Tuzla Bosniya Ve Herseqovina - Wikipedia
Tuzla (kiril Тузла) — Bosniya və Herseqovinada şəhər. Şəhər, Tuzla Kantonunun mərkəzi və Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən iqtisadi, elmi, mədəni, səhiyyə və turizm mərkəzidir[1]. Tuzla, Sarayevo və Banya Lukadan sonra Bosniya və Herseqovinadakı ən böyük üçüncü şəhərdir. 2013 əhali siyahıyaalmasının nəticələri, bələdiyyənin 120,441 əhaliyə sahib olduğunu göstərir.[2]
Şəhər | |
Tuzla | |
---|---|
serb-kiril. Тузла | |
44°32′17″ şm. e. 18°40′34″ ş. u.HGYO | |
Ölkə | Bosniya və Herseqovina |
Federasiya | [[ Bosniya və Herseqovina Federasiyası]] |
Kanton | Tuzla Kantonu |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 950 |
Sahəsi | 294 km² |
Mərkəzin hündürlüyü | 245 m, 225 m |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi | 80,57 nəfər (2013) |
Sıxlığı | 410 nəf./km² |
Milli tərkibi | Boşnaklar, Serblər, Xorvatlar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+387) 35 |
Poçt indeksi | 75 000 |
Digər | |
www.tuzla.ba {{ref-Bosniya dilində}} | |
Vikianbarda əlaqəli mediafayllar |
Tuzlada bir təhsil mərkəzi və iki universitet yerləşir. Həmçinin, şəhər duzlu göl turizminə görə Bosniyanın ən güclü iqtisadiyyatlarından biridir. Tuzla şəhəri mərkəzi parkında duzlu göl olan Avropadakı tək şəhərdir[3]. Şəhərin mərkəzi parkına hər il 100 mindən çox insan ziyarət edir. Şəhərin tarixi IX əsrə qədər gedib çatır. Tuzlanın müasir tarixi, Osmanlı İmperiyasında əhəmiyyətli bir qarnizon şəhəri halına gəldiyində, yəni 1510-cu ildən başlamışdır.[4]
Tuzla şəhəri, Bosniya və Herseqovinanın ən mədəni şəhərlərindən biri olaraq qəbul edilir və Bosniya Müharibəsində və sonrasında şəhərin əvəzçi xarakterini, boşnaklar, serblər, xorvatlar və bosniya yəhudi azlıqları ilə tutmağı bacarmışdır.[5]
Etimologiyası
redaktə"Tuzla" şəhərinin adının mənası, şəhərin altında yerləşən zəngin duz yataqlarına görə Osmanlılar tərəfindən adlandırılmışdır. Bu söz Osmanlı türkcəsində duz mədəni deməkdir.
Tarixi
redaktəQədim Dövrlər
redaktəArxeoloji tapıntılar Tuzlanın Neolit dövrünə aid çoxlu yaşayış məntəqələri olduğunu göstərməkdədir. Tuzla şəhəri, Avropanın ən qədim məskunlaşma yerlərindən biridir. Roma Respublikası dövründə, Tuzla (və ya Salines) İliriyalı qəbilə olan Breyusi tərəfindən idarə olunurdu.[6]
Orta Əsrlər
redaktəŞəhər 950-ci ildə VII Konstantin tərəfindən "De Administrando Imperiyo" adlı əsərində Salines (yun. Σαλήνες) adlı bir qala olaraq adlandırılırdı. Soli adı Orta əsrlərdə istifadə edilmişdir. Boşnak dilində "duz" deməkdir və şəhərin indiki adı Osmanlı türkcəsində "duz yeri" deməkdir.[7] Orta əsrlərdə, əsasən Bosniya Krallığına suverenliyi altında idi.
Bosniya Krallığının 1463-cü ildə Osmanlı İmperiyasının suverenliyi altına düşməsindən sonra bölgə, 1512-ci ildə Osmanlıların "Qorniye Soli" və "Donye Soli" kəndlərini, 1530-cu illərdə isə bütün Usoranı işğal etmədən əvvəl Berislaviçlər ailəsi tərəfindən idarə edilirdi.
Şəhər, Zvornik sancağının bir parçası halına gəlmişdi və təxminən 400 ildir Osmanlı suverenliyi altında qalmışdır. 1878-ci ildə Avstriya-Macarıstan tərəfindən işğal edildi. Monarxiyanın dağılmasından sonra, yeni qurulan Yuqoslaviya Krallığının bir hissəsi oldu.
XX Əsr
redaktə1944-cü ilin Dekabr ayında, Draja Mihayiloviçin rəhbərliyində olan Çetnik qüvvələri şəhərə hücum etmişdir ama bu hücum uğursuz olmuşdur.[8][9]
Coğrafiyası
redaktəTuzla, Bosniyanın şimal-şərqi hissəsində, Mayevisa sıra dağlarına yaxın yerləşir. Yala çayı Tuzla şəhərindən keçir. Şəhərin iqlimi mülayimdir. Tuzla şəhərinin ətrafındakı bol miqdarda kömür yatağı mövcuddur. Şəhərdə 6 kömür mədəni fəaliyyət göstərir. Bölgədə çıxarılan kömürlərin böyük qismi, Bosniya və Herseqovinadakı ən böyük enerji stansiyası olan Tuzla Santralini gücləndirmək üçün istifadə edilir.
Demoqrafiyası
redaktəİl | 1971 | 1981 | 1991 | 2013 |
---|---|---|---|---|
Boşnaklar | 53,271 (49.65%) | 52,400 (43.05%) | 62,669 (47.61%) | 80,774 (72.78%) |
Xorvatlar | 27,735 (25.84%) | 24,811 (20.38%) | 20,398 (15.49%) | 15,396 (13.87%) |
Serblər | 21,089 (19.65%) | 20,261 (16.64%) | 20,271 (15.40%) | 3,378 (3.04%) |
Yuqoslavlar | 2,540 (2.36%) | 19,059 (15.65%) | 21,995 (16.71%) | 0 (0%) |
Digərləri | 2,658 (2.47%) | 5,186 (4.26%) | 6,285 (4.77%) | 11,431 (10.30%) |
Ümumi | 107,293 | 121,717 | 131,618 |
Mənbə:[10]
Təhsil
redaktəTuzlada, Tuzla Universiteti və Bosniya və Herseqovinadakı Amerika Universiteti yerləşir.[11]
Universitetlər
redaktə- Tuzla Universiteti
- Bosniya və Herseqovina Amerika Universiteti
Məktəblər
redaktə- Vətəndaşların Təhsil Mərkəzi Assosiasiyası
- Tuzla Behram-Beqova Mədrəsəsi
- Tuzla Orta Təhsil Musiqi Məktəbi
- Mehmeh Səlimoviç Gimnaziya Məktəbi
- Ismət Muyezinoviç Gimnaziya Məktəbi
- Tuzla Qratsevinsko-Qeodetska Məktəbi
- Müqəddəs Franyo Katolik Məktəbi
- Tuzla İqtisadiyyat və Ticarət Məktəbi
- Tuzla Elektrik Mühəndisliyi Məktəbi
- Tuzla Tibbi Məktəbi
- Qarışıq Tıxac Mühəndisliyi Məktəbi
Qardaş Şəhərləri
redaktə
|
Qalereya
redaktə-
Şəhər mərkəzi
-
Pedestriyan küçəsi
-
Fontan və məscid
-
Tuzla soyqırımı memorialı
-
Tuzla qövsü
-
Kapiya, Tuzla
Həmçinin Bax
redaktəXarici Keçidlər
redaktə- Rəsmi saytı (Bosniya dilində) (İngilis dilində)
- Tuzla İnformasiya Portalı Arxivləşdirilib 2015-04-16 at the Wayback Machine | yerli xəbər saytı (Bosniya dilində)
İstinadlar
redaktə- ↑ "BH Turizm - Tuzla" Arxivləşdirilib 2018-01-21 at the Wayback Machine. Bhtourism.ba. Alındı: 2013-11-24.
- ↑ "2013 Bosniya və Herseqovina Əhali, Məişət və Mülk siyahıyaalmasının nəticələri" Arxivləşdirilib 2018-11-23 at the Wayback Machine (PDF). Bosniya və Herseqovina Statistika Agentliyi. 5 Noyabr, 2013. 2013-cü ilin Noyabr ayının 10-da alındı.
- ↑ "Tuzla Mədəniyyəti | Tuzla Tarixi" Arxivləşdirilib 2017-09-27 at the Wayback Machine. World66.com. Alındı: 2013-11-24.
- ↑ "Tuzla (Bosniya və Herseqovina) - Encyclopædia Britannica" Arxivləşdirilib 2014-10-20 at the Wayback Machine. Britannica.com. Alındı: 2013-11-24.
- ↑ "Tolerantlıq: Əlavə Resurslar" Arxivləşdirilib 2016-04-02 at the Wayback Machine. Qəbul ediləbilənin Kənarında. Alındı: 2013-11-24.
- ↑ "Roma canavarı və İlliriya ilanı. Son döyüş" Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine. Alındı: 30 December 2015.
- ↑ "Antropologiya İnstitutu Jurnalı" Arxivləşdirilib 2014-10-21 at the Wayback Machine. 2015-ci ilin Dekabr ayının 30-da alındı.
- ↑ Dimitriye Lyotiç və onun ZBOR-u Wayback Machine-də (arxiv indeksi)
- ↑ "Tuzlariye" Arxivləşdirilib 2011-07-23 at the Wayback Machine. Bhstring.net. Alındı: 2013-11-24.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2017-12-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-05-07.
- ↑ 11 İyun, 2009 tarixində Wayback Machine-dən arxivləndi.