Snuker - Wikipedia
Snuker (snooker), əsasən İngiltərədə populyar olan bilyard növü. 22 bilyard şarı'nın olduqu stolda 1 açılış və əsas şar olan Ağ, 15 qırmızı və 6 digər rəng (Sarı, Yaşıl, Qəhvəyi, Göy, Çəhrayı, Qara) şar mövcuddur.[2] Oyunda məqsəd oyunun qaydalarına uyğun şəkildə şarları dəliklərə göndərərək xal qazanmaqdan və hədəf şarları, rəqibin qaydalara uyğun olaraq digər şarlara toxundura bilməməsi üçün gizlədərək xal toplamaqdan ibarətdir. Oyunun sonunda xal tablosuna baxılır və qalib müəyyən olunur.
Snuker | |
---|---|
Ümumi məlumatlar | |
İcraçı qurum | Dünya Snuker Assosiasiyası |
İlk oyun | 1870'lər |
Xüsusiyyətləri | |
Tipi | Bilyard |
Beynəlxalq arenada | |
Olimpiya oyunları | 2020 Tokio üçün təklif edilib[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəSnuker oyunu 19-cu əsr'in ikinci yarısı oynanılmaqa başlanmışdır.[3] O zamanlarda bilyard Hindistan'da olan Britaniya ordusunda populyar idi. Snukerə bənzəyən Blek Pool oyununda dəyişikliklər ideyasını təklif edən Britaniya Ordusu zabiti, polkovnik Neville Francis Fitzgerald Chamberlain oldu.[3] Beləliklə 15 qırmızı topa Sarı, Yaşıl, Çəhrayı və Qara rəng əlavə olundu. Digər iki rəng isə sonradan əlavə edildi.
1885-ci ildə Britaniya bilyard çempionu Con Roberts Hindistan'a gəldi və Polkovnik Chamberlain ilə tanış oldu. Polkovnik ona oyunun qaydalarını öyrətdi və Roberts İngiltərəyə qayıdaraq oyunu tanıtan ilk şəxs oldu. 1916-cı ildən Snuker turnirləri keçirilməyə başladı. İlk dəfə Snuker üzrə Dünya Çempionatı isə 1927-ci ildə keçirildi. İlk Çempion Coe Deyvis oldu və 1946-cı ildə karyerasını başa vuranadək təşkil olunan bütün turnirləri sadəcə özü qazandı.
1970'lərdə Snuker üzrə Dünya Çempionatı artıq televiziyalarda nümayiş olunurdu. 1980'lərin sonuna yaxın daha da populyarlaşan bu oyunun Dünya Sıralaması cədvəli ilk dəfə 1977-ci ildə açıqlandı. Oyun getdikcə pul qazandıran oyuna çevrilməyə başladı və yaxşı oyunçular milyoner olmaqa başladılar. Buna misal olaraq Stephen Hendryni göstərmək olar. Stephen 2005-ci ilə qədər təxminən ₤8 milyon mükafat qazandı.
- ↑ "Arxivlənmiş surət". 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-13.
- ↑ "Arxivlənmiş surət". 2019-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-13.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2015-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-13.