Stronsium - Wikipedia
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | stronsium, Sr, 38 | |||||
Qrup, Dövr, Blok | 2, 5, s | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 87.62 q/mol | |||||
Elektron formulu | [Kr] 5s2 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 777 °C (1050 K, 1431 °F) | |||||
Qaynama temperaturu | 1382 °C (1655 K, 2520 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Stronsium (Sr) – Stronsium öz adını Şotlandiyanın Stronşian kəndinin (latın sözü "Strontion" – Şotlandiya deməkdir) adından götürülüb. 1787-ci ildə bu kəndin yaxınlığında mineral aşkar olunmuşdur ki, 1790-cı ildə şotlandiya həkimi A. Krouford əvvəllər məlum olmayan "torpağı" ayırmışdır. Metallik stronsium ilk dəfə olaraq ingilis kimyaçısı Q. Devi tərəfindən 1808-ci ildə alınmışdır.
D. İ. Mendeleyevin elementlərin dövri sistemində 38-ci element. Rəngli televiziyalar üçün görüntü balonlarının və dəmir əsaslı maqnitlərin istehsalında, sinkin saflaşdırılmasında, işıqfor gilizlərində və fişənglərdə qırmızı rəngin əldə edilməsində istifadə edilir. Nüvə batareyaları və fosforlu boyaların hazırlanmasında da bu elementdən istifadə edirlər. Stronsium titanat, yüksək bir qırılma indisinə və almazdan daha geniş bir optik dağılıma sahib olması səbəbiylə, cəlb edici bir optik maddədir. Stronsium mikroorqanizmlərin, bitkilərin və heyvanların tərkib hissəsidir. Dəniz yosunlarının quru maddəyə görə qramında 26–140 mq, yerüstü bitkilərdə 2,6 mq-a yaxın olur. Müxtəlif orqanizmlərin stronsiumu toplaması təkcə onların növündən, xüsusiliyindən deyil, həm də stronsium və digər elementlərin, başlıca olaraq kalsium və fosforun ətraf mühitdə nisbətindən asılı olur.
Torpaqda
redaktəTorpağa düşərək stronsium kalsiumun həll olan birləşmələri ilə birlikdə bitkilərə daxil olur. 90Sr izotopunu daha çox paxlalılar, kökümeyvəlilər və giləmeyvəlilər, daha az isə dəniz bitkilər toplayır. Toxumlarda və meyvələrdə digər orqanlara nəzərən daha az 90Sr izotop toplanır (məsələn, buğdanın yarpaqlarında və gövdəsində 90Sr buğda dənəsinə nəzərən 10 dəfə çox olur).
Heyvan orqanizmində
redaktəHeyvan orqanizmində 0,01% (kütlə ilə) stronsium olur. Stronsium orqanizmdə toplanmaq qabiliyyətinə malikdir. Bəzi dəniz orqanizmləri stronsiumu dəniz suyundan akkumuliyasiya edir (dəniz suyunda 0,013% stronsium olur).
İnsan orqanizmində
redaktəQida ilə insan orqanizminə 0,8 – 3,0mq strosium daxil olur. Çəkisi 70 kq olan yaşlı insanda 320 mq stronsium olur. Stronsiumun əsas miqdarı (99%-ə qədəri) sümüklərdə və dişlərdə toplanır. Limfatik qovşaqlarda, ağ ciyərlərdə, yumurtalıqda, qara ciyərdə və ağ ciyərdə stronsium çoxdur.
Stronsium kalsiumun analoqu kimi maddələr mübadiləsində aktiv iştirak edir və sümük toxumasında toplanır. Orqanizmə izafi miqdarda stronsium daxiıl olduqda "stronsium raxiti" və ya "yrovsk xəstəliyi" yaranır. Bu xəstəlik ilk dəfə olaraq Şərqi Sibirdə Urov çayının yaxınlığında yaşayan əhalidə aşkar olunmuşdur. Belə xəstəlik sümük toxumasından stronsium ionunun kalsium ionunu sıxışdırıb çıxarması nəticəsində yaranır.
Stronsiumun 90Sr radiaktiv izotopu atom silahının sınağı zamanı atmosferə düşür və orqanizmdə, xüsusən də sümük toxumalarında və sümük beynində — qanəmələgətirici orqanda toplanır ki, bu da ağır xəstəliyə — leykemiyaya (qan xərçənginə) gətirib çıxarır. Stromsium – 90 ilə şüalanmanın təsirindən canlı maddədə dəyişmələr baş verir: hüceyrələrin strukturu və funksiyası pozulur ki, bu da maddələr mübadiləsinin əsaslı şəkildə pozulmasına gətirib çıxarır. Bundan başqa şüalanma DNT – yə də təsir edir ki, bu da bir qayda olaraq irsiyyətə öldürücü təsir edir. Dinc məqsədlərlə radioaktiv stronsium sümük şişlərinin şüa terapiyası qurğularında istifadə olunur.
Stronsium orqanizmə daxil olmasının əsas mənbələri aşağıdakılardır. Hava. Bitki mənşəli məhsullar: qarabaşaq, kartof. Dəniz məhsulları.
Insan bədənində stronsium atomlarının sayı 1,0·1021, bir insan hüceyrəsində 1,0·107 ədəddir.
Qida məhsulları ilə stronsiumun orqanizmə sutka ərzində daxil olan miqdarı 1,9 mq –dır[1].
Stronsiumun birləşmələri
redaktəStronsiumun ən geniş məlum olan və insan tərəfindən geniş istifadə olunan birləşmələri aşağıdakılardır:
SrSO4 – stronsium sulfat, selestin
SrO – stronsium oksid
SrCO3 — stronsium karbonat, stronsianit
Tibbdə
redaktəTibbdə stronsium həmçinin bəzi dəri və göbələk xəstəliklərinin müalicəsində applikator kimi istifadə olunur.
"Təmiz halda" stronsium insan üçün zəhərli deyil, onun birləşmələri isə az zəhərlidir.
Radioaktiv stronsium şüa terapiyası qurğularında, defektoskoplarda, plyonkalardan və parçalardan statik elektrik yüklərini götürmək üçün istifadə olunur.
Stronsium birləşmələri qırmızı siqnal alovlarının tərkibinə daxildir. Stronsium karbonat SrCO3 rəngli televizorlar istehsalında, hallogenləri isə soyuducu qurğularda istifadə olunur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ V. M. Abbasov, A. M. Tağıyeva, Z. Ə. Həsənov, Ş. V. Salmanzadə. Kimya və Həyat. Bakı 2011