Robert Enke - Wikipedia
Robert Enke (doğum 24 avqust 1977, Yena, Almaniya — ölüm 10 noyabr 2009, Noyştad-am-Rübenberq, Almaniya) — Alman qapıçı. Enke peşəkar futbolçu karyerasına "Karl Tseys Yena" klubunda başlayıb. O, daha sonra isə "Borussiya Münhenqladbax", "Benfika", "Barselona", "Fənərbaxça", "Tenerife", "Hannover 96" klublarında çıxış edib.[8] 2007-ci ildə Almaniya yığmasında debüt edib. 10 noyabr 2009-cu ildə özünü qatarın altına ataraq intihar edib.
Robert Enke | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
alm. Robert Enke | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 24 avqust 1977[1][2] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 10 noyabr 2009[3] (32 yaşında) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 186 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 78 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | qapıçı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRobert Enke 1977-ci ilin avqustun 24-də Yenada anadan olub. Robertin atası psixoloq və atlet idi. Anası isə həndbolçu idi. Uşaqlıq illərində musiqi sevməsinə baxmayaraq, mütəmadi yerli stadiona baş çəkərdi. Sonra isə valideynləri onu yerli idman gimnaziyasına yolladılar.[9]
Enke həyatının ən ağır günlərini 2006-cı ildə yaşayıb. 2006-cı ilin sentyabrın 17-də iki yaşlı qızı Lara ürək çatışmazlığından dünyasını dəyişib. 2009-cu ilin may ayında isə o, həyat yoldaşı Tereza ilə birlikdə 2 aylıq qız uşağını övladlığa götürüb.[10][11]
Karyerası
redaktəKlub karyerası
redaktəRobert Enke futbola "Yena Farm"da başlayıb. Sonradan isə 18 yaşında olarkən "Karl Tseys Yena"ya keçib. Burada bir il çıxış etdikdən sonra qapıçı 1996-cı ildə "Borussiya Münhenqladbax" ilə müqavilə bağlayıb. Əvvəlcə o, yeniyetmələrdən ibarət komandanın formasını geyib. Enke tezliklə Bundesliqada çıxış etmək şansı da qazanıb.
Lakin 1999-cu ildə Portuqaliyanın "Benfika" klubundan sərfəli təklif alan qapıçının legioner karyerası başlanıb. O, 3 ilədək Sportinqin şərəfini qoruyub, 77 oyunda çıxış edib. 2002-ci ildə Enke "Barselona"ya keçsə də, uğursuzluğa düçar olub. Frank Raykaard 2003-cü ildə "Barselona"ya baş məşqçi təyin olunduqdan sonra o, Türkiyənin "Fənərbaxça" komandasına icarəyə verilib. Lakin alman qapıçı burada cəmi 1 oyunda forma geyə bilib.
2003-cü ilin 31 iyulunda "Fənərbaxça" ilə müqavilə bağlayan Enke avqustun 10-da komandasının "İstanbulspor"a qarşı keçirdiyi mövsümün ilk matçında kobud səhvləri üzündən 3 qol buraxıb. Bundan sonra o, azarkeşlərin sərt təpkiləri ilə üzləşib. Tənqidlərə dözə bilməyən qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub. Enkenin Fənərbaxça karyerası cəmi 13 gün çəkib.[12] Daha sonra Enke İspaniyanın Tenerife klubuna icarəyə verilib. Burada da o, cəmi 9 oyuna çıxıb.
Beləliklə, qapıçı üzləşdiyi uğursuzluqlardan çıxış yolunu vətəninə qayıtmaqda görüb. Enke 2004-cü ildə "Hannover 96" ilə müqavilə bağlayıb. Sonuncu oyunu 2:2 hesabı ilə başa çatan "Hamburq"la qarşılaşmaya təsadüf edib.[13] Hannover 96 klubu 2009-cu ildə intihar edən qapıçının geyindiyi 1 nömrəli formanı əbədiləşdirib. Bundan sonra Hannover təmsilçisinin heyətində keç kim həmin nömrəni daşımayacaq.[14]
Milli komanda karyerası
redaktəO, 1997–1999-cu illərdə 15 dəfə Almaniyanın 21 yaşadək futbolçulardan ibarət komandasına dəvət alıb. Robert Enke Almaniyanın gənclərdən ibarət yığma komandasının əsas qapıçısı idi. Qolkiper 2007-ci ildə Almaniya milli komandasına cəlb olunub və ilk oyununu mart ayında Danimarka millisinə qarşı keçirib.[15] Robert Enke UEFA Avropa Kuboku 2008-də Almaniya millisinin heyətinə cəlb olunub.[16] O, Almaniya milli komandasının 8 oyunda formasını geyinib. Enke millidə sonuncu oyununu 2009-cu il avqustun 12-də Bakıda Azərbaycan millisinə qarşı keçirib və bu oyunda komandası 2–0 hesabı ilə qələbə qazanıb.[17][18] Robert Enke 9 sentyabr 2009-cu ildə Azərbaycanla ev oyununda, 10 və 14 oktyabrda Rusiya və Finlandiya komandaları ilə oyunda da heyətdə olmalı idi. Xəstələndiyi, sağlıq durumunda problem olduğu üçün heyətdən kənarda qalmışdı.[19][20] Robert Enkenin FİFA Dünya Kuboku 2010-da Almaniya yığmasının heyətində iştirakı gözlənilirdi.
Statistika
redaktəKlub | Mövsüm | Çempionatlar | Kuboklar | Avrupa Kubokları | Cəmi | ||||
---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Yena Farm | 1995–96 | 3 | 0 | - | - | - | - | 3 | 0 |
Borussiya Münhenqladbax | 1996–97 | - | - | - | - | - | - | - | - |
1997–98 | - | - | - | - | - | - | - | - | |
1998–99 | 32 | 0 | 4 | 0 | - | - | 36 | 0 | |
Benfika | 1999–00 | 26 | 0 | - | - | 6 | 0 | 32 | 0 |
2000–01 | 26 | 0 | 1 | 0 | 2 | 0 | 29 | 0 | |
2001–02 | 25 | 0 | 3 | 0 | - | - | 28 | 0 | |
Barselona | 2002–03 | 1 | 0 | 1 | 0 | 2 | 0 | 4 | 0 |
Fənərbaxça | 2003–04 | 1 | 0 | - | - | - | - | 1 | 0 |
Tenerife | 9 | 0 | - | - | - | - | 9 | 0 | |
Hannover 96 | 2004–05 | 34 | 0 | 4 | 0 | - | - | 38 | 0 |
2005–06 | 32 | 0 | 3 | 0 | - | - | 35 | 0 | |
2006–07 | 34 | 0 | 4 | 0 | - | - | 38 | 0 | |
2007–08 | 34 | 0 | 2 | 0 | - | - | 36 | 0 | |
2008–09 | 24 | 0 | 2 | 0 | - | - | 26 | 0 | |
2009–10 | 6 | 0 | 1 | 0 | - | - | 7 | 0 | |
Cəmi | 287 | 0 | 25 | 0 | 10 | 0 | 322 | 0 |
Ölüm
redaktəÖlümə aparan yol
redaktəSon dövrlər Enkenin işləri heç də yaxşı getmirdi. Azərbaycan yığmasıyla oyundan sonra yenidən yığmaya çağırılsa da, Hannoverdə keçirilən Almaniya – Azərbaycan matçından bir neçə gün öncə baş məşqçi Yoahim Lövə müraciət edərək heyətdən çıxarılmasını istəmişdi. O, buna səbəb kimi xəstələndiyini göstərmişdi.[21]
O, dünən səhər saatlarında Hannover 96-nın düşərgəsinə yollanıb. Bu zaman klubun qapıçılarla işləyən məşqçisi Yorq Siverslə görüşərək, səhhətinin yenidən pisləşdiyini bildirir. Günortadan sonra isə klubun bazasını icazəsiz tərk edərək, məşqə qatılmır. Bu zaman klub rəhbərliyi telefon vasitəsilə onu tapmağa çalışsa da, bütün cəhdlər nəticəsiz qalır. Həyat yoldaşı Tereza isə ərinin yoxa çıxmasından xəbər tutan kimi polisə məlumat verir. Lakin artıq gec olur.[10]
10 noyabr 2009-cu ildə Robert idarə etdiyi qara Mersedeslə yaşadığı evin 3–4 kilometrliyindən keçən dəmir yol xəttinə tərəf yollanıb. Maşını dalanların birində saxlayıb. Avtomobildən düşərək qapıları kilidləyib və dəmir yol xəttinə tərəf bir neçə dəqiqə piyada gedib. Futbolçu özünü qatarın altına atacağını dəqiqləşdirmişdi. Budur, irəlidən gələn qatar görünməyə başlayır. Bremendən Hannoverə gedən qatarın sürəti 160 km/saatdır. Almaniya vaxtı ilə saat 18:17-də Enke özünü qatarın altına ataraq, həyatla vidalaşır.[22]
Enkenin qəfil intiharı dünyanın hər yerində, o cümlədən vətəni Almaniyada da böyük üzüntüyə səbəb olub. Robertin dostları, həmkarları, futbol adamları, menecerlər onun dünyasının dəyişməsindən dərin sarsıntı keçiriblər. Hadisə baş verən andan insanlar küçələrə çıxaraq onun xatirəsini yad edir. Futbolçunun şərəfini qoruduğu Hannover 96 klubunun ofisinin qarşısına minlərlə insan yığılaraq şamlar yandırıblar və gül dəstələri qoyublar.[10][23]
Dəfn mərasimi
redaktəRobert Enkenin dəfn mərasimi 15 noyabrda keçirildi. Vida mərasimi Hannover 96-nın ev oyunlarını keçirdiyi AWD Arenada təşkil olundu. Mərasimə Almaniya Futbol Federasiyasının prezidenti Teo Jvanziger və Almaniya yığmasının bütün üzvləri, həmçinin baş məşqçi Yoahim Löv qatılıb.
40 mindən artıq insanın qatıldığı vida mərasimində futbolçu anılıb, onun həyat yoluna nəzər yetirilib. Daha sonra isə Enke 2006-cı ildə ürək çatışmazlığından vəfat edən 2 yaşlı qızının yanında dəfn olunub.[24]
Məktub
redaktəRobert intihar edəcəyi ilə bağlı qərarı əvvəlcədən veribmiş. Hər halda, onun əvvəlcədən yazıb qoyduğu məktub bunu deməyə əsas verir. İstintaq nümayəndələri məktubun haradan tapıldığı barədə mətbuata heç bir məlumat verməyib. Lakin o bildirilib ki, bütün dəlillər hadisənin süi-qəsd olduğuna işarə verir.[10]
Robert Enkenin ölümündən öncə yazdığı məktubun məzmunu açıqlanıb. Mərhum qapıçı məktubunda ailəsindən və həkimlərdən öz psixoloji durumu ilə onları həyəcanlandırdığı üçün üzr istəyib. Enke yaxınlarının onun intihar edəcəyindən şübhələnməmələri üçün vəziyyətinin yaxşılaşdığı haqda bilərəkdən görüntü yaradıb.[25]
Açıqlamalar
redaktəAlmaniya mətbuatı xanım Terezanın açıqlamalarından sonra Robertin şəxsi həkimi Valentin Markserin də sözlərini ümumiləşdirib:[26]
"Həm Robertin xanımı, həm də onun fərdi həkimi futbolçunun psixoloji gərginliyə düçar olduğu məqamı eyni istiqamətdə bildirilər. Aydın olur ki, Enke Türkiyənin "Fənərbağça" klubundakı 13 günlük karyerasından sonra geriyə döndükdə onda belə hallar baş verib. Onun həkimi deyir ki, Enke ilk dəfə mənə 2003-cü ilin sentyabr ayında məlum problemlə bağlı müracitə etmişdi". |
Futbolçunun xanımı da eyni məqama toxunur, Tereza Enke belə açıqlama vermişdi:[26]
"O, Türkiyədə çox az oynadı. Geri dönəndə özünü toparlaya bilmirdi. O vaxt qızımız ürək problemindən vəfat etdi. Enke qızımızın həyatını xilas edə bilmədiyini deyir, onun ölümündə özünü təqsirkar sayırdı. Çox çalışdım ki, Enkeyə kömək edim, onu hər an izləyirdim, amma məktubunda da yazdığı kimi, o, özünü çoxdan bu intihara hazırlamışdı". |
Fənərbağçada Enkeylə "İstanbulspor" qarşılaşmasında oynayan Əli Günəş klubun rəsmi saytına açıqlamasında bildirib:[26]
"Enke həddindən artıq içinə qapanıq biri idi. 13 gün ərzində çox mehriban insan olduğunu gördük, amma çalışardı bizimlə az ünsiyyətdə olsun" |
"Fənərbağça"nın baş məşqçisi Kristof Daum maraqlı bir açıqlama verib:[27]
"Enke "Fənərbağça"da olanda bir dəfə mənə yaxınlaşıb, problemini açdı dedi. Mən ona Kölndə bir psixoloqu məsləhət bildim, özünə də bildirdim ki, istənilən köməyi etməyə hazıram. Ancaq onun problemi mənimçün ömürlük sirr olacaq". |
Robert Enke Fondu
redaktəAlmaniya Futbol Federasiyası, Bundesliqa və Hannover 96 klubu özünü qatarın altına ataran intihar edən Robert Enkenin adını əbədiləşdirmək qərarına gəlib. Beləliklə 2009-cu ilin dekabr ayında qolkiperin adını daşıyan fond yaradılıb.[28]
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Robert Enke † // Transfermarkt (çd.). 2000.
- ↑ ROBERT ENKE // Argentine Soccer Database (isp.).
- ↑ http://news.bbc.co.uk/sport1/hi/football/internationals/8353733.stm.
- ↑ 1 2 3 http://www.independent.co.uk/news/obituaries/robert-enke-international-goalkeeper-who-committed-suicide-1821284.html.
- ↑ 1 2 3 http://www.nytimes.com/2009/11/12/sports/soccer/12hughes.html.
- ↑ 1 2 http://www.usatoday.com/sports/soccer/2009-11-11-4220063894_x.htm.
- ↑ 1 2 http://www.bbc.co.uk/blogs/5live/2011/06/fls-depression-cricket.shtml.
- ↑ "Ein außergewöhnlicher Torwart" (alman). N24.de. 11 Noyabr 2009. 2012-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 Noyabr 2009.
- ↑ Qapıçı intiharı və ya itirilmiş təbəssüm [ölü keçid] Ekspress qəzeti. Yoxlanılıb 11 noyabr 2009
- ↑ 1 2 3 4 "Robert Enkeni ölümə aparan yol". Fanat.az. 2009-11-11. 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-11. (#apostrophe_markup)
- ↑ Neshe Starcevic. "Germany goalkeeper Robert Enke dies at age 32". Sports.yahoo.com. 10 Noyabr 2009. 2009-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 Noyabr 2009.
- ↑ Robert Enke öldü Arxivləşdirilib 2009-11-13 at the Wayback Machine 23 oktyabr 2010, hurriyet.com.tr
- ↑ "Səmadan enən Enke ulduzu". Lent.az. 2009-11-11. 2010-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-11. (#apostrophe_markup)
- ↑ "Enkenin nömrəsi əbədiləşib". Apasport. 2009-11-12. 2009-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-12. (#apostrophe_markup)
- ↑ "Deutschland – Dänemark 0:1 (0:0)". 2014-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-23.
- ↑ AÇ-2008-də meydana çıxacaq millilərin tam heyətləri Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Fanat.az. Yoxlanılıb: 6 iyun 2008
- ↑ "Almaniya millisinin qapıçısı intihar etdi". Fanat.az. 2009-11-12. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-12. (#apostrophe_markup)
- ↑ Gabriele Marcotti. "Robert Enke: a career of peaks and troughs". Timesonline. 12 Noyabr 2009. 2010-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 Yanvar 2010.
- ↑ "DFB-Team: Torhüter Enke fällt gegen Aserbaidschan aus". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-23.
- ↑ "Bakterien-Infektion: Enke fällt weitere zwei Wochen aus". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-23.
- ↑ Almaniya millimizlə oyuna əsas qapıçısız çıxacaq Arxivləşdirilib 2012-02-11 at the Wayback Machine Qol.az. Yoxlanılıb: 8 sentyabr 2009
- ↑ "Enke nəyə görə intihar edib". Apasport. 2009-11-11. 2009-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-11. (#apostrophe_markup)
- ↑ "Bakıda oynamış futbolçu özünü qatarın altına atıb öldürdü". Apasport. 2009-11-11. 2009-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-11. (#apostrophe_markup)
- ↑ "Robert Enke son mənzilə yola salındı". Fanat.az. 2009-11-16. 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-16. (#apostrophe_markup)
- ↑ Robert Enkenin vida mərasimi keçirilib [ölü keçid] Kəpəz TV. Yoxlanılıb 12 noyabr 2009
- ↑ 1 2 3 "ROBERT ENKENİN ÖLÜMÜNDƏ "FƏNƏRBAĞÇA" DÖNƏMİNİN İZİ" (az.). Futbolpress.az. 2009-11-12. İstifadə tarixi: 2013-12-25.[ölü keçid]
- ↑ "ENKENİN DƏFN MƏRASİMİ BAZAR GÜNÜ OLACAQ" (az.). Futbolpress.az. 2009-11-13. İstifadə tarixi: 2013-12-25.[ölü keçid]
- ↑ "Robert Enke Fondu yaradıldı". Fanat.az. 2009-11-11. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-11. (#apostrophe_markup)