Triptofan - Wikipedia
Triptofan (Trp, W) - zülalları təşkil edən 20 amin turşusundan biridir. Genetik kodu UGG-dir.
Triptofan | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C11H12N2O2 |
Molyar kütlə | 204,23 q/mol |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 290−295 °S |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 9,39[1] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 73-22-3 |
PubChem | 6305, 6923516 |
ChEBI | 16828, 57912 |
ChemSpider | 6066 |
Xassələri
redaktəQeyri-polyar, əsas , qlükogen və ketogenik amin turşusudur. Tərkibində indol halqası var. Indol halqası müxtəlif birləşmələrin quruluşuna daxil edilmişdir. Bunlar serotonin və melatonindir. Nikotin turşusu qaraciyərdə triptofanın məhv edilməsi ilə sintez olunur.
Triptofan və ya (2S) -2-amino-3- (1 H-indol-3-il) propan turşusu daha yaxşı qaynar suda həll olur. Soyuq etanolda pis həll olur, isti etanolda daha yaxşı həll olur. Xloroformda həll olmur.
Təbiətdə mövcudluğu
redaktəTriptofan əsas amin turşularından biri olsa da, insan orqanizmi tərəfindən sintez olunmayan amin turşularına aiddir. Buna görə bu amin turşusu bəslənmə yolu ilə bədənə qəbul edilməlidir. Bu protein müxtəlif qidalardan təmin edilə bilər. Məsələn; soya paxlası, inək südü, dəmirsiz düyü, noxud, qoz, qarğıdalı və bir çox digər qida maddələri. Triptofanın qidalarda miqdarı qidadan qidaya dəyişir. Yuxarıda göstərilən qidalarda, ən çox Triptofan amin turşusunu ehtiva edən qida soyadır.
Bu amin turşusu qidalarda sərbəst tapılmır. Qidaların tərkibindəki proteinlərin quruluşunda olur. Zülalların həzm edilməsi ilə sərbəst hala keçən Triptofan, orqanizm tərəfindən tələb olunan digər zülalların sintezi zamanı istifadə olunur.
Bir yetkin insanın bədənində hər kiloqrama triptofan üçün gündəlik tələbat təxminən 3,6 mq-dan 6 mq arasında dəyişir.
Mənbə
redaktə- Wikipedia Triptofanın Almanca versiyonu 15.10.2015 sürümünden
- R. Young, A. E. El-Khoury: Human amino acid requirements: A re-evalu
Kimya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ Weast R. C. CRC Handbook of Chemistry and Physics (1st student edition) (ing.). / R. C. Weast 1 CRC Press, 1988. ISBN 978-0-8493-0740-9