Tofiq Mirzeyev Aktyor - Wikipedia
Tofiq İbrahim oğlu Mirzəyev (16 iyun 1932, Gədəbəy) — Azərbaycan aktyoru, rejissor və ssenarist. Bəzi filmlərdə səs operatoru və səs rejissoru kimi də iştirak edib. Azərbaycan SSR əməkdar artisti (1976), Azərbaycan Respublikasının xalq artisti (2022).
Tofiq Mirzəyev | |
---|---|
Doğum tarixi | 16 iyun 1932 (92 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor |
Mükafatları |
|
Həyatı
redaktəTofiq Mirzəyev 16 iyun[1] 1932-ci ildə Gədəbəydə anadan olub. Anası Bella İlyinşina əslən yəhudi idi.[2] Qardaşı Teymur Mirzəyev də musiqiçi idi.
T.Mirzəyev Azərbaycan Konservatoriyasının klarnet sinfini bitirib. Əvvəlcə Bakıda, sonra Moskvada Böyük Niyazi onu klarnet ifaçısı kimi görərək Dövlət simfonik orkestrinə dəvət edib və Tofiq maestronun rəhbərliyi altında orkestrin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa etməyə başlayıb. Onun rus və Avropa bəstəkarlarının klassik musiqilərinə, Q.Qarayevin, C.Hacıyevin, F.Əmirovun, Niyazinin özünün əsərlərinə dərindən bələd olması da məhz buradan qaynaqlanır.[3] Amma Tofiq Mirəzyev lap gənc yaşlarından klassik musiqi ilə yanaşı, cazla da maraqlanıb. Özü də yalnız maraqlanmaqla kifayətlənməyib, Pərviz Rüstəmbəyov, İsmayıl Kələntərov, Vaqif Mustafazadə, Tofiq Şabanov kimi adlı-sanlı Azərbaycan cazmenləri ilə birlikdə caz musiqiləri ifa edib. Lakin qəfil xəstəlik onun musiqi karyerasına son qoyub. Belə ki, Tofiq Mirzəyev 1960-cı ildə ağır xəstələnir və həkimlər ona klarnetdə ifa etməyi qadağan edirlər.[4]
Peşəsini dəyişmək məcburiyyətində qalan Tofiq Mirzəyev rejissor olmaq üçün Moskvaya oxumağa gedir. Kursları bitirdikdən sonra rejissor peşəsinə yiyələnir. Ardından Azərbaycan Televiziyasında işə düzələn Tofiq Mirzəyev burada 25 il fəaliyyət göstərir. O, Azərbaycan Televiziyasında ilk musiqi proqramlarını hazırlamağa başlayır. Rejissor, həmçinin burada bir neçə film-konsert ("Abşeronun nəğmələri", "Niyazinin simfoniyası" və s.) nümayiş etdirib. Həmin dövrdə AzTV-nin baş rejissoru olan Arif Babayev ona televiziyada ilk addımlarında, sonra isə kinoda kömək edib. Onun iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Onlar arasında "Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq" və başqa filmləri göstərmək olar. Aktyor "Mosfilm" və "Dovjenko" studiyalarında da filmlərə çəkilib.[5]
Hazırda İsraildə yaşayır və ictimai fəaliyyətlə məşğul olur. Aktyor burada fəaliyyət göstərən Hayfa-Bakı cəmiyyətinin üzvüdür.[6] Yazıçı Anar ilə bacanaqdır. Teymur adlı oğlu var.
İrsi
redaktə2016-cı ildə Elvin Vəlimətov tərəfindən Tofiq Mirzəyevə həsr olunmuş Akkordlar... Tofiq Mirzəyev adlı qısametrajlı sənədli-bədii televiziya filmi çəkilmişdir.
Mükafatları
redaktə- Azərbaycan SSR əməkdar artisti — 23.12.1976[7]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü[8] layiq görülmüşdür.
- Azərbaycan Respublikasının Xalq artisti — 14.06.2022[9]
- "Şöhrət" ordeni — 14.06.2022[10]
Filmoqrafiya
redaktə- Abşeron mahnıları (film, 1969) (qısametrajlı sənədli film) (Aztv)
- Akkordlar... Tofiq Mirzəyev (film, 2016)
- Bakı qalası (film, 1969)
- Bir az da Bahar bayramı (film, 1979)
- Bizi dağlarda axtarın (film, 1976)
- Cin mikrorayonda (film, 1985)
- Cinahsız cəbhə (film, 1974)
- Doğma sahillər (film, 1989)
- Dörd bazar günü (film, 1975)
- Düşmən arxasında cəbhə (film, 1981)
- Dvorjakın melodiyası (film, 1979)
- "EKSPO-67" üçün Azərbaycan incəsənət ustalarının konserti (film, 1967)
- "EKSPO-67" üçün estrada konserti (film, 1967)
- Əlavə iz (film, 1981)
- Əlvida, cənub şəhəri (film, 2006)
- Ən vacib müsahibə (film, 1971)
- Güzgü (film, 1990)(I)
- Xalq nəğməkarı (film, 1979)
- Xatirələr sahili (film, 1972)
- Xüsusi vəziyyət (film, 1986)
- İntibah (film, 1972)
- İstintaq (film, 1979)
- Kabusun gözüylə (film, 2010)
- Kənar adamlar (film, 1992)
- Konsert proqramı (film, 1971) (II)
- Memar (film, 2006)
- Mezozoy əhvalatı (film, 1976)
- Nəsimi (film, 1973)
- Nizami simfoniyası (film, 1970)
- O qızı tapın (film, 1970)
- Onun bəlalı sevgisi (film, 1980)
- Ömrün ilk saatı (film, 1973)
- Poladın mahnıları (film, 1982)
- Sürəyya (film, 1987)
- Şahid qız (film, 1990)
- Şeytan göz qabağında (film, 1987)
- Şur (film, 1967)
- Təhminə (film, 1993)
- Uşaqlığın son gecəsi (film, 1968)
- Üzeyir ömrü (film, 1981)
- Yataqda siqaret çəkməyin (film, 1986)
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
- ↑ "Aktyor Tofiq Mirzəyevi Azərbaycandan İsrailə nə apardı…". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-27.
- ↑ "Həyat eşqi". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-28.
- ↑ "Tofiq Mirzəyevin 85 yaşı tamam oldu". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-27.
- ↑ "Tofiq Mirzəyev — Azərbaycan kinematoqrafiyasının canlı əfsanəsi". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-27.
- ↑ AzTV. "Akkordlar. Tofiq Mirzəyev" (az.). Youtube.com. 07.01.2017. İstifadə tarixi: 2017-01-08.
- ↑ Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
- ↑ T.İ.Mirzəyevə "Xalq artisti" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ T.İ.Mirzəyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Mənbə
redaktə- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 269.
- Mükərrəmoğlu, M. ""Şərq-Qərb" Beynəlxalq Kinofestivalı öz işinə başladı" //Xalq.- 2002.- 12 oktyabr.
- Mükərrəmoğlu, M. ""Şərq-Qərb" kinofestivalı başa çatdı" [Rəşid Behbudov adına Mahnı Teatrında festivalın bağlanışına həsr olunmuş mərasim keçirildi] //Xalq.- 2002.- 20 oktyabr.
- Журнал "Баку". Номер: Март — Апрель 2011