Renat Sixnebiyev - Wikipedia
Renat Güləmməd oğlu Şıxnəbiyev (31 dekabr 1990, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.
Renat Şıxnəbiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 dekabr 1990 (33 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Rütbəsi | Mayor |
Döyüşlər |
Günnüt əməliyyatı İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRenat Şıxnəbiyev 31 dekabr 1990-cı ildə Qusar rayonunun Bala Qusar kəndində anadan olmuşdur.
Təhsili
redaktəŞıxnəbiyev 2008-ci ilə qədər Bala Qusar kənd tam orta məktəbində təhsil almışdır. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2012-ci ildə ali hərbi məktəbi bitirmişdir. Həmin ildən 2013-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı ixtisası üzrə təhsil almışdır.
Ailəsi
redaktəAiləlidir, üç övladı var.
Hərbi xidməti
redaktə2012-ci ildə ali hərbi məktəbi bitirib "leytenant" rütbəsi alan Şıxnəbiyev 2013-cü ildə Naxçıvan Muxtar Respublikasında yerləşən xüsusi təyinatlıların "N" saylı hərbi hissəsində xidmətə başlamışdır.
Günnüt əməliyyatı
redaktə2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib.[1] Bu döyüşlər Azərbaycan-Ermənistan münaqişəsi tarixinə Günnüt əməliyyatı kimi yazılmışdır. Renat Şıxnəbiyev xüsusi təyinatlıların "N" saylı hərbi hissəsinin zabiti kimi döyüşlərdə yaxından vuruşmuşdur. 7 gün davam edən bu döyüşlər və Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub[2], Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib.[1]
Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2018-ci il tarixli Sərəncamına əsasən Renat Şıxnəbiyev "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Renat Şıxnəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzuli, Hadrut və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Renat Şıxnəbiyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[4]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Renat Şıxnəbiyev "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5][6]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edildi.
Təltifləri
redaktə- (2 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
- (9 dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı[7]
- (7 noyabr 2023) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni[8]
- (25 iyun 2018) — "İgidliyə görə" medalı[9]
- (24 iyun 2021) — "Füzulinin azad olunmasına görə" medalı
- (24 iyun 2021) — "Xocavəndin azad olunmasına görə" medalı[10]
- (29 dekabr 2020) — "Şuşanın azad olunmasına görə" medalı[11]
- (25 iyun 2019) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- (26 iyun 2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (26 iyun 2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Azerbaijan makes territorial gains in Nakhchivan as fighting with Armenia flares". www.intellinews.com. www.intellinews.com. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
- ↑ "Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi düşməndən azad edildi". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.
- ↑ "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı" ( (az.)). 9 dekabr 2020. 9 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (az.)). 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Silahlı Qüvvələrin hərbi qulluqçuları "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub". www.azertag.az ( (az.)). 29.12.2020. 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.05.2021.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-30.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-30.
- ↑ "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-30.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) ( (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-30.