Roald Amundsen - Wikipedia
Rual Engelbreqt Qravninq Amundsen (norv. Roald Engelbregt Gravning Amundsen; 16.7.1872 — 18.6.1928) — norveçli dəniz səyyahı, qütb tədqiqatçısı.
Rual Amundsen | |
---|---|
Rual Engelbreqt Qravninq Amundsen | |
Doğum tarixi | |
Doğum yeri | Fredrikstad, Norveç |
Yoxa çıxıb | |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Artika |
Vəfat səbəbi | Təyyarə qəzası |
Dəfn yeri | |
Vətəndaşlığı | Norveç |
Atası | Yens Amundsen |
Milliyyəti | norveçli |
Fəaliyyəti | Səyyah |
Vikianbarda əlaqəli mediafayllar |
Cənub qütbünə çatan ilk şəxs (14 dekabr 1911), Oskar Vistinqlə birlikdə Yer kürəsinin hər iki coğrafi qütbündə olmuş ilk şəxs, Şimal-Qərb keçidindən keçən ilk dəniz səyyahı (Kanada Arktik arxipelaqının boğazları ilə), 1903-cü ildə "şimal maqnit qütbü"nü kəşf etmişdi. Dostları arasında "Vikinq" ləqəbi ilə tanınırdı.
Həyatı
redaktəAmundsen 1872-ci ildə Fredrikstad/Sarpsborg şəhərində yerləşən Borge qəsəbəsində norveçli gəmi sahibləri və kapitan ailəsində dünyaya göz açıb. Onun atası Yens Amundsen idi. Amundsen ailənin 4-cü oğlu idi. Anası onun dənizçi olmasını istəmirdi və onu bu sahədən uzaq tutmağa çalışırdı. O, istəyirdi ki, oğlu həkim olsun. 21 yaşına kimi o təzyiq altında olur, ta ki, anası vəfat edənə qədər.[3]
Səyahətləri
redaktəMühəndis diplomu alan kimi Amundsen ilk müstəqil ekspedisiyaya hazırlaşmağa başlayır. O, qərara alır ki, Şimali Amerika sahilləri boyunca hərəkət edərək Atlantik okeanından Sakit okeana şimal-qərbdən dəniz yolu tapsın.
Amundsenin ilk ekspedisiyasında az adam iştirak edirdi, onların xərci də bir o qədər çıxmamışdı. Buna baxmayaraq, Amundsen borc içində idi. Onun yelkənli gəmisi "Yoa" az qala müsadirə olunacaqdı. Odur ki, gənc səyyah çox təhlükəli bir qərar qəbul edir: o, altı dostu ilə birlikdə yağışlı qaranlıq bir gecədə öz gəmisinə minir və açıq dənizə çıxır. Onlar Qrenlandiyaya tərəf üzürlər. 1903-cü ildə başlayan bu ekspedisiya üç il çəkir. Bütün çətinliklərə baxmayaraq, səyahətçilər 1906-cı ildə sağ-salamat Kaliforniya sahillərinə yan aldılar. Onlar külli miqdarda məlumat toplamış, hətta maqnit qütbünün dəqiq yerini müəyyən etmişdilər. 400 il müddətində heç bir tədqiqatcı buna nail olmamışdı.
1911-ci il dekabrın 14-ü Amundsen dünyada ilk dəfə olaraq Cənub qütbünə çatdı.
12 may 1926-cı ildə "Norveç" dirijablında ilk dəfə Şimal qütbü üzərindən uçaraq Arktikanın hava yollarını tədqiq etdi.
Ölümü
redaktə18 iyun 1928-ci ildə Rual Amundsen, italyan səyyahı Umberto Nobileni xilas etmək üçün təşkil edilmiş xilasetmə əməliyyatı üçün təyyarə ilə Arktikaya yollanır. 23 may 1928-ci ildə Nobile "İtaliya" dirijablı ilə Şpitsbergen adasından yola çıxaraq Şimal qütbünə çatsa da, qayıdış yolunda ağır hava şəraiti səbəbindən güclü buzlanmaya məruz qalan dirijabl aşağı enərək buzun üzərinə düşmüşdü.[4][5] Ekspedisiyanın köməyinə Sovet buzqıran gəmisi "Krasin", İsveç, İtaliya və Norveç təyyarələri göndərilmişdi.
Amundsendən başqa daha 5 nəfəri daşıyan "Latham 47" hidroplanı pis hava şəraitində Barens dənizi üzərində qəzaya uğrayır. Çoxsaylı axtarışlara baxmayaraq təyyarənin düşdüyü yeri müəyyənləşdirmək mümkün olmamışdır. Bu hadisədən 5 gün sonra Umberto Nobile xilas edilir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
- ↑ Amundsen, Roald. My Life as an Explorer. Garden City, NY: Doubleday, Page & company. 1927.
- ↑ Tierney, John. "Who Was First at the North Pole?". The New York Times. 7 September 2009. 4 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2019.
- ↑ Holland, Eva. "Flying to the North Pole in an Airship Was Easy. Returning Wouldn't Be So Easy". Smithsonian Institution. 18 August 2017. 4 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2019.