Sumo - Wikipedia
Sumo — qədim yapon döyüş sənətidir. 13 əsrlik tarixi vardır.
Döyüşdən əvvəl və sonra
redaktəSumo döyüşçüləri oyundan əvvəl mərasim əsnasında meydana duz səpir. Bunun məqsədi həm pis ruhları uzaqlaşdırmaq həm də meydanın sürüşkənliyini azaltmaqdır. Turnirlərdə hər günün sonunda xüsusi sumo ritualı keçirilir. Bu ritualda, əlində ənənəvi bir çubuq olan bir gənc, döyüşün sonunu xəbər verən bir mahnı çalır və zərb alətləri ilə müşayiət olunan çubanı ritmik şəkildə döndərməyə başlayır.
Döyüşçülərin kateqoriyası
redaktə.Sumo döyüşçülərinin ən əhəmiyyətlisi yokozuna (böyük çempion) və ozeki (çempion) adlanır. Turnirlər zamanı daha çox bu kateqoriyadakı sumoçular populyardır.
Əsas fəndlər və qaydalar
redaktəTəkbətək döyüş zamanı sumoçunun qurşaq hissəsi və ayaqlarının arasından dolanmış xüsusi parça mavasi adlanır.Sumo güləşçisinə Rikişi deyilir. Sumoda gözə və beldən aşağı zəif nöqtələrə zərbə vurmaq, saçdan dartmaq qadağandır. Bədənin və qurşağın müxtəlif yerlərindən tutmaq, tullama fəndi, badalaq və ağrıdıcı fəndlər mümkündür. Döyüş güləşçilərin eyni anda bir-birini dartması və toqquşması ilə başlayır. Üstünlük daha çox hücum edən tərəfdə olur.
Döyüşdə qalibin müəyyən edilməsində aşağıdakı meyarlar nəzərə alınır:
- Ayağının altı istisna olmaqla bədənin istənilən hissəsi yerə ilk toxunan döyüşçü məğlub hesab olunur.
- Güləş meydançasından ilk olaraq kənara çıxan döyüşçü məğlub hesab olunur.
Sumoda çəki amili əsas şərtlərdəndir. Yokozunaların (yap. böyük çempion) orta çəkisi təxminən 100 kq-dır. Yüksək divizionda iştirak edən güləşçilərin çəkisinin 100 kq-dan artıq olması mütləq şərtdir.
Sumoda döyüş meydançası doxyo adlanır. Döyüş dairəsinin diametri 4,55 metrdir.
Xarici keçidlər
redaktə- Yaponiya Sumo Assosiasiyası -ingiliscə
- Sumo haqqında məqalə Arxivləşdirilib 2008-05-03 at the Wayback Machine - rusca