Stepan Makarov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Stepan Osipoviç Makarov (1848–1904) — rus dənizçisi, okeanoqrafı və qütb tədqiqatçısıdır.
Stepan Makarov | |
---|---|
rus. Степа́н Мака́ров | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Təhsili |
|
Fəaliyyəti | hərbi qulluqçu, mühəndis, hidroqraf, tədqiqatçı-səyyah[d] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəStepan Osipoviç Makarov rus okeanoqrafiyasının ən görkəmli nümayəndələrindən biri kimi coğrafiya tarixində özünə yer tapmış tədqiqatçılardan biri sayılır. Onun fəaliyyətinin çiçəklənmə dövrü XIX əsrin ikinci yarısında Rusiyada yelkənli gəmilərin buxar gəmiləri ilə əvəz olunmasının son ərəfəsinə düşür. Rus dəniz donanmasının texniki cəhətdən inkişafında böyük zəhməti olan Makarov birinci rus buzqıran "Ermak" gəmisinin konstrukturu olmuşdur. O, ilk dəfə "Abrek" gəmisində üzmüş, sonra isə "Boqatr" gəmisinə keçirilmişdir. 1881-ci ildə "Taman" hərbi gəmisində komandir olarkən Qara dənizlə Aralıq dənizi arasında gedən su mübadiləsini öyrənməklə onların elmi izahını vermişdir. O, həmçinin Qara dənizdə bütün axını sisteminin izahını vermişdir. Bu işlərinə görə Makarov Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür.
1885-ci ildə Makarov "Vityaz" gəmisinə komandir təyin olunur. 1886-cı ilin avqust ayında "Vityaz" gəmisi dünya səyahətinə çıxır. Əsas məqsəd dünya okeanını öyrənməkdən ibarət idi. Gəminin hidroloji müşahidələri artıq Baltik dənizindən başlayır. 70–100 m dərinlikdə suyun temperaturu 1,50C olduğu halda, daha dərində artaraq müsbət 40C olduğunu müşahidə edir. Bu müşahidə digər dənizçiləri də çox maraqlandırdığından "Vityaz" gəmisi tədricən Üzən laboratoriyaya çevrildi. Sutkada altı dəfə suyun temperaturu ölçülməklə onun xüsusi çəkisi də təyin edilirdi. Bununla yanaşı axının sürəti öyrənilməklə quruntdan analiz üçün nümunələr də götürülürdü.
Atlantik okeanını arxada qoyaraq Magellan boğazından keçərək "Vityaz" Sakit okeana daxil olur və yeddi aydan sonra Yaponiyanın Iokoqam limanına çatır. Beləliklə, uzun müddət Kuril adaları rayonunda uzun müddət Sakit okean və Oxot dənizinin tədqiqinə başlayırlar. 993 gün üzdükdən sonra "Vityaz" Kronştadta qayıdır. Makarov topladığı zəngin materiallar üzərində işləməklə 1892-ci ilin may ayında ""Vityaz" və Sakit okean" əsərini tamamlayır.
Stepan Osipoviç Makarov bir müddət şimal qütbünə çatmaq və qütblə müntəzən əlaqə yaratmaq üçün qüvvətli buzqıran gəminin hazırlanması üzərində düşünür. Onun bu arzusu 1899-cu ildə yerinə yetir. Hazırlanmış gəmi "Yermak" adlandırılır. "Yermak" Fin körfəzində buzları yararaq Kronştadta yan alır. Bu münasibətlə Dmitri Ivanoviç Mendeleyev Makarova belə bir məzmunda teleqramma göndərir: "Siz qələbə çaldınız, təbrik edirəm. Eyni qələbəni qütb buzlaqlarında arzu edirəm. Professor Mendeleyev."
1899-cu ilin yayında "Yermak" Şpispergenə üzməklə buranı qütbə getmək üçün dayanacaq kimi seçir. Şpispergen yaxınlığında zədə almış, gəmi tezliklə düzəldilərək buzların hərəkət istiqamətini, həmçinin bu ərazilərin xəritəsi dəqiqləşdirilərək geri qayıdır. Geri qayıdarkən "Yermak" buzlar arasından "Admiral Naximov" gəmisini xilas edir. 1901-ci ildə Makarov "Yrmak" ikinci dəfə qütb istiqamətində üzməyə başlayır. Ekspedisiyanın qarşıya qoyduğu plan daha geniş olduğundan bu dəfə daha çox elmi işçilər cəlb olunmuşdur. Daha çox məsələləri həll etmək üçün Makarov Arktika buzları, Şimal Buzlu okeanın dərinlikləri, Arktikada yer maqnetizmi, adaların geoloji quruluşu haqqında məlumatlar toplayır. Novaya Zemlya torpağının daha dəqiq xəritəsini tərtib etməyə müvəffəq olan Makarov Şimal Buzlu okeanında 300-ə qədər sahələrdə stansiyalar təşkil etməklə su nümunələrini analiz etdirmişdir. Tarixdə ilk dəfə olaraq okeanoqrafiya sahəsində aparılan tədqiqatlarda Makarov kinoaparatdan istifadə etmişdir.
1902-ci ildə yorulmaz qütb tədqiqatçısı yenidən Arktikaya səyahət etmək üçün icazə almağa çalışır, lakin ekspedisiyanın nəticələrini lazımınca qiymətləndirməyən çar hakimiyyəti növbəti səyahətin təşkil olunmasını məqsədəuyğun saymadığından icazə vermir.
1904-cü il martın 31-də rus-yapon müharibəsində Makarov həlak olur.
İstinadlar
redaktə- ↑ Макаров Степан Осипович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Deutsche Nationalbibliothek Record #118730339 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə
redaktə- Степанов А. Адмирал Макаров в Порт-Артуре: повесть / Степанов А. — Владивосток: Примиздат, 1948. — 149 с.