Stibium - Wikipedia
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | stibium, Sb, 51 | |||||
Qrup, Dövr, Blok | 15, 5, p | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 121.760 q/mol | |||||
Elektron formulu | [Kr] 4d10 5s2 5p3 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 630.63 °C (903.78 K, 1167.13 °F) | |||||
Qaynama temperaturu | 1587 °C (1860 K, 2889 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Stibium və ya sürmə (Sb) — D.İ. Mendeleyevin elementlərin dövri sistemində 51-ci element.
Ümumi məlumat
redaktəBu elementin coxlu adları var. Onun rusca adı "sürmə" sözü türk mənşəlidir. Sürmə sözü türk dillərindən götürülüb və “qrim, sürtmə” mənasını verir. Stibium (III) sulfidin qara, parıltılı tozu Sb2S3 kosmetik vasitələrdə istifadə olunub. “Sürmələnmək” sözü buradan aydın olur, başqa sözlə qaşları güclü rəngləmək. Stibium kövrək, çətinəriyən metal parıltılı, gümüşü-ağ maddədir. Elektrik cərəyanını keçirir. Qızdırdıqda havada yanır, bu zaman Sb2O3 əmələ gəlir.
Alınması
redaktəFiziki-kimyəvi xassələri
redaktəStibiumu ən qeyri-metallik metal hesab etmək olar. Xarici görünüşünə görə o qurğuşuna oxşayır, amma aşağı plastikliyi ilə xarakterizə olunur, əksinə, daha kövrəkdir. Həvəngdəstədə onu toz halına salmaq olar. Amma onun monokristalı plastikdir. Stibiumun xüsusi müqaviməti civə müstəsna olmaqla bütün metallardan yüksəkdir. Stibium (III) və stibium (IV) birləşmələri amfoter xassəlidir. Stibium və onun bəzi ərintiləri bərk vəziyyətə keçdikdə genişlənir və tökmə formasını yaxşı doldurur. Stibium avtomobil akkumulyatorlar üçün və tipoqrafik şriftlərin tökülməsi üçün qurğuşun ərintilərini legirləşdirici əsas metaldır. Təmiz stibium yarımkeçirici xassəli antimonidlərin alınması üçün istifadə olunur. Əgər stibium tozunu xlor mühitinə daxil etsək, o alışıb-yanır, bu zaman stibium (III) xlorid kristal hissəciklərindən ibarət tüstü əmələ gəlir.
Kimyəvi xassələri
redaktə- Sulfat turşusu ilə reaksiyası:
- Nitrat turşusu ilə reaksiyası:
- Sürməni Çar arağında həll etdikdə:
- Hallogenlərlə:
- Yodla:
- Xlorla müxtəlif temperaturlarda:
İstifadə sahələri
redaktəPiqmentlərə təkcə stibium (III) sulfid yox, həm də stibium (V) sulfid də SB2S5 aiddir. Bu narıncı maddə çoxlu sayda müxtəlif məmulatların hazırlandığı narıncı rezinin doldurucusu kimi istifadə olunur.
Sb3+ ionları çaxır turşusu ilə asanlıqla kompleks birləşmə əmələ gətirir: K[Sb(C4K2O6)H2O]∙0,5H2O. Bu qusma çaxır daşı adlanır, uzun müddət tibbdə istifadə olunmuşdur. Natriumun suda həll olmayan nadir duzları arasında Na[Sb(OH)6] duzu analitik kimyada natrium ionunun təyini üçün istifadə olunur.
Stibium birləşmələrinin kimyası haqqında
redaktəStibium birləşmələrinin kimyası ilə əlkimyaçılar fəal məşğul olmuşlar.. Hələ XV-XVI əsrlərdə alman əlkimyaçısı Vasili Valentin stibium, onun alınma üsulları və birləşmələrini (SbCl3) ətraflı şərh etmişdir.
Mənbə
redaktə- Глинка Н. Л. «Общая химия», — Л. Химия, 1983г
- Kimya. Uşaqlar üçün ensiklopediya. Bakı. 2008
- Сурьма на Webelements
- Сурьма в Популярной библиотеке химических элементов
- Сеннайоки (Финляндия) — уникальное месторождение самородной сурьмы
Kimya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |