal Bəy və Rauf Bəy