Italo Qariboldi - Wikipedia
İtalo Qariboldi (20 aprel 1879 – 3 fevral 1970) İkinci dünya müharibəsindən əvvəl və müharibə ərzində İtaliya Kral Ordusunda xidmət etmiş ordu generalıdır. Stalinqrad döyüşü zamanı İtaliya qoşunlarına rəhbərlik etdiyi üçün Adolf Hitler tərəfindən Dəmir xaç ordeninin Cəngavər xaçı mükafatına layiq görülmüşdür.[1]
İtalo Qariboldi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lodi, Lombardiya, İtaliya Krallığı |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Roma, İtaliya |
Vətəndaşlığı |
İtaliya Krallığı İtaliya |
Hərbi fəaliyyəti | |
Qoşun növü | İtaliya Kral Ordusu |
Xidmət illəri | 1899–1943 |
Rütbəsi | General |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQariboldi İtaliyanın Lombardiya vilayətinin Lodi şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsi başa çatdıqdan sonra o, ard-arda daha yüksək rütbələrə sahib olmuşdur.
Həbəşistan
redaktəQariboldi 1935-ci ildə İkinci İtaliya-Həbəşistan müharibəsinin şimal cəbhəsində mübarizə aparan 30-cu piyada diviziyasına rəhbərlik etməyə başlamışdır. Onun rəhbərlik etdiyi bu diviziya Eritreyada yerləşən I Ordu Korpusunun tərkibinə daxil idi. 1936-cı ilin may ayında İtaliya Efiopiyanı məğlub etdikdən sonra Eritreya, Həbəşistan və İtaliya Somalisi 1 iyun 1936-cı ildə İtalyan Şərqi Afrikası adı altında krallığın müstəmləkəsinə çevrildi.
Şimali Afrika
redaktəQariboldi 1939-cu ildən 1941-ci ilə qədər Marşal İtalo Balbonun rəhbərliyi altında olan hərbi birləşmədə ordu komandiri vəzifəsində xidmət etmişdir. 1940-cı ilin iyun ayında İtaliya müharibəyə qoşulduqda Qariboldi Fransanın nəzarəti altında olan Tunislə sərhəddə yerləşən 5-ci Ordunun komandiri idi. O, bununla eyni vaxtda Liviyada dislokasiya olunmuş orduya da rəhbərlik edirdi. Fransa döyüşü başa çatdıqdan sonra 5-ci Ordu Misirlə sərhəddə yerləşən 10-cu Ordu üçün əsas təchizat işlərinə cavabdeh birlik olmuşdu.
1940-cı ilin dekabrında Britaniya hərbi birləşmələri Kompas əməliyyatına başladıqda Qariboldi müvəqqəti olaraq 10-cu Ordunun komandiri təyin olunmuşdu. Həmin əməliyyat nəticəsində ingilislər qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetirərək bəzi əraziləri yenidən ələ keçirə bilmişdi.
Qariboldi 25 mart 1941-ci ildə Liviyanın general-qubernatoru təyin olundu, lakin 19 iyul tarixində alman generalı Ervin Rommellə əlaqələrin yaxşı olmamasına görə özü bu vəzifədən istefa verdi.
Rusiya
redaktə1942-ci ildən 1943-cü ilə qədər o, Rusiyada mübarizə aparan İtaliya qoşunlarına rəhbərlik etmişdir. Stalinqrad döyüşü ərzində də həmin şəhər uğrunda döyüşən italyan qüvvələrinə məhz Qariboldi rəhbərlik edirdi.
İtaliya
redaktə1943-cü ildə Qariboldi İtaliyada olarkən Kral III Viktor Emanuel və Marşal Pyetro Badolyo tərəfindən faşist Benito Mussolini hakimiyyəti devrildi və Antihitler koalisiyası ilə atəşkəs müqaviləsi imzalandı. Bir çox digər italyan hərbçiləri kimi Qariboldi də almanlar tərəfindən əsir götürüldü. O, 1944-cü ildə ölüm cəzasına məhkum edildi, lakin elə həmin ildə müttəfiqlər tərəfindən həbsdən azad edildi.
İtalo Qariboldi 1970-ci ildə İtaliyanın paytaxtı Roma şəhərində vəfat etmişdir.
Onun oğlu Mario Qariboldi də atası kimi hərbçi olmuşdur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Adolf Hitler, Max Domarus (ed). Hitler: Speeches and proclamations, 1932-1945. Bolchazy-Carducci, 2004. P. 2777.