Telanqana - Wikipedia
Telanqana — Hindistanın cənubunda ştat. 114,840 km2 ərazi ilə Hindistanın 12-ci iri ştatıdır.
Telanqana | |
---|---|
تلنگانہ | |
17°59′24″ şm. e. 79°35′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 2 iyun 2014 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 50 |
Nəqliyyat kodu | TS |
Digər | |
telangana.gov.in | |
Vikianbarda əlaqəli mediafayllar |
Ərazisinin böyük hissəsi Heydərabad ştatının tərkibində olmuş (Medak və Varanqal rayonları), Britaniya Racı dönəmində Heydərabad Nizamı tərəfindən idarə olunmuş, 1948-ci ildə Hindistan dominionuna qoşulmuşdur. 1956-cı ildə ştatların linqvistik xüsusiyyətlərə görə yenidən təşkil olunarkən Heydərabad ştatının Teluqu dilində danışan hissəsi – Telanqana Andhra ştatına birləşdirildi, yeni Andhra Pradeş ştatı quruldu. 2014-ci ilin iyunun 2-də Telanqana Andhra Pradeşdən ayrılaraq paytxatı Heydərabad şəhəri olan 29-cu yeni ştat oldu. Heydərabad on ildən çox olmayan müddətdə Andhra Pradeş və Telanqana ştatlarının birləşmiş paytaxtı kimi fəaliyyət göstərməyə davam edəcəkdir.
Telanqana şimaldan Maharaştra, Çhatisqarh; qərbdən Karnataka; cənub, şərq və şimal-şərqdən Andhra Pradeş ştaları ilə qonşudur. Ştatın 35,286,757 nəfər (2011-ci ilin statistikası) əhalisi var. Əsas şəhərləri Heydərabad, Nizamabad, Xarimnaqar, Xammam, Varanqal şəhərləridir.