Tibet Muxtar Rayonu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Tibet muxtar vilayəti (tib. བོད་རང་སྐྱོང་ལྗོངས་; Bod-rang-skyong-ljongs; çin. sadə. 西藏自治区, pinyin: Xīzàng Zìzhìqū; ТАР) — Çinin qərbində muxtar bölgə.
Tibet Muxtar Vilayəti | |
---|---|
བོད་ཡུལ། | |
31°42′20″ şm. e. 86°56′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1965 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
xizang.gov.cn | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə2005-ci ildə Tibetdə demokratik islahatların keçirilməsinə başlanmasının və feodal-təhkimçilik quruluşunun dağıdılmasının 46 ili tamam oldu, bu müddət ərzində sosial inkişaf və insan hüquqlarının müdafiəsi sahəsində böyük dəyişikliklər baş vermişdir.
1959-cu ilə qədər Tibetdə feodal-təhkimçilik quruluşu hakim idi, siyasi yanaşmada teokratiya – Bütün Tibet əhalisinin 5%-dən azını təşkil edən dini rəhbərliyin və feodalların diktaturası hökm sürürdü. Uzun əsrlər ərzində "13 maddə Məcəlləsi" və "16 maddə Məcəlləsi" fəaliyyət göstərmişdi ki, bunlara əsasən Tibetin bütün əhalisi 3 kateqoriya və 9 dərəcəyə bölünürdü, həm də onların hər birinin hüquqları dəqiq müəyyən edilirdi.
17 iyul 1959-cu ildə Tibet muxtar Rayonunun təşkili üzrə hazırlıq komitəsi Tibetdə demokratik islahatların keçirilməsi haqqında qərar qəbul etdi, bu zamandan etibarən Tibetin bütün ərazisində demokratik dəyişikliklərin həyata keçirilməsi uğrunda kütləvi hərəkatlar başladı.
21 sentyabr 1959-cu ildə adı çəkilən komitə torpaq üzərində feodal-təhkimçilik mülkiyyətinin ləğv edilməsi və yeni mülkiyyət formasının tətbiqi haqqında qərar qəbul etdi. Bununla yanaşı Tibetdə ruhani rəhbərliyin və feodal əyanlarının siyasi diktaturası ləğv edildi və milli rayon muxtariyyəti sisteminin həyata keçirilməsinə başlanıldı.
1965-ci ilin sentyabrında Tibet xalq nümayəndələri Məclisinin birinci çağırışının ilk iclası başladı, o, Tibet Muxtar Rayonunu yaranmasını rəsmi olaraq elan etdi. Sessiyada iştirak edən 301 nümayəndə arasında tibetlilərin və digər milli azlıqların nümayəndələri 80%-dən çox idi.
Tibet Muxtar Rayonu (TMR) sakinləri bütün Çin vətəndaşlarının istifadə etdikləri ÇXR Konstitusiyasında nəzərdə tutulan vətəndaş və siyasi hüquqlarla yanaşı, milli rayon muxtariyyəti çərçivəsində də bir sıra digər hüquqlara malikdirlər.
TMR yerli siyasi, iqtisadi və mədəni xüsusiyyətlərdən çıxış edərək muxtariyyət haqqında qanunvericilik müddəaları işləmək hüququna malikdir.
Hal-hazırda Tibetdə elektroenergetika, mədənçıxarma, sement, dəri, toxuculuq və digər sahələr üzrə 300-dən çox müasir sənaye müəssisələri fəaliyyət göstərir. Eyni zamanda avtomobil yolları şəbəkəsi formalaşdırılmış, Lxasunu ölkənin digər rayonları və eləcə də xarici şəhərlərlə birləşdirən aeroport fəaliyyət göstərir. Sanitar-tibbi şəraitin yaxşılaşdırılması tibetlilərin həyat və sağlamlıq hüququnu effektiv təmin edir. Tibetdə əhalinin sayı 1,5 mln. nəfərə qədər artmışdır. 2004-cü ildə təxminən 4400 təhsil müəssisəsi qeydə alınmışdır.
Tibetdə son 40 ildə baş verən tarixi əhəmiyyətli nəhəng dəyişikliklər, demokratik islahatlar sübut edir ki, sosial inkişafın və tərəqqinin, insan hüquqları ilə vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşmasının əsas səbəbləri feodal-təhkimçilik quruluşunun ləğvi və milli rayon muxtariyyəti sisteminin tətbiqidir.
Bütün bunlara baxmayaraq, Çinin mərkəzi hakimiyyətinin Dalay-lamaya münasibəti siyasətində problemlərin mövcud olduğunu qeyd etmək lazımdır. Çin hakimiyyəti Dalay-lamanı "Tibetin müstəqilliyinə" can atmaqdan çəkinməyə, Çinin parçalanmasına yönəlmiş fəaliyyətini dayandırmağa, Tibetin Çinin ayrılmaz hissəsi olduğunu açıq elan etməyə, ÇXR hökumətinin Çinin maraqlarını təmsil edən yeganə qanuni hökumət kimi tanımağa çağırır. Yalnız bu halda mərkəzi hakimiyyət Dalay-lama ilə onun taleyi ilə bağlı danışıqlar apara bilər.
Coğrafiyası
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 国务院第七次全国人口普查领导小组办公室 中国人口普查分县资料—2020 (çin). 北京市: 中国统计出版社, 2022. 983 s. ISBN 978-7-5037-9772-9
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəÇin müxalifətinin resursları
redaktə- China, Tibet and the Chinese nation Arxivləşdirilib 2006-02-17 at the Wayback Machine
- China Tibet Information Center Arxivləşdirilib 2005-12-31 at the Wayback Machine
- Chinese government white paper "Tibet — Its Ownership And Human Rights Situation" (1992)
- Chinese government white paper, "Tibet’s March Toward Modernization" (2001)
- Naming of Tibet Arxivləşdirilib 2008-02-24 at the Wayback Machine (Simplified Chinese)
- PRC Government Tibet information
- Regional Ethnic Autonomy in Tibet (May 2004)
- Tibet Online Arxivləşdirilib 2005-09-13 at the Wayback Machine (Simplified Chinese)
- Tibet University Arxivləşdirilib 2011-06-05 at the Wayback Machine (Simplified Chinese)
- White Paper on Ecological Improvement and Environmental Protection in Tibet
- White Paper on Tibetan Culture and Homayk
Tibet müxalifətinin resursları
redaktə- Amnesty International Report 2004 Arxivləşdirilib 2006-04-16 at the Wayback Machine
- Canada Tibet Committee Arxivləşdirilib 2008-06-12 at the Wayback Machine
- Central Tibetan Administration (Government in Exile)
- Faith in Exile — A video by the Guerrilla News Network
- Free Tibet website
- Freedom of expression violations in Tibet Arxivləşdirilib 2006-02-19 at the Wayback Machine
- Olympic Watch (Committee for the 2008 Olympic Games in a Free and Democratic Country) on Tibet-related issues
- Repression in Tibet Arxivləşdirilib 2006-02-18 at the Wayback Machine
- Repression in Tibet, 1987–1992 Arxivləşdirilib 2004-12-14 at the Wayback Machine
- Students for a Free Tibet
- The Government of Tibet in exile Arxivləşdirilib 2009-09-27 at the Wayback Machine
- Tibet Online — Tibet Support Group
- Tibetan Studies WWW Virtual Library
- Beefy’s Nepal and Tibet Page Arxivləşdirilib 2006-02-19 at the Wayback Machine — photos and information on Tibet (and Nepal)
- The Impact of China’s Reform Policy on the Nomads of Western Tibet by Melvyn C. Goldstein and Cynthia M. Beall — An examination of the impact of China’s post-1980 Tibet policy on a traditional nomadic area of Tibet’s Changtang (Northern Plateau) about 300 miles west-north-west of Lhasa in Phala Xiang, Ngamring county.
- Кузьмин С. Л. Скрытый Тибет. история независимости и оккупации. СПб: изд. А. Терентьева