Sofiya Rotaru - Wikipedia
Sofiya Mixaylovna Rotaru (mold. Sofia Rotaru, ukr. Софiя Ротару; 7 avqust 1947, Marşintsı[d], Çernivtsı vilayəti) — SSRİ, Rusiya, Ukrayna, Moldova pop müğənnisi, musiqiçi, kino və musiqi prodüseri, aktrisa, uğurlu iş adamı və moda yaradıcısı.
Sofiya Rotaru | |
---|---|
ukr. Софія Михайлівна Ротару rum. Sofia Rotaru ukr. Софія Михайлівна Євдокименко-Ротару | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 7 avqust 1947 (77 yaş) |
Doğum yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, kino aktrisası, dirijor, xormeyster[d], sahibkar, musiqi prodüseri, aktrisa |
Fəaliyyət illəri | 1968-ci ildən |
Janrlar | pop musiqisi, disko, rok, xalq musiqisi, estrada[d] |
Musiqi alətləri | domra, zərb alətləri, bayan[d] |
Səs tembri | soprano, kontralto |
Albom şirkətləri | Warner Music Group[d] |
Mükafatları |
|
sofiarotaru.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Rotarunu məşhurlaşdıran onun lirik səsi, mehriban qadın xarici görünüşü və qazandığı nüfuzudur. Onun karyerası Şərqi Avropada və keçmiş SSRİ-də musiqi səhnəsində cəsarətli addımları ilə müşayiət olunmuşdur. Mətbuat onu "Pop kraliçası"[1][2] və "Bu bizim dünyamızdır!" adlandırmışdı.
1988-ci ildə keçmiş SSRİ-də pop-müğənnilər arasında "SSRİ Xalq artisti" adı almış ilk şəxs olmuş, 2000-ci ildə isə XX əsrin müğənnisi elan edilmişdi. Bu gün Sofiya Rotaru Ukrayna vətəndaşı, Krım və Yaltanın fəxri sakinidir. Sofiya Rotaru əsasən Yaltada yaşasa da , tez-tez Kiyevdə, Baden-Badendə və Moskva şəhərində də məskən salır.
Məşhur müğənni Ukrayna SSR-nin Xalq Artisti, Moldova SSR-nin Xalq Artisti, SSRİ Xalq artisti fəxri adlarına layiq görülmüş, Lenin Komsomolu mükafatı laureatı olmuşdur. O Moldovanın "Respublika Ordeni" ilə təltif edilmişdir.
İstinadlar
redaktə- ↑ "Королева поп-эстрады София Ротару отметила свой 60-летний юбилей по-королевски". Postimees. 2009-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-08-10.
- ↑ "«Легенды РЕТРО FM»". Комсомольская правда, 13 декабря 2007. 2011-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-03.