Rezerfordium - Wikipedia
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | Rezerfordium, Rf, 104 | |||||
Qrup, Dövr, Blok | 4, 7, d | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | [261.11] q/mol | |||||
Elektron formulu | [Rn] 5f14 6d2 7s2 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | °C ( K, °F) | |||||
Qaynama temperaturu | °C ( K, °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Rezerfordium (Rf) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 104-cü element. Elementin alınması üzrə ilk təcrübələr Dubnada İvo Zvar (1934-cü ildə doğulub) və əməkdaşları tərəfindən hələ 1960-cı illərdə aparılmışdır. Q.N.Flerovun qrupunda bu elementin digər izatopunun alınması haqqında məlumat verildi. Təklif olundu ki, o, kurçatovium (işarəsi Ku) adlandırılsın – SSRİ-də atom layihəsinin rəhbəri İqor Vasilyeviç Kurçatovun (1903-1960) şərəfinə. Amerika tədqiqatçıları 1969-cu ildə bu elementi sintez edərək identifikasiya üçün yeni metodika istifadə etmişdilər və belə düşünmüşlər ki, əvvələr alınmış nəticələri birmənalı qəbul etmək olmaz. Onlar “rezerfordium” adını təklif etdilər – dahi ingilis fiziki Ernest Rezerford un (1871-1937) şərəfinə. İUPAK bu elementin adı üçün “dubnium” təklif etmişdir, amma son qərara rezerfordium oldu (Rezerfordun nüvə fizikasında böyük xidmətlərini qeyd etmək üçün). Nomenklatura üzrə Beynəlxalq Komissiya belə nəticəyə gəlir ki, kəşf şərəfi Sovet və Amerika alimləri arasında bölünməlidir.
Kimya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
İstinadlar
redaktəhttp://www.nkpi.az/?page=addread&id=3038 Arxivləşdirilib 2021-04-26 at the Wayback Machine Илья Леенсон. Язык химии. Этимология химических названий. Москва: Издательство АСТ: CORPUS, 2016,464 c.