Uefa Avro 2024 - Wikipedia
2024 UEFA Avropa Çempionatı və ya qısaca UEFA Avro 2024, (ing. UEFA Euro 2024 və ya UEFA EURO 2024) — futbol üzrə UEFA üzvü assosiasiyaların kişi milli komandaları üçün dörd ildən bir təşkil edilən 17-ci buraxılışı. 14 iyun - 14 iyul tarixlərində Almaniyanın 10 şəhərinin 10 stadionunda baş tutacaq turnirdə 24 milli yığma mübarizə aparır.
UEFA Avro 2024 | |
---|---|
| |
Yarış məlumatları | |
Ev sahibi | Almaniya |
Tarix | 14 iyun — 14 iyul (31 gün) |
Başlama tarixi | 14 iyun 2024[1] |
Bitmə tarixi | 14 iyul 2024 |
Komanda sayı | 24 milli yığma |
Stadion sayı | 10 stadion |
Yekun nəticəsi | |
Çempion | İspaniya (4-cü dəfə) |
İkinci | İngiltərə |
Yarış statistikası | |
Oyun sayı | 51 |
Qol sayı | 117 |
Tamaşaçı sayı | 2,681,288 |
Mükafat sahibləri | |
Bombardir(lər) | |
Ən yaxşı oyunçu | Rodriqo Hernandez |
Ən yaxşı gənc oyunçu | Lamin Yamal |
← 2020 2028 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Turnir üçüncü dəfədir ki, Almaniya ərazisində, ikinci dəfə isə yenidən birləşdirilmiş Almaniyada keçiriləcək. Bundan əvvəl 1988-ci ildəki turnir Qərbi Almaniyada keçirilmiş, Münhen şəhəri isə bir neçə ölkədə təşkil edilən Avro 2020-nin dörd oyununa ev sahibliyi etmişdir. Leypsiq şəhərinin turnirin keçiriləcəyi şəhərlər arasında olması turnirin ilk dəfə keçmiş Şərqi Almaniyada keçirilməsini təmin edəcək. Bununla da, Avro 2024 birləşmiş Almaniyanın tək ev sahibi ölkə qismində təşkilatçılıq çıxış etdiyi ilk turnir olacaq.[2] Bu turnirdən sonra Avropa Çempionatları həmişəki dördillik rejimə qayıdacaq (bundan əvvəl turnirin 2020-ci ildə keçiriləcək versiyası COVID-19 pandemiyası səbəbilə 2021-ci ilə təxirə salınmışdı). Turnirin qalibi daha sonra 2025 CONMEBOL-UEFA Çempionları Kuboku matçında Kopa Amerika 2024 turnirinin qalibinə qarşı oynayacaq.
İngiltərəni penaltilər seriyasında məğlub edərək 2020-ci il turnirinin qalibi olan İtaliya sonuncu Avropa çempionu idi.[3] Final görüşündə İngiltərə üzərində 2-1 hesablı qələbə qazanan İspaniya millisi turnirin qalibi oldu.
Hazırlıq
redaktəEv sahibinin seçimi
redaktə8 mart 2017-ci ildə UEFA namizədlik üçün son gün olaraq müəyyən olunan 3 mart 2017-ci il tarixindən əvvəl turnirə ev sahibliyi etmək niyyətinin yalnız iki ölkə – Almaniya və Türkiyə tərəfindən açıqlandığını elan etdi.[4][5]
Ev sahibi 27 sentyabr 2018-ci ildə İsveçrənin Nyon şəhərində seçildi.[6] Almaniya daha əvvəl Avro 2020-ni təkbaşına təşkil etməyi planlaşdırsa da, 2012-ci ilin mayına qədər hər-hansı qəti maraq göstərməmişdir.[7]
Səsvermənin nəticələri
ölkə | Səslər |
---|---|
Almaniya | 12 |
Türkiyə | 4 |
Səs verməyib | 1 |
Ümumi | 17 |
Səsvermə sadə say çoxluğu sistemi ilə keçirilmiş, UEFA İcraiyyə Komitəsi ev sahibini müəyyən etmək üçün gizli səsvermə yolu ilə səs vermişdir. Səslər bərabər olduğu halda, həlledici səsi UEFA prezidenti verəcəkdi.[8] İcraiyyə Komitəsinin 20 üzvündən ikisi səs vermək hüququna malik deyildi, biri iştirak etmədi və cəmi on yeddi səsvermə hüququna malik üzv qaldı.[9]
Seçmə mərhələ
redaktəAlmaniya ev sahibi qismində turnirə avtomatik olaraq vəsiqə qazandı. Qalan 23 yer seçmə turnirlə müəyyən ediləcək. 10 təsnifat qrupunun qalibləri və ikinciləri turnirə birbaşa vəsiqə qazanacaq, qalan üç yer isə pley-off mərhələsi ilə müəyyən ediləcək.[10] Pley-off mərhələsindəki yerlər 2022/23 UEFA Millətlər Liqasında ən yaxşı çıxış edən və əsas seçmə turnir vasitəsilə vəsiqə qazanmamış komandalara [11] veriləcək.[12]
2022-ci il oktyabrın 9-da Frankfurtdakı Festhalledə UEFA Avro 2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçirildi.[13][14] Seçmə mərhələ 2023-cü ilin mart-noyabr aylarında, üç pley-off mərhələsi isə 2024-cü ilin martında keçiriləcək.[15]
Turnirə vəsiqə qazanan komandalar
redaktəAlmaniya | (1972, 1976, 1980, 1984, 1988, 1992, 1996, 2000, 2004, 2008, 2012, 2016, 2020) | |||||
Belçika | (1972, 1980, 1984, 2000, 2016, 2020) | |||||
Fransa | (1960, 1984, 1992, 1996, 2000, 2004, 2008, 2012, 2016, 2020) | |||||
Portuqaliya | (1984, 1992, 1996, 2000, 2004, 2008, 2012, 2016, 2020) | |||||
İspaniya | (1964,1980, 1984, 1988, 1996, 2000, 2004,2008, 2012, 2016, 2020) | |||||
Şotlandiya | (1992,1996, 2020) | |||||
Türkiyə | (1996, 2000, 2008, 2016, 2020) | |||||
Avstriya | (2008, 2016, 2020) | |||||
İngiltərə | (1968, 1980, 1988, 1992, 1996, 2000, 2004, 2012, 2016, 2020) | |||||
Macarıstan | (1964, 1972, 2016, 2020) | |||||
Slovakiya | (2016, 2020) | |||||
Albaniya | (2016) | |||||
Danimarka | (1964, 1984, 1988, 1992, 1996, 2000, 2004, 2012, 2016, 2020) | |||||
Niderland | (1976, 1980, 1988, 1992, 1996, 2000, 2004, 2008 2012, 2020) | |||||
Rumıniya | (1984, 1996, 2000, 2008, 2016) | |||||
İsveçrə | (1996, 2004, 2008, 2016, 2020) | |||||
Serbiya | (1960, 1968, 1976, 1984, 2000) | |||||
Slovakiya | (1960, 1976, 1980, 1984, 1988, 1992, 1996, 2000, 2004, 2008, 2012, 2016, 2020) | |||||
İtaliya | (1968, 1980, 1988, 1996, 2000, 2004, 2008, 2012, 2016, 2020) | |||||
Sloveniya | (2000) | |||||
Xorvatiya | (1996, 2004, 2008, 2012, 2016, 2020) | |||||
Polşa | (2008, 2012, 2016, 2020) | |||||
Ukrayna | (2012, 2016, 2020) | |||||
Gürcüstan |
- Qalın şrift həmin il çempion olan komandanı göstərir. Kursiv turnirin keçirildiyi ölkəni göstərir.
- 1972-ci ildən 1988-ci ilədək Almaniya turnirlərdə Qərbi Almaniya adı ilə çıxış edib.
Rusiyanın diskvalifikasiya olunması
redaktə20 sentyabr 2022-ci il tarixində Xorvatiyanın Xvar şəhərində keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumu səbəbilə UEFA tərəfindən bütün Rusiya komandalarının UEFA turnirlərindən, Rusiya millisinin isə Avro 2024 turnirinin seçmə mərhələsindən kənarlaşdırılacağı təsdiqləndi.[16] Bu qərarla, Rusiya 2000-ci ildən bəri ilk dəfə Avropa çempionatının final mərhələsində iştirak etməyəcəkdi.
Stadionlar
redaktəAlmaniyanın UEFA-nın Avropa çempionatının oyunları üçün minimum 30 000 yerlik tutum tələbinə cavab verən geniş stadion seçimi var idi.
Avro 2024 üçün seçilmiş on məkandan doqquzu 2006 FIFA Dünya Kuboku üçün istifadə edilmişdi: Berlin, Dortmund, Münhen, Köln, Ştutqart, Hamburq, Leypsiq, Frankfurt və Gelzenkirxen .[17][18] 2006-cı ildə istifadə edilməyən, lakin əvvəllər 1974 FIFA Dünya Kuboku və UEFA Avro 1988 üçün istifadə edilmiş Düsseldorf onuncu məkan olacaq – əksinə, 2006-cı ildə ev sahibliyi edən Hannover, Nürnberq və Kayzerslautern şəhərləri (Hannover eyni zamanda 1974 və 1988-ci ildəki turnirlərə də ev sahibliyi etmişdi) bu dəfə istifadə edilməyəcək. Münhen eyni zamanda bir neçə ölkədə təşkil edilmiş UEFA Avro 2020 turnirinin ev sahibi idi və COVID-19 məhdudiyyətləri səbəbindən məhdud tamaşaçı önündə üçün Almaniyanın iştirakı ilə dörd oyuna ev sahibliyi edirdi.
Bremen və Mönxenqladbax daxil olmaqla müxtəlif stadionlar seçimdən kənarda qaldı.[19] Məkanlar Almaniyanın bütün əsas bölgələrini əhatə etsə də, ən çox məkanın olduğu ərazi 4 ev sahibi şəhərin (Dortmund, Düsseldorf, Gelzenkirxen və Köln) yerləşdiyi Şimali Reyn-Vestfaliya əyalətindəki Reyn-Rur metropoliten bölgəsidir. [20]
Berlin | Münhen | Dortmund | Ştutqart |
---|---|---|---|
Olimpiya stadionu
(Olimpiastadion Berlin) |
Alyans Arena
(Fußball Arena München) |
Siqnal İduna Parkı
(BVB Stadion Dortmund) |
MHPARena
(Ştutqart Arena) |
Tutum: 74,461 | Tutum: 70,076 | Tutum: 65,849 | Tutum: 54,697 |
Gelzenkirxen | Frankfurt | ||
Veltins-Arena
(Arena AufŞalke) |
Valdstadion
(Frankfurt Arena) | ||
Tutum: 54,740 | Tutum: 54,697 | ||
Hamburq | Düsseldorf | Köln | Leypsiq |
Imtech Arena
(Volksparkstadion Hamburq) |
Merkur Spiel-Arena
(Düsseldorf Arena) |
RheinEnergie Stadionu
(Köln stadionu) |
Red Bull Arena
(Leyptsiq stadionu) |
Tutum: 52,245 | Tutum: 51,031 | Tutum: 49,827 | Tutum: 49,539 |
Final turnirinin püşkatması
redaktəFinal turnirinin püşkatma mərasimi 2 dekabr 2023-cü il, Mərkəzi Avropa Vaxtı ilə 18:00-da Hamburqdakı Elbfilarmoniyada keçiriləcək.[21] Komandalar UEFA Avro 2024-ün seçmə mərhələsinin sıralamasına uyğun olaraq sıralanacaqlar. Ev sahibi Almaniya avtomatik olaraq 1-ci səbətə yerləşdiriləcək və A1 mövqeyinə yerləşdiriləcək. Üç pley-off mərhələsinin qalibi püşkatma zamanı məlum olmayacaq və 2024-cü ilin martında keçirilməsi planlaşdırılan pley-off mərhələsi oyunlarında iştirak edən komandalar püşkatma üçün 4-cü səbətə yerləşdiriləcək.[22]
- Səbət 1: Almaniya (Ev sahibi), 1–5-ci sıralarda yerləşən qrup qalibləri
- Səbət 2: 6–10-cu sıralarda yerləşən qrup qalibləri, 1-ci sırada yerləşən qrup ikincisi
- Səbət 3: 2–7-ci sıralarda yerləşən qrup ikinciləri
- Səbət 4: 8–10-cu sıralarda yerləşən qrup ikinciləri, A–C pley-off mərhələsinin qalibləri (püşkatma zamanı məlum olmayacaq)
Komandaların səpələnməsi
redaktəKomanda | Vəsiqə qazanma səbəbi | Səbət |
---|---|---|
Almaniya | Ev sahibi | 1 |
Portuqaliya | J qrupunun qalibi | 1 |
Fransa | B qrupunun qalibi | 1 və ya 2 |
İngiltərə | C qrupunun qalibi | 1 və ya 2 |
Belçika | F qrupunda ilk iki yerdən biri | 1, 2 və ya 3 |
İspaniya | A qrupunda ilk iki yerdən biri | 1, 2, 3 və ya 4 |
Şotlandiya | A qrupunda ilk iki yerdən biri | 1, 2, 3 və ya 4 |
Türkiyə | D qrupunda ilk iki yerdən biri | 1, 2, 3 və ya 4 |
Avstriya | F qrupunda ilk iki yerdən biri | 1, 2, 3 və ya 4 |
Macarıstan | G qrupunda ilk iki yerdən biri | 1, 2, 3 və ya 4 |
Slovakiya | J qrupunda ilk iki yerdən biri | 3 və ya 4 |
Albaniya | E qrupunda ilk iki yerdən biri | 1, 2, 3 və ya 4 |
A pley-off mərhələsinin qalibi | A pley-off mərhələsinin qalibi | 4 |
B pley-off mərhələsinin qalibi | B pley-off mərhələsinin qalibi | 4 |
C pley-offunun qalibi | C pley-off mərhələsinin qalibi | 4 |
Qrup mərhələsi
redaktəTurnirin ilkin cədvəli 10 may 2022-ci ildə UEFA tərəfindən açıqlanıb. Cədvələ yalnız açılış matçı, yarımfinal və finalın başlama vaxtları daxil edilib.[23][24]
Qrup qalibləri, ikincilər və üçüncü yeri tutan ən yaxşı dörd komanda 1/8 finala yüksələcək.
Bütün vaxtlar yerli olub, Mərkəzi avropa yaz saatı ( UTC+2 ) ilə tənzimlənir.
Tay-brek
redaktəQrup oyunlarının başa çatdırdan sonra iki və ya daha çox komandanın xalları bərabər olarsa, aşağıdakı tay-brek meyarları tətbiq edilir:[25]
- Sözügedən komandalar arasında keçirilən matçlarda ən çox xal toplayan komanda;
- Sözügedən komandalar arasında keçirilən matçlarda vurulan və buraxılan qollar arasındakı fərq ən yüksək olan komanda;
- Sözügedən komandalar arasında keçirilən matçlarda ən çox qol vuran komanda;
- 1–3 nömrəli meyarların tətbiq olunmasından sonra hələ də bərabər göstəriciyə sahib olan komandalar qaldığı halda, meyarlar yalnız bu komandaları əhatə etmək şərtilə yenidən tətbiq edilir. Əgər bu prosedurdan sonra qərar verilə bilməzsə, 5–9 nömrəli meyarlar tətbiq olunur.
- Bütün qrup matçlarında vurulan və buraxılan qollar arasındakı fərq ən yüksək olan komanda;
- Bütün qrup matçlarında ən çox qol vuran komanda;
- Qrup mərhələsinin son turunda iki komanda üz-üzə gəlirsə və hər iki komandanın xalları, eləcə də vurulmuş və buraxılmış qollarının sayı eynidirsə, bu matç heç-heçə ilə başa çatıbsa, bu komandaların qrupdakı yeri penaltilər seriyası ilə müəyyən edilir. (İkidən çox komandanın eyni sayda xalı olduğu halda, bu meyardan istifadə edilmir.);
- Bütün qrup matçlarında ən aşağı intizam xalı (tək sarı vərəqə üçün 1 xal, iki sarı vərəqə nəticəsində alınan qırmızı vərəqə üçün 3 xal, birbaşa qırmızı vərəqə üçün 3 xal, sarı vərəqə və ardınca qırmızı vərəqə üçün 4 xal);
- Əgər müqayisə ev sahibi Almaniyanı əhatə etmirsə, seçmə mərhələnin sıralamasında daha yüksək mövqe. Müqayisəyə Almaniya daxil olduğu halda isə püşkatma keçiriləcək.
A qrupu
redaktəYer | Komanda | O | Q | H | M | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Almaniya (E) | 3 | 2 | 1 | 0 | 8 | 2 | +6 | 7 | Pley-off mərhələsinə vəsiqə qazanır |
2 | İsveçrə | 3 | 1 | 2 | 0 | 5 | 3 | +2 | 5 | |
3 | Macarıstan | 3 | 1 | 0 | 2 | 2 | 5 | −3 | 3 | |
4 | Şotlandiya | 3 | 0 | 1 | 2 | 2 | 7 | +5 | 1 |
Mənbə: UEFA
(E) Ev sahibi.
Almaniya | 5–1 | Şotlandiya |
---|---|---|
Hesabat |
|
Macarıstan | 1–3 | İsveçrə |
---|---|---|
|
Hesabat |
Şotlandiya | 1–1 | İsveçrə |
---|---|---|
|
Hesabat |
|
Şotlandiya | 0–1 | Macarıstan |
---|---|---|
Hesabat |
|
B qrupu
redaktəYer | Komanda | O | Q | H | M | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | İspaniya | 3 | 3 | 0 | 0 | 5 | 0 | +5 | 9 | Pley-off mərhələsinə vəsiqə qazanır |
2 | İtaliya | 3 | 1 | 1 | 1 | 3 | 3 | 0 | 4 | |
3 | Xorvatiya | 3 | 0 | 2 | 1 | 3 | 6 | −3 | 2 | |
4 | Albaniya | 3 | 0 | 1 | 2 | 2 | 7 | −5 | 1 |
Mənbə: UEFA
C qrupu
redaktəYer | Komanda | O | Q | H | M | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | İngiltərə | 3 | 1 | 2 | 0 | 2 | 1 | +1 | 5 | Pley-off mərhələsinə vəsiqə qazanır |
2 | Danimarka | 3 | 0 | 3 | 0 | 2 | 2 | 0 | 3 | |
3 | Sloveniya | 3 | 0 | 3 | 0 | 2 | 2 | 0 | 3 | |
4 | Serbiya | 3 | 0 | 2 | 1 | 1 | 2 | –1 | 2 |
Mənbə: UEFA
D qrupu
redaktəYer | Komanda | O | Q | H | M | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Avstriya | 3 | 2 | 0 | 1 | 6 | 4 | +2 | 6 | Pley-off mərhələsinə vəsiqə qazanır |
2 | Fransa | 3 | 1 | 2 | 0 | 2 | 1 | +1 | 5 | |
3 | Niderland | 3 | 1 | 1 | 1 | 4 | 4 | 0 | 4 | |
4 | Polşa | 3 | 0 | 1 | 2 | 3 | 6 | –3 | 1 |
Mənbə: UEFA
Polşa | 1–3 | Avstriya |
---|---|---|
|
Hesabat |
|
Fransa | 1–1 | Polşa |
---|---|---|
Hesabat |
|
E qrupu
redaktəYer | Komanda | O | Q | H | M | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Rumıniya | 3 | 1 | 1 | 1 | 4 | 3 | +1 | 4 | Pley-off mərhələsinə vəsiqə qazanır |
2 | Belçika | 3 | 1 | 1 | 1 | 2 | 1 | +1 | 4 | |
3 | Slovakiya | 3 | 1 | 1 | 1 | 3 | 3 | 0 | 4 | |
4 | Ukrayna | 3 | 1 | 1 | 1 | 2 | 4 | –2 | 4 |
Mənbə: UEFA
F qrupu
redaktəYer | Komanda | O | Q | H | M | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Portuqaliya | 3 | 2 | 0 | 1 | 5 | 3 | +2 | 6 | Pley-off mərhələsinə vəsiqə qazanır |
2 | Türkiyə | 3 | 2 | 0 | 1 | 5 | 5 | 0 | 6 | |
3 | Gürcüstan | 3 | 1 | 1 | 1 | 4 | 4 | 0 | 4 | |
4 | Çexiya | 3 | 0 | 1 | 2 | 3 | 5 | –2 | 1 |
Mənbə: UEFA
Türkiyə | 3–1 | Gürcüstan |
---|---|---|
|
Hesabat |
|
Portuqaliya | 2–1 | Çexiya |
---|---|---|
Hesabat |
|
Gürcüstan | 2–0 | Portuqaliya |
---|---|---|
|
Hesabat |
Üçüncü pillədəki komandaların sıralaması
redaktəYer | Qrp | Komanda | O | Q | H | M | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | D | Niderland | 3 | 1 | 1 | 1 | 4 | 4 | 0 | 4 | Pley-off mərhələsinə vəsiqə qazanır |
2 | F | Gürcüstan | 3 | 1 | 1 | 1 | 4 | 4 | 0 | 4 | |
3 | E | Slovakiya | 3 | 1 | 1 | 1 | 3 | 3 | 0 | 4 | |
4 | C | Sloveniya | 3 | 0 | 3 | 0 | 2 | 2 | 0 | 3 | |
5 | A | Macarıstan | 3 | 1 | 0 | 2 | 2 | 5 | –3 | 3 | |
6 | B | Xorvatiya | 3 | 0 | 2 | 1 | 3 | 6 | –3 | 2 |
Pley-off mərhələsi
redaktəPley-off mərhələsində normal vaxtın sonunda hesab bərabər olarsa, hər biri 15 dəqiqəlik 2 hissə olmaqla əlavə vaxt oynanılır. Əlavə vaxtdan sonra da bərabərlik davam edərsə, matç penaltilər seriyası ilə həll olunur.[62]
UEFA Avro 1984-dən etibarən hər turnirdə olduğu kimi, üçüncü yer uğrunda oyun yoxdur.
1/8 final mərhələsində qrup üçüncülərinin rəqiblərinin müəyyən olunması hansı qruplardan çıxan üçüncülərin pley-off mərhələsinə vəsiqə qazanmasından asılı olaraq müəyyənləşir:
Üçüncü yeri tutaraq pley-off mərhələsinə çıxan komandaların aid olduğu qruplar |
1B
vs |
1C
vs |
1E
vs |
1F
vs | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
A | B | C | D | 3A | 3D | 3B | 3C | |||
A | B | C | E | 3A | 3E | 3B | 3C | |||
A | B | C | F | 3A | 3F | 3B | 3C | |||
A | B | D | E | 3D | 3E | 3A | 3B | |||
A | B | D | F | 3D | 3F | 3A | 3B | |||
A | B | E | F | 3E | 3F | 3B | 3A | |||
A | C | D | E | 3E | 3D | 3C | 3A | |||
A | C | D | F | 3F | 3D | 3C | 3A | |||
A | C | E | F | 3E | 3F | 3C | 3A | |||
A | D | E | F | 3E | 3F | 3D | 3A | |||
B | C | D | E | 3E | 3D | 3B | 3C | |||
B | C | D | F | 3F | 3D | 3C | 3B | |||
B | C | E | F | 3F | 3E | 3C | 3B | |||
B | D | E | F | 3F | 3E | 3D | 3B | |||
C | D | E | F | 3F | 3E | 3D | 3C |
Matçlar
redaktə1/8 final oyunları | 1/4 final oyunları | Yarım final | Final | |||||||||||
30 iyun – Köln | ||||||||||||||
İspaniya | 4 | |||||||||||||
5 iyul – Ştutqart | ||||||||||||||
Gürcüstan | 1 | |||||||||||||
İspaniya (əv.) | 2 | |||||||||||||
29 iyun – Dortmund | ||||||||||||||
Almaniya | 1 | |||||||||||||
Almaniya | 2 | |||||||||||||
9 iyul – Münxen | ||||||||||||||
Danimarka | 0 | |||||||||||||
İspaniya | 2 | |||||||||||||
1 iyul – Frankfurt | ||||||||||||||
Fransa | 1 | |||||||||||||
Portuqaliya (pen.) | 0 (3) | |||||||||||||
5 iyul – Hamburq | ||||||||||||||
Sloveniya | 0 (0) | |||||||||||||
Portuqaliya | 0 (3) | |||||||||||||
1 iyul – Düsseldorf | ||||||||||||||
Fransa (pen.) | 0 (5) | |||||||||||||
Fransa | 1 | |||||||||||||
14 iyul – Berlin | ||||||||||||||
Belçika | 0 | |||||||||||||
İspaniya | 2 | |||||||||||||
2 iyul – Münxen | ||||||||||||||
İngiltərə | 1 | |||||||||||||
Rumıniya | 0 | |||||||||||||
6 iyul – Berlin | ||||||||||||||
Niderland | 3 | |||||||||||||
Niderland | 2 | |||||||||||||
2 iyul – Leypsiq | ||||||||||||||
Türkiyə | 1 | |||||||||||||
Avstriya | 1 | |||||||||||||
10 iyul – Dortmund | ||||||||||||||
Türkiyə | 2 | |||||||||||||
Niderland | 1 | |||||||||||||
30 iyun – Gelzenkirxen | ||||||||||||||
İngiltərə | 2 | |||||||||||||
İngiltərə (əv.) | 2 | |||||||||||||
6 iyul – Düsseldorf | ||||||||||||||
Slovakiya | 1 | |||||||||||||
İngiltərə (pen.) | 1 (5) | |||||||||||||
29 iyun – Berlin | ||||||||||||||
İsveçrə | 1 (3) | |||||||||||||
İsveçrə | 2 | |||||||||||||
İtaliya | 0 | |||||||||||||
1/8 final mərhələsi
redaktəİspaniya | 4–1 | Gürcüstan |
---|---|---|
Hesabat |
|
Portuqaliya | 0–0 (ə.v.) | Sloveniya |
---|---|---|
Hesabat | ||
Penaltilər | ||
3–0 |
1/4 final mərhələsi
redaktəPortuqaliya | 0–0 (ə.v.) | Fransa |
---|---|---|
Hesabat | ||
Penaltilər | ||
3–5 |
Yarım final mərhələsi
redaktəİspaniya | 2–1 | Fransa |
---|---|---|
Hesabat |
|
Final
redaktəStatistika
redaktəBombardirlər
redaktəQeyd: Mötərizədə cəmi qolların neçəsinin penaltidən vurulduğu göstərilir.
50 matçda 114 qol vurulub, hər oyuna orta hesabla 2,28 qol (10 iyul 2024-cü il tarixinə kimi) vurulub. Qalın hərflərlə vurğulanan oyunçular hələ də yarışmada fəaldırlar.
- 3 qol
- 2 qol
- 1 qol
- Nedim Bajrami
- Klaus Gjasula
- Qazim Laçi
- Marko Arnautović (1)
- Christoph Baumgartner
- Michael Gregoritsch
- Marcel Sabitzer
- Romano Schmid
- Gernot Trauner
- Kevin De Bröyne
- Youri Tielemans
- Andrej Kramarić
- Luka Modrić
- Lukáš Provod
- Patrik Schick
- Tomáš Souček
- Christian Eriksen
- Morten Hjulmand
- Bukayo Saka
- Ollie Watkins
- Randal Kolo Muani
- Kilian Mbappe (1)
- Khvicha Kvaratskhelia
- Emre Can
- İlkay Gündoğan
- Kevin Csoboth
- Barnabás Varga
- Nicolò Barella
- Alessandro Bastoni
- Mattia Zaccagni
- Memphis Depay
- Stefan de Vrij
- Xavi Simons
- Wout Weghorst
- Adam Buksa
- Robert Lewandowski (1)
- Krzysztof Piątek
- Francisco Conceição
- Bruno Fernandes
- Bernardo Silva
- Denis Drăguș
- Nicolae Stanciu
- Scott McTominay
- Luka Jović
- Ondrej Duda
- Erik Janža
- Žan Karničnik
- Dani Carvajal
- Mikel Merino
- Álvaro Morata
- Rodri
- Ferran Torres
- Nico Villiams
- Lamin Yamal
- Michel Aebischer
- Kwadwo Duah
- Remo Freuler
- Dan Ndoye
- Xherdan Shaqiri
- Ruben Varqas
- Samet Akaydin
- Kerem Aktürkoğlu
- Hakan Çalhanoğlu
- Arda Güler
- Mert Müldür
- Cenk Tosun
- Mykola Şaparenko
- Roman Yaremchuk
- Avtoqol
- Klaus Qyasula (Xorvatiyaya qarşı oyunda)
- Maksimilian Vöber (Fransaya qarşı oyunda)
- Jan Vertonqen (Fransaya qarşı oyunda)
- Robin Hranaç (Portuqaliyaya qarşı oyunda)
- Antonio Rüdiger (Şotlandiyaya qarşı oyunda)
- Rikardo Kalafiori (İspaniyaya qarşı oyunda)
- Doniel Malen (Avstriyaya qarşı oyunda)
- Robin Le Normand (Gürcüstana qarşı oyunda)
- Samet Akaydin (Portuqaliyaya qarşı oyunda)
- Mert Müldür (Niderlanda qarşı oyunda)
Marketinq
redaktəLoqo və şüar
redaktəRəsmi loqo 5 oktyabr 2021-ci ildə Berlində Olimpiya Stadionunda keçirilən mərasimdə təqdim olundu. Loqoda ətrafında 24 iştirakçı ölkəni təmsil edən 24 rəngli dilimlə Anri Delone Kuboku təsvir edilib. Dilimlərin əmələ gətirdiyi ellips həm də Berlin Olimpiya Stadionunun formasını əks etdirir.[78] Bundan əlavə, ev sahibliyi edən on şəhərin hər birinin aşağıdakı görməli yerləri əks etdirən özünəməxsus loqosu var:[79]
- Berlin : Brandenburq qapısı
- Köln : Köln kafedralı
- Dortmund : Dortmund U-Qülləsi
- Düsseldorf : Schlossturm, Rheinturm və Reykni çayı
- Frankfurt : Römer
- Gelzenkirxen : Revier musiqi teatrı
- Hamburq : Elbfilarmoniya
- Leypsiq : Millətlər Döyüşü Abidəsi
- Münhen : Münhen kafedralı
- Ştutqart : Ştutqart teleqülləsi
Turnirin rəsmi şüarı “Futbolda birləşin. Avropanın ürəyində birləşin." (orj. "United by Football.Vereint im Herzen Europas."). Şüar müxtəlifliyi və inklüzivliyi təşviq edir.[80]
Maskot
redaktəUEFA AVRO 2024-ün rəsmi maskotu 20 iyun 2023-cü ildə Gelzenkirxendə Almaniya və Kolumbiya milli komandaları arasında yoldaşlıq oyununda təqdim olundu.[81] Maskot şalvar geyinmiş oyuncaq ayıdır.[82] Maskotun adını seçmək üçün "Albärt", "Bärnardo", "Bärnheart" və "Herzi von Bär" variantları ilə ümumi səsvermə təşkil edildi.[83] Nəticələr iyulun 5-də açıqlandı və maskotun adı 32% səslə "Albärt" olaraq elan edildi.
Sponsorluq
redaktəRəsmi beynəlxalq sponsorlar:
UEFA-nın aşağıdakı sponsorluq tərəfdaşları var idi:[84]
- Adidas
- Alibaba Group ( Alipay və WorldFirst) [85]
- Atos [86]
- Coca-Cola [87]
- Engelbert Strauss [88]
- Hisense [89]
- Lidl [90]
- Rexona
- Vivo Mobile [91]
Rəsmi milli sponsorlar:
Topps turnirin rəsmi stiker və kart kolleksiyası tərəfdaşıdır. Bu əməkdaşlıq eyni zamanda Panininin UEFA ilə 1976-cı ildə başlayan əməkdaşlığına son qoymuşdur.[97]
Yayımçılar
redaktəBeynəlxalq Yayım Mərkəzi (IBC) Almaniyanın Leypsiq şəhərindəki Leypsiq Ticarət Sərgisinin salonunda yerləşəcək.[98]
İstinadlar
redaktə- ↑ https://www.kicker.de/em-eroeffnungsspiel-2024-anstoss-uebertragung-eroeffnungsfeier-1004148/artikel.
- ↑ "Euro 2024: Germany beats Turkey to host tournament". BBC News. 27 September 2018. 27 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2018.
- ↑ "Italy 1–1 England, aet (3–2 on pens): Donnarumma the hero as Azzurri win Euro 2020!". UEFA.com. Union of European Football Associations. 11 July 2021. 12 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 July 2021.
- ↑ "Euro 2024: Tournament to be held in Germany or Turkey". BBC Sport. British Broadcasting Corporation. 8 March 2017. 1 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2017.
- ↑ "Germany and Turkey officially interested in hosting UEFA EURO 2024". UEFA. 8 March 2017. 7 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2023.
- ↑ "Germany to host UEFA EURO 2024". UEFA. 27 September 2018. 15 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2023.
- ↑ "Niersbach: EM-Bewerbung wäre "reizvoll"". FIFA.com. 4 March 2012. 4 July 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 August 2021.
- ↑ "UEFA EURO 2024: bid regulations" (PDF). UEFA. 9 December 2016. 20 December 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 November 2023.
- ↑ "UEFA EURO 2024: tournament requirements" (PDF). UEFA. 17 March 2017. 1 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2023.
- ↑ "UEFA EURO 2024 qualifying: All you need to know". UEFA.com. Union of European Football Associations. 27 September 2022. 1 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2022.
- ↑ Euro, Jadwal. "JadwalEuro: Jadwal, Prediksi, Live Streaming, Odds Terlengkap Euro 2024 di Indonesia". Jadwal Euro 2024. Open Publishing. August 19, 2023. August 20, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2023.
- ↑ "EURO 2024 play-offs: How they work". UEFA.com. Union of European Football Associations. 27 September 2022. 12 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2022.
- ↑ "UEFA Euro 2024 qualifying group stage draw to be staged in Frankfurt in 2022". UEFA.com. Union of European Football Associations. 7 October 2021. 25 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2021.
- ↑ "UEFA EURO 2024 qualifying draw". UEFA.com. Union of European Football Associations. 9 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2022.
- ↑ "UEFA EURO 2024: all you need to know". UEFA.com. Union of European Football Associations. 27 November 2019. 27 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 November 2019.
- ↑ "UEFA EURO 2024 qualifying draw procedure approved". UEFA.com. Union of European Football Associations. 20 September 2022. 20 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 September 2022.
- ↑ "EURO 2024 host cities: Venue guide". uefa.com (ingilis). UEFA. 2022. 29 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 May 2022.
- ↑ "Opening game of UEFA EURO 2024 to take place in Munich, final in Berlin". uefa.com (ingilis). UEFA. 10 May 2022. 22 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2023.
- ↑ "Evaluierungsbericht Stadien/Städte" [Evaluation report stadiums/cities] (PDF). DFB.de (German). German Football Association. 2017. 16 September 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 September 2017.
- ↑ "EURO 2024 an Rhein und Ruhr". nrw.de (German). North Rhine-Westphalia State Government. 27 September 2018. 28 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2018.
- ↑ "Hamburg to stage EURO 2024 finals draw". UEFA.com. Union of European Football Associations. 11 September 2020. 1 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 September 2020.
- ↑ "Regulations of the UEFA European Football Championship, 2022–24". Union of European Football Associations. 10 May 2022. 16 May 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 May 2022.
- ↑ "UEFA EURO 2024 match schedule approved". UEFA.com. Union of European Football Associations. 10 May 2022. 2 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 May 2022.
- ↑ "UEFA Euro 2024 match schedule" (PDF). UEFA.com. Union of European Football Associations. 10 May 2022. 12 June 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 May 2022.
- ↑ "Regulations of the UEFA European Football Championship, 2022–24". Union of European Football Associations. 10 May 2022. 16 May 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 May 2022.
- ↑ "Full Time Report – Germany v Scotland" (PDF). UEFA.com. Union of European Football Associations. 14 June 2024. Archived from the original on 15 June 2024. İstifadə tarixi: 15 June 2024.
- ↑ "Full Time Report – Hungary v Switzerland" (PDF). UEFA.com. Union of European Football Associations. 15 June 2024. 18 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 June 2024.
- ↑ "Full Time Report – Germany v Hungary" (PDF). UEFA.com. Union of European Football Associations. 19 June 2024. 22 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 June 2024.
- ↑ "Full Time Report – Scotland v Switzerland" (PDF). UEFA.com. Union of European Football Associations. 19 June 2024. 22 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 June 2024.
- ↑ "Full Time Report – Switzerland v Germany" (PDF). UEFA.com. Union of European Football Associations. 23 June 2024. 28 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 June 2024.
- ↑ "Full Time Report – Scotland v Hungary" (PDF). UEFA.com. Union of European Football Associations. 23 June 2024. 28 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 June 2024.
- ↑ "Full Time Report – Spain v Croatia" (PDF). UEFA.com. Union of European Football Associations. 15 June 2024. 15 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 June 2024.
- ↑ "Full Time Report – Italy v Albania" (PDF). UEFA.com. Union of European Football Associations. 15 June 2024. 16 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 June 2024.
- ↑ "Full Time Report – Croatia v Albania" (PDF). UEFA.com. Union of European Football Associations. 19 June 2024. 21 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 June 2024.
- ↑ "Full Time Report – Spain v Italy" (PDF). UEFA.com. Union of European Football Associations. 20 June 2024. 22 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2024.
- ↑ "Full Time Report – Albania v Spain" (PDF). UEFA.com. Union of European Football Associations. 24 June 2024. 28 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 June 2024.
- ↑ "Full Time Report – Croatia v Italy" (PDF). UEFA.com. Union of European Football Associations. 24 June 2024. 28 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 June 2024.
- ↑ "Full Time Report – Slovenia v Denmark" (PDF). UEFA.com. Union of European Football Associations. 16 June 2024. 16 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 June 2024.
- ↑ "Full Time Report – Serbia v England" (PDF). UEFA.com. Union of European Football Associations. 16 June 2024. 16 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 June 2024.
- ↑ "Full Time Report – Slovenia v Serbia" (PDF). UEFA.com. Union of European Football Associations. 20 June 2024. 22 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2024.
- ↑ "Full Time Report – Denmark v England" (PDF). UEFA.com. Union of European Football Associations. 20 June 2024. 11 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2024.
- ↑ "Full Time Report – England v Slovenia" (PDF). UEFA.com. Union of European Football Associations. 25 June 2024. İstifadə tarixi: 25 June 2024.
- ↑ "Full Time Report – Denmark v Serbia" (PDF). UEFA.com. Union of European Football Associations. 25 June 2024. 7 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 June 2024.
- ↑ "Full Time Report – Poland v Netherlands" (PDF). UEFA.com. Union of European Football Associations. 16 June 2024. 24 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 June 2024.
- ↑ "Full Time Report – Austria v France" (PDF). UEFA.com. Union of European Football Associations. 17 June 2024. 18 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 June 2024.
- ↑ "Full Time Report – Poland v Austria" (PDF). UEFA.com. Union of European Football Associations. 21 June 2024. 24 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 June 2024.
- ↑ "Full Time Report – Netherlands v France" (PDF). UEFA.com. Union of European Football Associations. 21 June 2024. 7 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 June 2024.
- ↑ "Full Time Report – Netherlands v Austria" (PDF). UEFA.com. Union of European Football Associations. 25 June 2024. 11 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 June 2024.
- ↑ "Full Time Report – France v Poland" (PDF). UEFA.com. Union of European Football Associations. 25 June 2024. 25 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 June 2024.
- ↑ "Full Time Report – Romania v Ukraine" (PDF). UEFA.com. Union of European Football Associations. 17 June 2024. 22 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 June 2024.
- ↑ "Full Time Report – Belgium v Slovakia" (PDF). UEFA.com. Union of European Football Associations. 17 June 2024. 22 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 June 2024.
- ↑ "Full Time Report – Slovakia v Ukraine" (PDF). UEFA.com. Union of European Football Associations. 21 June 2024. 22 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 June 2024.
- ↑ "Full Time Report – Belgium v Romania" (PDF). UEFA.com. Union of European Football Associations. 22 June 2024. 25 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 June 2024.
- ↑ "Full Time Report – Slovakia v Romania" (PDF). UEFA.com. Union of European Football Associations. 24 June 2024. 28 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 June 2024.
- ↑ "Full Time Report – Ukraine v Belgium" (PDF). UEFA.com. Union of European Football Associations. 24 June 2024. 28 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 June 2024.
- ↑ "Full Time Report – Türkiye v Georgia" (PDF). UEFA.com. Union of European Football Associations. 18 June 2024. 24 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 June 2024.
- ↑ "Full Time Report – Portugal v Czechia" (PDF). UEFA.com. Union of European Football Associations. 18 June 2024. 22 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 June 2024.
- ↑ "Full Time Report – Georgia v Czechia" (PDF). UEFA.com. Union of European Football Associations. 22 June 2024. 25 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 June 2024.
- ↑ "Full Time Report – Türkiye v Portugal" (PDF). UEFA.com. Union of European Football Associations. 22 June 2024. 22 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 June 2024.
- ↑ "Full Time Report – Georgia v Portugal" (PDF). UEFA.com. Union of European Football Associations. 26 June 2024. 28 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 June 2024.
- ↑ "Full Time Report – Czechia v Türkiye" (PDF). UEFA.com. Union of European Football Associations. 26 June 2024. 29 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 June 2024.
- ↑ "Regulations of the UEFA European Football Championship, 2022–24". Union of European Football Associations. 10 May 2022. 16 May 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 May 2022.
- ↑ "Full Time Report – Switzerland v Italy" (PDF). UEFA.com. Union of European Football Associations. 29 June 2024. 14 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 June 2024.
- ↑ "Full Time Report – Germany v Denmark" (PDF). UEFA.com. Union of European Football Associations. 29 June 2024. 1 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 June 2024.
- ↑ "Full Time Report – England v Slovakia" (PDF). UEFA.com. Union of European Football Associations. 30 June 2024. 1 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 June 2024.
- ↑ "Full Time Report – Spain v Georgia" (PDF). UEFA.com. Union of European Football Associations. 30 June 2024. 30 June 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 June 2024.
- ↑ "Full Time Report – France v Belgium" (PDF). UEFA.com. Union of European Football Associations. 1 July 2024. 11 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 July 2024.
- ↑ "Full Time Report – Portugal v Slovenia" (PDF). UEFA.com. Union of European Football Associations. 1 July 2024. 11 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 July 2024.
- ↑ "Full Time Report – Romania v Netherlands" (PDF). UEFA.com. Union of European Football Associations. 2 July 2024. 11 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 July 2024.
- ↑ "Full Time Report – Austria v Türkiye" (PDF). UEFA.com. Union of European Football Associations. 2 July 2024. 3 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 July 2024.
- ↑ "Full Time Report – Spain v Germany" (PDF). UEFA.com. Union of European Football Associations. 5 July 2024. 11 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 July 2024.
- ↑ "Full Time Report – Portugal v France" (PDF). UEFA.com. Union of European Football Associations. 5 July 2024. 6 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 July 2024.
- ↑ "Full Time Report – England v Switzerland" (PDF). UEFA.com. Union of European Football Associations. 6 July 2024. 7 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 July 2024.
- ↑ "Full Time Report – Netherlands v Türkiye" (PDF). UEFA.com. Union of European Football Associations. 6 July 2024. 6 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 July 2024.
- ↑ "Full Time Report – Spain v France" (PDF). UEFA.com. Union of European Football Associations. 9 July 2024. 15 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 July 2024.
- ↑ "Full Time Report – Netherlands v England" (PDF). UEFA.com. Union of European Football Associations. 10 July 2024. 11 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 July 2024.
- ↑ "Full Time Report – Spain v England" (PDF). UEFA.com. Union of European Football Associations. 14 July 2024. 14 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 July 2024.-->
- ↑ "UEFA EURO 2024 logo unveiled with spectacular light show at the Olympiastadion in Berlin". UEFA.com. 5 October 2021. 1 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2021.
- ↑ Rothfuß, Frank. "Das sind die Logos zur Fußball-EM 2024 für Stuttgart und die anderen Städte" [These are the logos of UEFA Euro 2024 for Stuttgart and the other cities]. Stuttgarter Nachrichten (alman). 7 October 2021. 7 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2022.
- ↑ "UEFA Euro 2024 logo unveiled in Berlin". UEFA.com. Union of European Football Associations. 5 October 2021. 1 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2021.
- ↑ "Countdown to Euro 2024 is on". 14 June 2023. 21 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2023.
- ↑ "Germany unveils a teddy bear as the mascot for Euro 2024 but this time with pants". ABC News. 20 June 2023. 21 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2023.
- ↑ "UEFA EURO 2024 mascot unveiled – now we need your helping naming it!". UEFA.com. Union of European Football Associations. 20 June 2023. 20 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2023.
- ↑ "Partners". UEFA.com. 17 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 June 2023.
- ↑ "Alipay signs long-term deal to become UEFA national team football sponsor". UEFA.com. 9 November 2018. 9 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 December 2018.
- ↑ UEFA.com. "Atos signs eight-year deal to become UEFA National Team Football partner | Inside UEFA". UEFA.com (ingilis). 2022-12-08. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
- ↑ UEFA.com. "Coca-Cola becomes UEFA EURO 2024 sponsor | Inside UEFA". UEFA.com (ingilis). 2023-10-25. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
- ↑ UEFA.com. "Engelbert Strauss becomes official partner of UEFA EURO 2024 | Inside UEFA". UEFA.com (ingilis). 2022-10-07. 2023-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
- ↑ UEFA.com. "Lidl becomes official partner of UEFA EURO 2024 | Inside UEFA". UEFA.com (ingilis). 2023-03-21. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
- ↑ Sim, Josh. "Hisense extends Uefa sponsorship to include Euro 2024". SportsPro (ingilis). 2023-09-01. 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
- ↑ "vivo becomes official partner of UEFA Euro 2020 and 2024". UEFA.com. 12 November 2020. 19 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2020.
- ↑ UEFA.com. "Bitburger becomes official national partner of UEFA EURO 2024 | Inside UEFA". UEFA.com (ingilis). 2023-09-11. 2023-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-12.
- ↑ "Deutsche Bahn unveiled as national partner for UEFA EURO 2024 | Inside UEFA". 12 June 2023. 12 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2023.
- ↑ UEFA.com. "Deutsche Telekom becomes official national partner of UEFA EURO 2024 providing digital services for tournament | Inside UEFA". UEFA.com (ingilis). 2023-08-23. 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
- ↑ UEFA.com. "ERGO becomes official national partner of UEFA EURO 2024 | UEFA EURO 2024". UEFA.com (ingilis). 2023-06-14. 2023-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
- ↑ UEFA.com. "WIESENHOF partners with UEFA EURO 2024 | Inside UEFA". UEFA.com (ingilis). 2023-09-15. 2023-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-17.
- ↑ UEFA.com. "Topps becomes official UEFA EURO 2024 sticker & trading card partner | Inside UEFA". UEFA.com (ingilis). 2022-04-06. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
- ↑ "Leipzig to host UEFA EURO 2024 international broadcast centre". UEFA.com. 8 December 2020. 12 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2020.