Suriya Sehrasi - Wikipedia
Suriya səhrası (Suriya çölü; ərəb. بادية الشام, Eş-Şam[1]) — səhra Yaxın Şərqdə Suriya, İordaniya[2], İraq və Səudiyyə Ərəbistanı ərazisində yerləşir. Səhra çöllüklərdən və qumlu sahələrdən ibarətdir. Səhranın sahəsi 1 milyon km² təşkil edir.
Suriya səhrası | |
---|---|
ərəb. بادية الشام | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 1,000,000 km² |
Yerləşməsi | |
33°20′00″ şm. e. 38°50′00″ ş. u.HGYO | |
Ölkələr | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəSuriya səhrası son 12 min il öncə meydana gəlmişdir[3]. Uzun zaman səhrada həyat olmamışdır. Şərqdən xalqların köçü sayəsində insanlar müasir Suriya ərazisinə köç etməli olmuşdur. İlk dəfə bura amoreylər sonradan arameylər onları əvəz edir. Ən sonda isə ərazi ərəblər tərəfindən məskunlaşılır[4]). Səhranın əhalisi əsasən ərəb dialektində danışan beduinlərdir.
Coğrafiyası
redaktəBu səhra qərbdən Aralıq dənizi sahilləri, şimal və şərqdən Fərat çayı, cənubdan Nefud səhrası, cənub qərbdən isə Neqrv ilə əhatələnir[5].
Daşlı, qumlu ərazilərdən ibarətdir. Səhranın xüsusi ilə şimal, qərb hissələrdə vulkanik suxurlar üstünlük təşkil edir. Yüksəklik isə artır. Şimal-şərqə doğru Fərat çayına doğru isə yükdəklik azalır. İllik yağıntı 50–80 mm arasında dəyişir. Şimal, şimal-qərb hissədə yağıntının miqdarı 200–300 mm təşkil edir. Quraq ərazilərdə əsasən maldarlıq yayılmışdır.
İqlimi
redaktəSubtropik iqlim qurşağında yerləşir. Yanvar ayında orta aylıq temperatur +7 °S, iyulda isə +29 °S təşkil edir. Şaxtalar hər il müşahidə edilir. Yağıntı olduqca az düşür.
Flora
redaktəSəhranın səthi elədə zəngin bitki örtüyünə malik deyildir. Xüsusi ilə ot və kol bitkilərinə rast gəlinir. Burada Saksaul, Anabasis salsa, Yovşan kimi bitkilər yayılmışdır. Onların çoxu qış yağıntıları dövründə bitir.
Fauna
redaktəXX əsrdə Suriya səhrasında Dəvəquşular[6], Birhürgüclü dəvələr[7]), eşşəklər yayılmışdı. Bu yaxınlara qədər burada Asiya şirlərini görmək olardı.
Nəqliyyat əlaqələri
redaktəHələ qədim zamanlardan səhra Mesopotomya ilə Aralıq dənizi arasında yerləşən yolların üzərində olmuşdur. Hazırda isə Dəməşq və Palmira arasında müasir avtomobil yolu fəaliyyət göstərir (2011-ci ildən başlanan vətəndaş müharibəsi vəziyyəti kəskin sürətdə dəyişmişdir). Mühüm nəqliyyat vastələrindən biridə boru nəqliyyatıdır. Hazırda istər Suriyanın daxili hasilatı və İran körfəzində yerləşən neft Aralıq dənizinə daşıyır.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Инструкция по передаче на картах географических названий арабских стран. — М.: Наука, 1966. — С. 27.
- ↑ "Petra". 2012-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
- ↑ "Sivilizasiyanın yerdəyişməsi". 2014-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
- ↑ "Ислам против Ирана". 2020-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
- ↑ "Ölü dənizi море". 2020-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
- ↑ "Многоликий страус". 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
- ↑ "Vavilon texnikası və elmi". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.