Teodor Hertsl - Wikipedia
Teodor Hertsl (2 may 1860[1][2][…], Peşt[d], Macarıstan krallığı[d], Avstriya imperiyası[4] – 3 iyul 1904[3][1][…], Rayhenau-an-der-Raks[d], Aşağı Avstriya[d][4]) — Avstriya-Macarıstan İmperiyasında anadan olmuş yəhudi jurnalist, dramaturq, siyasi fəal, yazıçı və müasir siyasi sionizm cərəyanının banisi.[5] Hertsl Dünya Sionist Təşkilatını formalaşdırmış və başqa bölgələrdə yaşayan yəhudilərin Fələstinə immiqrasiyası sayəsində burada yəhudi dövlətinin əsasının qoyulması fikrinin əsasını qoymuşdur. Müstəqil dövlət kimi formalaşmasını öz sağlığında görə bilməsə də, İsrail Dövlətinin banisi hesab olunur.
Teodor Hertsl | |
---|---|
alm. Theodor Herzl | |
Doğum tarixi | 2 may 1860[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 3 iyul 1904[3][1][…] (44 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri |
|
Milliyyəti | Yəhudi |
İxtisası | Hüquq |
Təhsili | Vyana Universiteti |
Fəaliyyəti | jurnalist, vəkil, yazıçı, siyasətçi, dramaturq, ədəbiyyat tənqidçisi |
Tanınır | Müasir siyasi sionizm cərəyanının banisi |
Vikianbarda əlaqəli mediafayllar |
Hertslın adı İsrailin Müstəqillik Bəyannaməsində xüsusilə qeyd olunur və ona "Yəhudi Dövlətinin spiritual banisi" şəklində müraciət olunur.[6] Bütün bunlarla birlikdə o heç də ilk sionist nəzəriyyəçi və ya alim deyildi. Ondan əvvəl də ilkin sionist ideyaların yayılmasında böyük rol oynamış Yehuda Bibas, Zvi Hirş Kalişer və İuda Alkalay kimi ravvinlər var idi.[7][8]
Həyatı
redaktəTeodor Hertsl Macarıstan krallığında indiki Budapeşt şəhərinin şimal-qərbində yerləşən yəhudi məhəlləsində dünyəvi ideyalara sahib yəhudi ailəsində anadan olmuşdur.[9] Atası əslən Serbiyanın Zimoni şəhərindən (indiki Zemon şəhəri) idi.[10] O, almandilli və assimilyasiyaya məruz qalmış yəhudilər olan Janett və Yakob Hertslın ikinci övladı kimi dünyaya gəlmişdi. Hertsl ailəsinin həm ata, həm də ana tərəfdən Aşkenazi və Səfərad yəhudilərindən olduğu bildirilir. Onun məşhur yunan kabbalisti Yosef Taytatsakın nəslindən olduğu da bilinir.
Atası Yakob Hertsl (1836–1902) böyük uğurları olan biznesmen idi. Teodorun özündən bir yaş böyük olan bacısı Paulina 7 fevral 1878-ci ildə yatalaq xəstəliyi səbəbilə vəfat etmişdir.[11] Teodor öz ailəsi ilə birlikdə Budapeştin şərq hissəsindəki "Böyük sinaqoq"un yaxınlığındakı evdə yaşayırdı.[12][13]
Gənclik illərində Süveyş kanalının tikintisinə rəhbərlik etmiş fransız diplomatı Ferdinand de Lessepsi özünə nümunə kimi götürsə də[14], elm sahəsində uğurlu olmadıqdan sonra ədəbiyyat və humanitar sahələrə olan marağı artır.[15] Bu həvəsi sonradan jurnalist və daha az tanındığı dramaturq kimi işlərində özünə böyük təsiri olur. Yəhudi jurnalist və yazar Amos Elona görə Hertsl öz gəncliyində alman mədəniyyətinin vurğunu olmuş, alman mədəniyyətinin bütün yaxşı tərəflərini özündə əks etdirən "Bildunq" fəlsəfəsini qəbul etmiş və almanları Mərkəzi Avropanın ən mədəni xalqı hesab edirdi. Hertslın ən çox oxuduğu yazarlara Göte və Şekspir daxil idi və həmin yazarların əsərləri ona daha mədəni biri olmaqda kömək etmişdi. "Bildunq"dan öyrəndiklərinə əsasən Hertsl inanırdı ki, özü də daxil olmaqla digər bütün Macarıstan yəhudiləri əsrlər boyunca özlərinin getdikcə yoxsullaşmasına və təzyiqlərə məruz qalmasına səbəb olan "utanc verici yəhudi xarakterləri"ndən əl çəkməli və beləliklə almanlar kimi Mərkəzi Avropanın digər xalqları ilə birlikdə inkişaf etmiş mədəniyyətə sahib millətlərə qoşulmalıdırlar.[16]
1878-ci ildə bacısı Paulinanın vəfatından sonra Teodor ailəsi ilə birlikdə Avstriya-Macarıstan İmperiyasının Vyana şəhərinə köçdülər. O, elə bu şəhərdə yerləşən Vyana Universitetində hüquq təhsili almışdır. Gənc hüquq tələbəsi kimi burada təhsil aldığı müddətdə alman millətçiliyini və liberalizmi təbliğ edən "Burşenşaft" təşkilatına qoşulmuş, lakin sonradan təşkilatın antisemitizm meylli fikirlərini öyrəndikdən sonra həmin qurumu tərk etmişdir.[17]
Vyana Universiteti və Zalsburq şəhərindəki qısamüddətli karyerasının ardınca jurnalistika və ədəbiyyat sahələrinə keçmiş, mərkəzi Vyanada yerləşən "Neue Freie Presse" ("Yeni Xəbərlər Qəzeti") qəzetində müxbir kimi fəaliyyət göstərdiyi dövrdə London və İstanbul kimi böyük şəhərlərə xüsusi səfərlər həyata keçirmişdir.[18] Sonradan həmin qəzetin ədəbi redaktoru vəzifəsinə yüksəldikdən sonra Vyanada səhnələnmiş bir neçə komediya və dramın müəllifi olmuşdur. Onun ilk işi yəhudilərin həyatı üzərində fokuslanmamışdı və felyeton janrında idi.[19]
Sionist intellektual və aktivist
redaktəHertsl "Neue Freie Presse" qəzetinin Paris müxbiri kimi Üçüncü Fransız Respublikasını 1894-cü ildən 1906-cı ilə qədər iki hissəyə bölən siyasi skandal olan "Dreyfus işi"ni izləmişdir. Bu, Fransada yaşayan yəhudi ordu kapitanının səhvən Almaniyaya casusluq etməsi səbəbilə həbs olunması nəticəsində Fransada baş vermiş bədnam antisemitik insident idi. Hertsl Dreyfus məhkəməsindən sonra Parisdəki kütləvi mitinqlərin şahidi oldu. Bu hadisənin Hertslın sionizmə keçid etməsində böyük rol oynadığı barədə ciddi şübhələr var. Hertsl vaxtilə özü bəyan etmişdi ki, Dreyfus məsələsi və izdihamın "Yəhudilərə ölüm" çağırışları onun sionizm siyasi cərəyanına keçid etməsinə səbəb olan əsas hadisə olmuşdu. Bununla belə, bəzi müasir araşdırmaçılar "Dreyfus işi"nin Hertslın ilkin yazılarında çox az hallandığını bildirmiş və bu məsələnin onun sonrakı ideyalarına birbaşa təsir etməsi ehtimalının cüzi səviyyədə olduğunu bildirmişdir.[20][21]
Jak Kornberq iddia edirdi ki, Dreyfus məsələsinin Hertslın ideyalarına təsir etməsi sadəcə mifdir və onun özü də Dreyfusun günahkar olduğunu qəbul edirdi.[22] Digər bir müasir iddiaya əsasən isə fransız cəmiyyətindəki antisemitizm meyllərinin artmasından narahat olması ilə birlikdə, Hertslın da digər qabaqcıl müşahidəçilər kimi ilkin mərhələdə Dreyfusun məlum məsələdə günahkar olduğunu qəbul etməsinə baxmayaraq, daha sonradan bu məsələnin getdikcə qloballaşması nəticəsində antisemitizm meyllərinin digər Avropa ölkələrinə də yayılmasından dolayı sionizmə qoşulduğu bildirilir. 1895-ci ildə Vyanada getdikcə öz təsirini daha da artıran antisemitik fikirləri ilə məşhur Avstriya Xristian Sosial Partiyasının sədri, demaqoq Karl Lügerin xüsusilə onun gələcəkdə siyasi fikirlərini dəyişməsində böyük rolu olmuşdur. Bu hadisələrin təsiri ilə Hertsl özünün məşhur "Yeni Getto" tamaşasını qələmə almış və burada Vyanada yaşayan yəhudilərin real təhlükəsizlik problemləri ilə üzləşməsindən bəhs etmişdir. Bu tamaşanın əsas qəhrəmanı Qərb yəhudilərinin məruz qaldığı sosial gettonu uğursuz şəkildə qırmağa çalışan assimilyasiyaya məruz qalmış bir yəhudi vəkildir.[23]
İngilis jurnalist Henri Vikhem Stidin verdiyi məlumata əsasən Hertsl ilkin mərhələdə "Yəhudi-Alman assimilasiyalaşmış doktrinasına son dərəcə bağlı" siyasi düşüncə tərzinə sahib idi.[24] Buna baxmayaraq, Hertsl sonradan özünün bu ilkin fikirlərindən imtina etmiş və etnik yəhudilərin assimilyasiyaya məruz qaldığını deyərək onların Avropanı tamamilə tərk etməli olduğu fikrini irəli sürmüşdür.[25] Hertsl belə düşünürdü ki, antisemitizmin qarşısını almaq və ya onu "müalicə etmək" mümkün deyil və bu məsələni həll etməyin yeganə yolu müstəqil yəhudi dövlətinin əsasının qoyulmasından ibarətdir.[26] 1895-ci ilin iyun ayında öz gündəliyində belə yazırdı: "Bunu deməliyəm ki, mən Parisdə daha sərbəst antisemitizm meylləri müşahidə etdim. Hər şeydən öncə bunu da qeyd etmək vacibdir ki, mən antisemitizmlə mübarizənin mənasız cəhd olduğunu qəbul etməliyəm."[27] Hertslın işlədiyi Vyana mərkəzli "Neue Freie Presse" qəzeti isə onun sionist siyasi cərəyanını təbliğ edən istənilən bir məqaləsini yayımlamaqdan qəti surətdə imtina etdi. Hertsl bütün bu hadisələrdən sonra ədəbiyyat sahəsində uğurlarını davam etdirmək və ictimai fiqur kimi hərəkət etmək arasında seçim etmək məcburiyyətində qalmışdı.[28] Təxminən bu hadisələrlə eyni zamanlarda "Yəhudi dövləti" haqqında özünün kiçik həcmli broşüralarını qələmə almağa başladı. Hertsl sonradan açıqlayırdı ki, onun bu yazıları sionist hərəkatının əsasının qoyulmasında və bu siyasi hərəkatın yüksəlib uğur qazanmasında mühüm rol oynamışdır.
Hertsl 1895-ci ilin sonlarında özünün "Yəhudi Dövləti" adlı əsərini yazdı və həmin əsər 1896-cı ilin fevralında nəşr olundu. Bu kitabda yəhudilərin Avropanı tərk edib özlərinin tarixi məskəni olan Fələstinə yerləşməli olduğu qeyd olunmuşdu.[29] Bu əsər yəhudilərin milliyətçilik fikirlərinin oyanmasında və onların Fələstinə qayıdaraq özlərinə müstəqil dövlət yaratmaq ideyasının yaranmasında mühüm rol oynadı. Yalnız müstəqil yəhudi dövləti sayəsində onlar antisemitizmdən xilas ola və heç bir təhdid olmadan öz dini rituallarını yerinə yetirə bilərdilər. Hertslın ideyaları dünya yəhudiləri arasında sürətlə yayıldı və beynəlxalq diqqəti özünə cəlb etməyi bacardı.[30] Hovevey Sion kimi mövcud sionist hərəkatının tərəfdarları da dərhal Hertslın ideyaları ətrafında birləşməyə başlasa da, ortodoks yəhudilər və qeyri-yəhudi cəmiyyətə inteqrasiya etmək fikrində olan yəhudilər onun bu ideyasına qarşı çıxdılar.[31]
Yəhudi vətənə baxış
redaktəHertsl özünün "Yəhudi Dövləti" adlı kitabında belə yazırdı:
Yəhudi məsələsi yəhudilərin nəzərə çarpacaq sayda yaşadığı bütün yerləri əhatə edir. Mövcud olmadığı yerlərdə isə yəhudi immiqrantların gəlişi ilə bu məsələ də ortaya çıxır. Təbii olaraq zülm görmədiyimiz yerlərə çəkilirik və bir müddət sonra oradakı mövcudluğumuz da zülmə səbəb olur. Bu problem qaçınılmazdır və istənilən sivilizasiyalaşmış cəmiyyət üçün də heç bir fərq etmir. Məsələn, Fransaya diqqət edin. Yəhudi məsələsi burada da həll edilməmiş olaraq qalır.[32]
Bu səbəblə, möhtəşəm bir yəhudi nəslinin ortaya çıxacağına inanıram. Makkaveylər (qədim yəhudi bölgəsi İudeyanı özlərinə geri qaytarmağı bacaran yəhudi döyüşçülər) yenidən yüksələcək. İndi isə öz açılış sözlərimi bir daha təkrar etməyə icazə verin. Özlərinə müstəqil dövlət arzulayan yəhudilər buna sahib olacaq. Biz azad insanlar kimi öz torpaqlarımızda yaşayacaq və sülh şəraitində öz evimizdə öləcəyik. Dünya bizim azadlığımızdan bəhrələnəcək, bizim zənginliyimizdən daha da zənginləşəcək, bizim möhtəşəmliyimizdən daha da böyüyəcək. Və orada şəxsi rifahımız üçün bacarmağa çalışdığımız hər şey insanlığın yaxşılığına güclü və faydalı şəkildə təsir edəcəkdir.[33] |
Osmanlı ilə diplomatik əlaqələri
redaktəHertsl öz ideyalarını yaymağa başladıqdan sonra istər yəhudi, istərsə də qeyri-yəhudi cəmiyyətin müəyyən bir hissəsi tərəfindən dəstəkləndi. Tarix araşdırmaçısı Norman Rouza görə "Hertsl "yəhudilərin Parnelli kimi" (Çarlz Stüart Parnell irlandların azadlığı uğrunda mübarizə aparmış milliyətçi siyasətçi idi) özünü bu ideya uğrunda qurban verməyə hazır idi."[34]
Hertsl 10 mart 1896-cı ildə Vyanada yerləşən Britaniya səfirliyində nazir olan və antisemitizm əleyhinə fikirləri ilə seçilən Anqlikan kilsəsinin nümayəndəsi Uilyam Hexlerlə görüşdü. Hexler Hertslın "Yəhudi Dövləti" kitabını oxumuşdu və görüş sionizmin tədricən qanuniləşməsi ətrafında fikir mübadiləsi əsasında keçdi.[35] Hertsl sonradan öz gündəliyində yazırdı: "Mən ona (Uilyam Hexleri nəzərdə tutur) dedim ki, birbaşa cavabdeh şəxslə, yəni dövlət naziri və ya şahzadə ilə görüşmək istəyirəm. Yalnız bu sayədə yəhudilər mənə inana və məni izləyə bilər. Bunun üçün ən uyğun şəxs isə heç şübhəsiz Almaniya kayzeri idi."[36] Nəticədə, Hexler 1896-cı ilin aprelində Baden böyük hersoqu I Fridrixlə geniş auditoriyada görüş təşkil etməyi bacardı. Badenin böyük hersoqu I Fridrix isə alman imperatoru II Vilhelmin əmisi idi. Hexler və I Fridrixin səyləri nəticəsində Hertsl və alman imperatoru II Vilhelm 1898-ci ildə görüşdülər. Bu görüş Hertsl və sionizmin yəhudilər də daxil olmaqla, bütün dünya üzrə nüfuzunu ciddi dərəcədə artırdı.[37]
1896-cı ilin may ayında Hertslın "Yəhudi Dövləti" adlı kitabı ingilis dilində Londonda nəşr olunmağa başlandı. Hertsl bütün bunlardan əvvəl öz dostu Maks Bodenhaymerə deyirdi ki, "sələflərimi bilmədən öz fikirlərimi yazmağa məcbur qaldım və həmin ədəbiyyatlar barədə məlumatım olsaydı bu kitabı yazmazdım."[38]
15 iyun 1896-cı ildə Hertsl İstanbulda olarkən bir imkan gördü. İstanbulda olarkən Osmanlı məhkəməsi ilə yaxşı əlaqələri olan polyak kont Filip Mixael fon Nevlinskinin köməyi ilə "Yəhudi Dövləti" məsələsini həll etmək üçün Osmanlı sultanı II Əbdülhəmidlə görüşməyə cəhd etdi.[39] İrəli sürdüyü problemlə bağlı çoxsaylı dinləyici toplaya bilməsə də, bir neçə yüksək vəzifəli dövlət nümayəndəsi ilə görüşməyi bacardı. Osmanlı Baş vəziri isə onu təmsil etdiyi Vyana mərkəzli "Neue Freie Presse" qəzetinin jurnalisti kimi qəbul etdi. Görüş zamanı Hertsl öz təklifini Baş vəzirə bildirdi ki, Fələstin ərazisində müstəqil yəhudi dövlətinin yaranmasına icazə verilməsi qarşılığında yəhudilər Osmanlının bütün xarici borcunu ödəməyə, onun maliyyə vəziyyətinin yaxşılaşmasında kömək etməyə hazırdırlar. Hertsl İstanbulu tərk etməyə hazırlaşdığı 29 iyun 1896-cı il tarixində Osmanlı dövləti tərəfindən simvolik şərəf medalına layiq görüldü.[40] Hertslın təltif olunduğu "Məcidiyyə ordeni" yəhudi dünyasının danışıqlarda ictimai tanınma alması kimi dəyərləndirildi.
Beş il sonra, 17 may 1901-ci ildə Hertsl və Sultan II Əbdülhəmidin İstanbuldakı görüşündən sonra Osmanlı sultanı bütün xarici borcun ödənilməsi qarşılığında sionistlərin Fələstinə daxil olması ilə bağlı razılaşmadan imtina etdi.[41][42]
İstanbuldan geri qayıdan Hertsl mərkəzi Londonda yerləşən və Britaniya yəhudisi polkovnik Albert Qoldşmitin rəhbərlik etdiyi sionist qruplaşma olan "Qədim Makkaveylər ordeni"ni ziyarət etdi. Qoldşmit İstanbul görüşməsindən sonra Hertslın ideyalarını dəstəkləməyə qərar vermişdi. 12 iyul 1896-cı ildə Londonun şərqində məskunlaşmış əslən Şərqi Avropadan olan minlərlə immiqrant yəhudilərin yürüşü keçirildi və bu yürüş zamanı Hertslın çıxışı yürüş iştirakçıları tərəfindən bəyənildi. Onlar Hertslı Sionizm hərəkatının rəhbəri vəzifəsinə təyin etdilər. Həmin vaxtdan etibarən sionizm hərəkatı böyük yəhudi kütlələri arasında daha geniş vüsət almağa başladı.
Dünya Yəhudi Konqresi
redaktəHertsl 1897-ci ildə şəxsi xərcləri hesabına mərkəzi Vyana şəhərində yerləşən "Die Welt" (tərcüməsi "Dünya" deməkdir) adlı həftəlik qəzetin əsasını qoydu və İsveçrənin Bazel şəhərində Birinci Sionist Konqresinin təşkil olunması məsələsini planlaşdırdı. O, həmin Konqresin prezidenti seçildi (1904-cü ildə vəfat edənə qədər bu vəzifədə qaldı) və 1898-ci ildən etibarən müstəqil yəhudi dövlətinin yaradılması barədə dəstək almaq məqsədilə bir sıra diplomatik görüşmələrdə iştirak etdi. Bir dəfə Yerusəlim şəhərində olmaqla, bir neçə dəfə alman imperatoru II Vilhelm tərəfindən qəbul olundu, həmçinin Haaqa Sülh Konfransında iştirak etdi və burada bir çox dövlət rəsmisi ilə danışıqlarda iştirak etdi.
Hertslın fikirlərinə görə Almaniya Fransaya nisbətən daha çox antisemitik ölkə idi və onu ümumiyyətlə "antisemitizmin mərkəzi" adlandırırdı. Öz qeydlərində "Əgər burada bəyəndiyim bir şey varsa, o da köhnə Prussiya aristokratiyasının üzvü olmağım idi" yazmışdı.[43]
Hertslın Britaniya yəhudilərindən olan İsrail Zanqvil və Macarıstan yəhudilərinin üzvü Maks Nordau ilə yaxşı əlaqələri var idi. Onların hər ikisi məşhur yazıçılar idi. Britaniyada yaşayan məşhur Rotşildlər ailəsinin üzvlərindən biri olan baron Albert Rotşild yəhudilərlə o qədər də maraqlanmırdı. Ümumiyyətlə, bank sahəsində tanınan yəhudilər Hertslı bəyənmir, hətta ona nifrət edirdilər.[44] Bunun da əsas səbəbi Hertslın onların sosial üstünlüyünün əleyhinə olması idi. Hertsl Rusiya yəhudisi, fizik Lev Pinkserin yəhudilərin Avropada gələcəyinin olmadığı və buranı həmişəlik tərk etməyin vacib olması fikirlərini dəstəkləyirdi. O, bu səbəblə yəhudilərin Avropadan Fələstinə kütləvi köçü ideyasının tərəfdarı idi. Hertsl öz ideyalarını açıq şəkildə bildirməkdən çəkinmirdi və "Mənim tərəfdarı olduğum ideya yeni deyil, bu ideya Yəhudi Dövlətinin yenidən qurulmasından ibarətdir." yazırdı.[45]
Sionizm və müqəddəs torpaq
redaktəHertsl ilk dəfə 1898-ci ilin oktyabr ayında Yerusəlim şəhərini ziyarət etdi.[46] Bu ziyarətdə əsas məqsəd Almaniya kralı II Vilhelmlə onun Sionizm hərəkatının və dünya yəhudilərinin rəsmi rəhbəri kimi tanınması barədə danışıqlar aparması məqsədi daşıyırdı və Uilyam Hexler tərəfindən planlaşdırılmışdı.[47] Hertsl və II Vilhelm ilk dəfə 29 oktyabrda İsrailin indiki Holon şəhəri yaxınlığında yerləşən Mikve-İsrael qəsəbəsində baş tutdu. Bu, uzun çəkməyən, lakin tarixi görüş idi. Bu ikilinin növbəti görüşü isə 2 noyabr 1898-ci ildə Yerusəlim şəhərinin "Peyğəmbərlər küçəsi" adı ilə məşhur olan səmtində baş tutdu.[48][49] 1899-cu ildə Dünya Sionist Təşkilatının bir qolu hesab olunan İngilis Sionist Təşkilatının əsası qoyuldu. Hertsl Avstriyada belə bir təşkilatı artıq 1897-ci ildə qurmuşdu.[50]
1902–1903-cü illərdə Hertsl Britaniyaya dəvət olundu və burada bir sıra mühüm dövlət rəsmiləri ilə, o cümlədən dövrün Kolonial İşlər müvəkkili Cozef Çemberlen ilə görüşdü və bu görüşdə Misir hökuməti ilə Sinay yarımadasının şimalında yerləşən Əl-Ariş qəsəbəsinə yəhudilərin köçürülməsi və sonradan bu ərazinin Fələstinin cənubu ilə birləşdirilməsi məsələsi müzakirə olundu.
Hertsl 6-cı Yəhudi Konfransında irəli sürülmüş ideya əsasında "Yəhudi Dövləti" ideyasına dəstək almaq məqsədilə 1903-cü ildə Roma Papası X Piy ilə görüşməyə cəhd etdi. Fələstin Rusiyadakı yəhudilərə edilən zülmdən qaçanlar üçün yaxşı sığınacaq ola bilərdi.[51] Bu görüş istəyinə cavab olaraq, kardinal Rafael Merri del Val açıq şəkildə bildirdi ki, yəhudilərin İsa peyğəmbərin müqəddəsliyini qəbul etmədiyi müddətcə, kilsə onların xeyrinə heç bir qərarın qəbul olunmasında yardımçı ola bilməz və bu səbəblə belə məsələlərdə "non possumus" ("edə bilmərik") mövqeyindən çıxış edir.[52] Bu dövrdə Kişinyov şəhərində 47 etnik yəhudinin öldürülməsi, yüzlərlə şəxsin yaralanması ilə başlayan poqrom yəhudilərin müstəqil dövlət ideyasını daha da alovlandırdı. Yəhudi Konqresində Hertslın yəhudilərin Fələstin ərazisinə köçürülməsinə qarşı olan kiçik bir qrup isə Uqanda planını dəstəkləyirdi, lakin bu planın ömrü elə də uzun olmadı və Fələstin planı daha uyğun hesab edildiyi üçün tezliklə, 1905-ci ildə gündəlikdən çıxdı. Bununla belə, Konqresdə İngiltərədən olan bir qrup Yəhudi Ərazi Assosiasiyalarının yaradılması planı ilə çıxış etmişdi. 1905-ci ildə 6-cı Yəhudi Konqresi araşdırmalardan sonra Britaniya tərəfindən təklif olunan "Uqanda planı"nı qəbul etməkdən imtina edir və yəhudilərin özlərinə müstəqil dövlət quracaqları yer kimi Fələstin əraziləri qəbul edilir.[53][54]
Vəfatı və dəfn olunması
redaktəHertsl "Uqanda planı"nın imtina edilməsini görəcək qədər yaşamadı. 3 iyul 1904-cü ildə Avstriyanın Edlax şəhərinin Reyhenau-an-der-Raks kəndində ürək sklerozu xəstəliyindən vəfat etdi. Ölümündən bir gün əvvəl müstəqil İsrail Dövləti ideologiyası mübarizəsində daim onun yanında olan Uilyam Hexlerə "Mənim üçün Fələstini salamlayın. Mən ürəyimdən gələn qanı öz xalqıma bəxş edirəm." demişdi.[55]
Son vəsiyyəti öz cənazəsinin heç bir nitq söylənilmədən ən yoxsul sinif insanları tərəfindən daşınması, atasının yanında dəfn olunması və İsrail müstəqillik əldə etdikdən sonra yəhudi xalqı tərəfindən cənazəsinin qalıqlarının buraya gətirilməsi olmuşdu.[56] Bununla belə, Hertslın dəfn mərasimində altı min nəfərə yaxın şəxs iştirak etdi, həmçinin Dünya Yəhudi Təşkilatının ikinci prezidenti David Volfsohn nitq söylədi.[57]
1949-cu ildə öz vəsiyətinə uyğun olaraq onun qalıqları müstəqillik əldə etmiş İsrailin paytaxtı elan olunmuş Yerusəlim şəhərinə gətirildi və buradakı Hertsl dağında dəfn olundu.[58]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Ben-Gurion D. Theodor Herzl // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Theodor Herzl // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Catalog of the German National Library (alm.).
- ↑ Esor Ben-Sorek. "The Tragic Herzl Family History". Times of Israel. 18 oktyabr 2015. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
At his brit mila he was given the Hebrew name Binyamin Zeev
- ↑ Israel Ministry of Foreign Affairs, Declaration of Establishment of State of Israel [1] Arxivləşdirilib 2017-03-17 at the Wayback Machine
- ↑ "Lehman-Wilzig, Sam N. "Proto-Zionism and its Proto-Herzl: The Philosophy and Efforts of Rabbi Zvi Hirsch Kalischer." Tradition: A Journal of Orthodox Jewish Thought 16.1 (1976): 56-76" (PDF). 2016-07-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-20.
- ↑ Penkower, Monty N. "Religious Forerunners of Zionism." Judaism 33.3 (1984): 289.
- ↑ Theodor Herzl: Founder of Political Zionism, Israel Cohen
- ↑ Theodor's father and grandfather were born in Zemun. See Loker, Zvi. Zemun // Berenbaum, Michael; Skolnik, Fred (redaktorlar ). Encyclopedia Judaica. 1 (2nd). Detroit: Macmillan Reference. 2007. 507–508. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2013.
- ↑ "Theodor Herzl – Background". About Israel. 2016-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2011.
- ↑ Herzl, Theodor. "An Autobiography". The Jewish Chronicle (1). 14 January 1898. səh. 20. 11 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2017.
I was born in 1860 in Budapest in a house next to the synagogue where lately the rabbi denounced me from the pulpit in very sharp terms (...)
- ↑ Herzl, Theodor. "Herzl Speaks: His Mind on Issues, Events and Men". Herzl Institute Pamphlet. 16. 1960. 19 noyabr 2005 tarixində arxivləşdirilib.
I went ... to the synagogue [in Paris] and found the services once again solemn and moving. Much reminded me of my youth and the Tabakgasse synagogue in Pest.
- ↑ Chouraqui, André. A Man Alone: The Life of Theodor Herzl. Keter Books, 1970, p. 11.
- ↑ Elon, Amos (1975). Herzl, pp. 21–22, New York: Holt, Rinehart and Winston. ISBN 978-0-03-013126-4.
- ↑ Elon, Amos (1975). Herzl, p. 23, New York: Holt, Rinehart and Winston. ISBN 978-0-03-013126-4.
- ↑ Herzl Museum: Herzl – A Man of His Times Arxiv surəti 9 fevral 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2013-09-08 at the Wayback Machine
- ↑ "Theodor Herzl (1860–1904)". Jewish Agency for Israel. 30 sentyabr 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 August 2009.
He received a doctorate in law in 1884 and worked for a short while in courts in Vienna and Salzburg.
- ↑ M. Reich-Ranicki, Mein Leben, (München 2001, DTV GmbH & C0. — ISBN 3-423-12830-5), p. 64.
- ↑ Cohn, Henry J., "Theodor Herzl's Conversion to Zionism," Jewish Social Studies, Vol. 32, No. 2 (Apr. 1970), pp. 101–110, Indiana University Press, https://www.jstor.org/stable/4466575 Arxivləşdirilib 2018-08-08 at the Wayback Machine
- ↑ Hoare, Liam, "Did Dreyfus Affair Really Inspire Herzl?," 26 fevral 2014, 'The Forward', http://forward.com/the-assimilator/193316/did-dreyfus-affair-really-inspire-herzl/ Arxivləşdirilib 2016-12-25 at the Wayback Machine
- ↑ Jacques Kornberg, "Theodor Herzl: A Reevaluation," Journal of Modern History, Vol. 52, No. 2 (Jun. 1980), pp. 226–252 Published by the University of Chicago Press jstor.org Arxivləşdirilib 2018-08-08 at the Wayback Machine
- ↑ "Das neue Ghetto". 2018-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
- ↑ The Habsburg Monarchy (London 1914), p. 188
- ↑ Rubenstein, Richard L., and Roth, John K. (2003). Approaches to Auschwitz: The Holocaust and Its Legacy, p. 94. Louisville. Kentucky: Westminster John Knox Press. ISBN 0-664-22353-2.
- ↑ Kornberg, Jacques. Theodor Herzl: From Assimilation to Zionism. Jewish Literature and Culture. Bloomington, Indiana: Indiana University Press. 1 dekabr 1993. 193–194. ISBN 978-0-253-33203-5. İstifadə tarixi: 8 avqust 2009.
"Thus, for the time being, antisemitism is alien to the French people, and they are unable to comprehend it ...
By contrast, several months later ... Herzl was to offer a far different assessment of antisemitism in Austria, as a power and mainline movement on an upward course. Moreover, his fury over Austrian antisemitism had no parallel in his reaction to French antisemitism. - ↑ Vital, 'A People Apart,' vol. 2, p. 439
- ↑ Royal Commission on Alien Immigration, 'Minutes of Evidence', 7 July 1902, p. 211
- ↑ Cleveland, William L., A History of the Modern Middle East. Boulder, CO: Westview, 2004. Print. p. 224
- ↑ Chief Rabbi of Vienna, Moritz Gudemann, "Since the Destruction of the Second Temple, the Jews have ceased to be a political-national identity", from Gudemann, National Judentum, (1897);M Graens, 'Jewry in Modern Period', in eds., Frankell & Zipperstein, p. 162
- ↑ Herzl and the rabbis Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine, Haaretz
- ↑ Herzl, Der Judenstaat, cited by C.D. Smith, Israel and the Arab-Israeli Conflict, 2001, 4th ed., p. 53
- ↑ The Project Gutenberg eBook of The Jewish State, by Theodor Herzl. gutenberg.org. 2008-05-02. 2019-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
- ↑ Norman Rose, A Senseless, Squalid War: Voices from Israel, 1945–1948, The Bodley Head, London, 2009, p. 2)
- ↑ Jerry Klinger. "Reverend William H. Hechler—The Christian minister who legitimized Theodor Herzl". Jewish Magazine. 2010. 6 iyul 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2011.
- ↑ The Diaries of Theodor Herzl, edited by Marvin Lowenthal, Gloucester, Massachusetts, Peter Smith Pub., 1978 p. 105
- ↑ London Daily Mail Friday 18 November 1898 "An Eastern Surprise: Important Result of the Kaiser's Tour: Sultan and Emperor Agreed in Palestine: Benevolent Sanction Given to the Zionist Movement One of the most important results, if not the most important, of the Kaiser's visit to Palestine is the immense impetus it has given to Zionism, the movement for the return of the Jews to Palestine. The gain to this cause is the greater since it is immediate, but perhaps more important still is the wide political influence which this Imperial action is like to have. It has not been generally reported that when the Kaiser visited Constantinople, Dr. Herzl, the head of the Zionist movement, was there; again when the Kaiser entered Jerusalem, he found Dr. Herzl there. These were no mere coincidences, but the visible signs of accomplished facts." Herzl had achieved political legitimacy.
- ↑ Reuben R Hecht, When the Shofar sounds Arxivləşdirilib 2020-08-19 at the Wayback Machine, 2006, p. 43
- ↑ "The Jewish State". 2020-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
- ↑ "Time Line". Herzl.org. 18 yanvar 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2011.
- ↑ "Time Line". Herzl.org. 18 yanvar 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2011.
- ↑ Friedman, Isaiah. "Herzl, Theodor." Encyclopaedia Judaica. Ed. Michael Berenbaum and Fred Skolnik. 2nd ed. Vol. 9. Detroit: Macmillan Reference USA, 2007. 63. Gale Virtual Reference Library. Web. 22 yanvar 2016
- ↑ 'Complete Diaries of Theodor Herzl' ed. Raphael Patai, transl. Harry Zohn, in 5 vols, (NY 1960), 5 July 1896 and 28 June 1895, i, p. 190
- ↑ Vital, p. 442
- ↑ transl. A Russian Jew's urgent warning to his kinsfolk
- ↑ "Theodor Herzl in Jerusalem, Just Prior to Meeting With German Emperor Wilhelm II..." Shapell Manuscript Foundation. 2012-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2011.
- ↑ Herzl had written in his diary of the necessity for world power recognition. 11 March 1896"
- ↑ Ginsberg, Michael Peled; Ron, Moshe. Shattered Vessels: Memory, Identity, and Creation in the Work of David Shahar. State University of New York Press. 2004. ISBN 978-0-7914-5919-5.
- ↑ Kaiser Wilhelm II had assured Herzl of his support for the Jewish protectorate under Germany when they had met privately in Istanbul a week earlier. By the time of their public meetings at Mikveh Israel and Jerusalem, the Kaiser had changed his mind. Herzl had thought he had failed. In the eyes of public opinion he had not.
- ↑ Schneer, The Balfour Declaration, p. 111
- ↑ Schneer, p. 112
- ↑ Catholicism, France and Zionism: 1895–1904 Arxiv surəti 13 iyul 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-07-13 at the Wayback Machine
- ↑ Schneer, pp. 113–14
- ↑ David Vital, A People and a State (1999), p. 448
- ↑ Elon, Amos (1975). Herzl, pp. 400–01, New York: Holt, Rinehart and Winston. ISBN 978-0-03-013126-4.
- ↑ 'Obituary', The Times, Thursday, 7 July 1904; p. 10; Issue 37440; col B.
- ↑ Elon, Amos (1975). Herzl, p. 402, New York: Holt, Rinehart and Winston. ISBN 978-0-03-013126-4.
- ↑ Mystery solved: Missing Herzl Parochet found in the KKL-JNF House in Tel Aviv Arxivləşdirilib 2020-10-02 at the Wayback Machine, Jerusalem Post
Xarici keçidlər
redaktə- Теодор (Биньямин Зеев) Герцль (1860–1904) Arxivləşdirilib 2007-12-31 at the Wayback Machine
- Биография на русском языке
- Статья. Сионизм как сублимация дендизма. Известный неизвестный Герцль. Arxivləşdirilib 2008-09-26 at the Wayback Machine
- Рецензия на книгу Теодора Герцля "Еврейское государство: Опыт современного решения еврейского вопроса".