Tip Taksonomik Kateqoriya - Wikipedia
Tip Taksonomik Kateqoriya - Wikipedia - Haqqında Məlumat
Tip: zoologiyada (lat. phylum), botanikada (lat. divisio) bioloji təsnifatın ən yüksək pilləsi.
Botanika və zoologiyada ali təsnifat vahidi olub, mənşəcə qohum olan sinifləri özündə birləşdirir. Məsələn, çiçəkli bitkilər tipi (Angiospermae) birləpəlilər və ikiləpəlilər sinfini birləşdirir. Buğumayaqlılar tipi (Arthropoda) xərçənglər, hörümçəkkimilər, çoxayaqlılar və cücülər sinfini birləşdirir və s.