Rutullar - Wikipedia
Rutullar — Azərbaycanda və Dağıstanda etnik qrup. İslam dininə etiqad edirlər. İslam dini rutullar arasında 7-ci əsrdən etibarən, ərəblərin Qafqaza gəlişi ilə yayılmağa başlamışdır. Əsas dilləri rutul dilidir. Bununla bərabər rutullar yaşadıqları ölkələrin də dillərini çox yaxşı səviyyədə bilirlər (müvafiq olaraq azərbaycan və rus dillərini). Rutullar yazılı olaraq uzun müddət ərəb hərflərindən istifadə ediblər. Kiril hərfləri əsasında yazılı olaraq rutul dili 1990-cı ildə nəşr olunmuşdur. 1989-cü ildə həyata keçirilmiş son əhali siyahıyaalınmasına əsasən bütün SSRİ-də 20.388 nəfər etnik rutul yaşayırdı ki, onlardan 14.955 nəfəri Dağıstan MSSR-də, 336 nəfəri isə Azərbaycan SSR-də məskunlaşmışdı. Rutulların bir çoxunun əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Azərbaycanda 17.000 Rutul yaşayır.[1]. Bunlar əsasən 1930-cu illərdə və müharibədən sonrakı illərdə dağlıq Dağıstan kəndlərindən Azərbaycana köçmüş mühacirlərdir[2].
Ümumi sayı |
---|
37.000 |
Dili |
Dini |
İslam |
İstinadlar
redaktə- ↑ "Ethnologue.com - Rutul". 2016-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-03.
- ↑ Михаил Алексеев, Казенин К. И., Мамед Сулейманов. Дагестанские народы Азербайджана: политика, история, культур. М.: Европа. 2006. ISBN 5-9739-0070-3.Orijinal mətn (rus.)
РУТУЛЬСКИЙ ЯЗЫК на территории Азербайджана представлен в Кахском районе в селении Хырса, а также в трех селениях Шекинского района: Шин, Шор-су и Даш-юз. Основная же часть рутульцев проживает в Рутульском районе Дагестана (…) В основном это переселенцы из горных дагестанских сел, перебравшиеся в Азербайджан в 1930-х годах и в послевоенные годы [см. Дибиров 2001: 19–20].
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Xarici keçidlər
redaktə- rutulia.com — Rutul milli veb