Alvaro Morata - Wikipedia
Alvaro Borxa Morata Martin (isp. Álvaro Borja Morata Martín, 23 oktyabr 1992[2][3], Madrid) — İtalyanın Yuventus komandası və İspaniya milli futbol komandasının heyətində hücumçu kimi çıxış edən peşəkar ispan futbolçusudur.
Alvaro Morata | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
isp. Álvaro Morata | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Álvaro Borxa Morata Martín | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Madrid, İspaniya | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | İspaniya | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.89 m[1] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 85 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Yuventus Fk | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 9 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerasına Real Madrid heyətində başlayan Morata 2010-cu ilin sonlarında Real Madridin əsas heyətində oynamağa başlamış, 52 rəsmi oyunda (11 qol), o cümlədən Real Madridin qalib gəldiyi 2014 Çempionlar Liqası final oyununda iştirak etmişdir. İlk mövsümündə qızıl dubl qazanan Morata 2014-cü ildə €20 milyona Yuventus klubunun heyətinə keçmişdir. 2016-cı ildə €30 milyon qarşılığında Yuventusdan Real Madrid FK-na transfer edilmişdir.[4]
Moratanın Gənclərdən ibarət İspaniya milli futbol komandasında 34 iştirakı ölkənin 2013-cü ildə Gənclərdən ibarət komandaların Avropa Futbol Çempionatında qalib gəlməsinə kömək etmişdir. Moratanın əsas milli komandada debütü 2014-cü ildə baş tutmuşdur.
Klub karyerası
redaktəReal Madrid
redaktəMadriddə doğulmuş Morata 2008-ci ildə qonşu Getafe komandasından Real Madridə keçmiş, iki il sonra formalaşmasını tamamlayan Morata kiçik yaşlarından Real Madrid C komandasında çıxış etməyə başlamışdır.[5] Yuvenil A-da 34 qolla nəticələnmiş uğurlu mövsümdən[6] sonra 2010-cu ilin iyulunda Morata Real Madrid Kastiliyaya götürülmüş, ilk komanda məşqçisi Xose Maurinyo oyunçunu dörd komanda yoldaşı ilə birlikdə ABŞ turuna aparmışdır.[7]
15 avqust 2010-cu ildə Morata Alkorkon komandasına qarşı yoldaşlıq oyununda Kastiliyanın tərkibində debüt edən Morata oyunun yeganə qolunu vurmuşdur.[8] 29 avqustda Koruxo komandasına qarşı keçirilmiş və 3–2 qələbə ilə başa çatmış oyunla Üçüncü diviziyada debüt etmiş Morata, ilk rəsmi qolunu 31 oktyabrda Alkala komandasına qarşı keçirilmiş və 1–1 hesabı ilə başa çatmış oyunda vurmuşdur.[9]
12 dekabr 2010-cu ildə La Liqa çərçivəsində Real Saraqosa komandasına qarşı keçirilmiş və Real Madridin 3–1 hesablı qələbəsi ilə başa çatmış oyunun 88-ci dəqiqəsində Anxel Di Mariyanın əvəzlənməsi ilə meydana çıxan Morata əsas komanda heyətində debütünü etmişdir.[10] On gün sonra son dəqiqələrdə meydana çıxan Morata İspaniya Kral Kubokunda debütünü etmişdir. 2011-ci ilin yanvarında Qonsalo İquainin zədələnməsindən sonra, İspaniya mediası əsas heyətdə onun Morata ilə əvəzlənməsini təklif etmişdir. Lakin, Maurinyo "O, hələ Real Madridin əsas heyətində çıxış etməyə hazır deyil. Çünki hələ böyüməli və formalaşmasını Kastiliyada başa çatdırmalıdır"[11] deyərək bu təklifdən imtina etmiş, həmin dövrdə ehtiyat heyətdə saxlanan Morata beş qol vurmuşdu[12], Emmanuel Adebayorla isə əsas heyətin hücumçusu kimi müqavilə bağlanmışdı.
13 fevral 2011-ci ildə Deportivo La-Korunya B komandasına qarşı keçirilən və 7–1 hesablı qələbə ilə nəticələnən oyunda Morata karyerasının ilk het-trikini həyata keçirmişdir.[13] O, ilk mövsümünü 14 qolla başa vurmuş, Xoselu ilə yanaşı yadda qalmışdır, lakin, Kastiliya pleyoff mərhələsindən keçə bilməmişdir.
Morata Realın əsas heyətində ilk rəsmi qolunu 11 noyabr 2012-ci ildə, Levante komandasına qarşı keçirilmiş və 2–1 hesabı ilə nəticələnmiş oyunun 83-cü dəqiqəsində meydana çıxdıqdan sonra vurmuşdur.[14] Evdə ilk rəsmi qolunu 17 fevralda Rayo Valyekano komandasına qarşı keçirilən oyunda, oyunun başlamasından üç dəqiqə sonra vuran Morata, ilk yarıdan sonra meydançadan çıxarılmışdır ki, Serxio Ramosun cəzalandırılmasından sonra Raul Albiolun meydana buraxılmasına şərait yaradılsın.[15]
2 mart 2013-cü ildə Barselona komandasına qarşı keçirilmiş El Klasiko oyununda 90 dəqiqə meydanda saxlanan Morata Kərim Benzemanın asisti kimi oynamış, oyun 2–1 hesablı qələbə ilə başa çatmışdır. Oyun ərzində onun bir neçə dəfə özünü göstərmək imkanı olmuşdur.[16]
2013–14 mövsümündə Morata, Karlo Ançelottinin rəhbərliyi ilə məşq edən əsas heyətin daimi üzvü kimi çıxış edir. 18 mart 2014-cü ildə Morata Santyaqo Bernabeu stadionunda Şalke 04 komandasına qarşı keçirilən və 3–1 hesablı qələbə ilə başa çatan oyun zamanı UEFA Çempionlar Liqası çərçivəsində ilk qolunu vurur.[17] 17 mayda 2013–14 La Liqa mövsümünün RCD Espanyol komandasına qarşı keçirilmiş son oyununda iki son qolunu vuran Morata Real Madridin 3–1 hesablı qələbəsini təmin etmiş[18], həmçinin Çempionlar Liqasının finalında Atletiko Madrid komandasına qarşı keçirilmiş oyunda iştirak edərək, Benzemanı əvəzləmiş, son on dəqiqədə və əlavə vaxtda meydanda olmuşdur.[19]
Yuventus
redaktə19 iyul 2014-cü ildə Yuventus futbol klubu Moratanın transferi haqqında razılaşma əldə etdiyini açıqlamışdı. €20 milyon dəyəri olan razılaşma beş il müddətinə nəzərdə tutulmuş[20][21] və Real Madridin gələcəkdə Moratanı yenidən geri ala biləcəyi qeyd edilmişdi.[22] Morata İtaliya A Seriyasında 13 sentyabrda Udineze klubuna qarşı oynanılmış və 2–0 hesabı ilə başa çatmış oyunun sonunda Fernando Llorenteni əvəzləməklə debüt etmişdir.[23] İki həftə sonra Atalanta komandasına qarşı oynanılmış və 3–0 hesabı ilə başa çatmış oyunda yenidən meydana çıxan Morata yeni komandanın formasında ilk qolunu vurmuşdur.[24]
5 oktyabr 2014-cü ildə Roma komandasına qarşı keçirilmiş oyunda meydana çıxan Morata Kostas Manolasa qarşı qayda pozuntusuna görə meydançadan çıxarılmışdır. Yuve bu ev görüşündə 3–2 hesabı ilə qalib gəlmişdi.[25] 9 noyabrda Parma komandasına qarşı keçirilmiş oyunda əvəzlədiyi Llorente ilə birlikdə komandasının 7–0 hesablı qələbəsinə kömək edən Morata iki qol vurmuşdur.[26] 22 dekabrda Dohada Napoli komandasına qarşı keçirilən İtaliya Superkuboku oyununun son on dəqiqəsində meydana çıxan Morata 11 metrlik cərimə zərbəsini həyata keçirsə də, Yuventus bu oyunda 5–6 hesabı ilə məğlub olmuşdur.[27]
28 yanvar 2015-ci ildə İtaliya Kuboku çərçivəsində Parma kkomandasına qarşı Ennio Tardini stadionunda keçirilmiş oyunun son 13 dəqiqəsində meydana çıxan Morata qarşılaşmanın yeganə qolunu vuraraq komandasının yarımfinala çıxmasını təmin etmişdir.[28] Növbəti ay Borussiya Dortmund komandasına qarşı UEFA Çempionlar Liqası çərçivəsində keçirilmiş və Yuventusun 2–1 hesablı qələbəsi ilə nəticələnmiş oyunun 43-cü dəqiqəsində meydana çıxan Morata topa ilk toxunuşu ilə qol vurmuş[29], Siqnal İduna Park stadionunda keçirilən cavab qarşılaşması zamanı da meydana çıxaraq komandasının 3–0 hesablı qələbəsinə kömək etmişdir.[30]
7 aprel 2015-ci ildə İtaliya Kuboku çərçivəsində Fiorentina komandasına qarşı keçirilmiş və Yuventusun qələbəsi ilə bitmiş oyunda Alessandro Dyamantiyə qarşı qayda pozuntusuna yol verdiyinə görə Morata meydançadan çıxarılmış, buna görə də final oyununu buraxmalı olmuşdur.[31] Bir həftə sonra, Monako komandasına qarşı keçirilmiş Çempionlar Liqasının dörddə bir final oyununda Morata 11 metrlik cərimə zərbəsi qazanmış, Arturo Vidalın bu cərimə zərbəsini uğurla yerinə yetirməsi ilə Yuventusun 1–0 hesablı qələbəsi təmin edilmişdir.[32] Əvvəlki komandası Real Madridə qarşı oynanılan yarımfinalın ilk qarşılaşmasında Morata səkkizinci dəqiqədə rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratmış, oyun isə Yuventusun 2–1 hesablı qələbəsi ilə başa çatmışdır.[33] Cavab qarşılaşmasında da Morata uğurlu çıxış etmişdir.[34] 6 iyunda Barselona komandasına qarşı keçirilmiş 2015 UEFA Çempionlar Liqasının final oyununda Morata bir bərabərlik qolu vursa da, yekun nəticədə Yuventus 1–3 hesabı ilə məğlub olmuşdur.[35]
2015-ci il avqustun əvvəllərində məşq zamanı sol ayağı əzələlərində zədələnmə baş verdiyinə görə Morata bir ay müddətinə oyunlardan uzaqlaşdırılmış və buna görə də 2015 İtaliya Superkubokunda iştirak etməmişdir.[36] Yenidən oyuna qayıtdıqdan sonra Çempionlar Liqasının qrup mərhələsində 15 sentyabrda Mançester Siti komandasına qarşı keçirilmiş və Yuventusun 2–1 hesablı qələbəsi ilə nəticələnmiş oyunda Morata 85 dəqiqə iştirak etmişdir.[37] 30 sentyabrda Yuventus stadionunda Sevilya komandasına qarşı keçirilmiş və Yuventusun 2–0 hesablı qələbəsi ilə nəticələnmiş oyunda qol vuran Morata, komandasının qalib gəlməsinə kömək etmişdir. Bu nəticə ilə o, Alessandro Del Pyeronun rekordunu təkrarlamış,[38] 24 noyabrda isə UEFA İlin Komandası mükafatına nominant göstərilmişdir.[39]
10 dekabr 2015-ci ildə Morata 2020-ci ilə kimi Yuventus heyətində qalmaq üçün müqaviləsini uzadan yeni müqavilə imzalamış[40], 20 mart 2016-cı ildə Derbi della Mole çərçivəsində Turin F.K. qarşı oyunda meydana çıxaraq iki qol vurmuş və nəticədə Yuventus 4–1 hesabı ilə qalib gəlmişdir.[41] 21 may 2016-cı ildə Romadakı Olimpiya stadionunda İtaliya Kuboku uğrunda Yuventus və Milan arasında keçirilən final qarşılaşmasında, əlavə vaxtın 110-cu dəqiqəsində meydana çıxan Morta Yuventusa qələbə gətirmiş oyunun yeganə qolunu vurmuşdur.[42]
Real Madridə qayıdışı
redaktə21 iyun 2016-cı ildə €30 milyon qarşılığında Yuventusdan Real Madrid FK-na transfer edilmişdir.[43]
Beynəlxalq karyerası
redaktə17 yaşlılardan ibarət İspaniya Milli Futbol Komandasına Nigeriyada keçirilən 2009 FIFA Dünya Kuboku üçün dəvət edilən Morata iki qol vurmuşdur.[44] Bunun ardınca 19 yaşlılardan ibarət İspaniya Milli Futbol Komandasına dəvət edilən[45] Morata Yaponiya Beynəlxalq Turnirində komandanın ev sahiblərindən sonra ikinci yerdə qərarlaşmasına kömək etmişdir.[46]
2011 UEFA Avropa Çempionatında iştirak edən 19 yaşlılardan ibarət İspaniya Milli Futbol Komandasına dəvət edilən Morata, Rumıniyada keçirilən yarışma zamanı altı qol vuraraq komandasının qalib gəlməsinə kömək etmiş, onun nəticəsi isə yarışma daxilində göstərilmiş ən yüksək nəticə kimi qeydiyyata alınmışdır.[47] Morata 21 yaşlılardan ibarət İspaniya Milli Futbol Komandasında debütünü İsraildə keçirilmiş 2013 UEFA Avropa Çempionatında etmişdir. Rusiya və Almaniyaya qarşı keçirilmiş ilk iki oyunda vacib rol oynayan Morata hər iki oyunda müvafiq olaraq 82 və 86-cı dəqiqələrdə qol vurmuşdur.[48][49] Morata qrup oyunlarını həm özü, həm də komandası üçün gözəl nəticə ilə yekunlaşdıraraq[50] Niderlanda qarşı keçirilmiş oyundan (3–0) sonra yarışmanın ən yaxşı bombardiri elan edilmişdir.[51]
7 noyabr 2014-cü ildə İspaniya milli futbol komandasının məşqçisi Visente del Boske Belarus və Almaniyaya qarşı keçiriləcək oyunlarda iştirak etmək üçün Moratanı əsas komanda heyətinə dəvət etdir.[52] Morata, UEFA Avropa Çempionatı 2016 Seçmə mərhələsində Huelvada İskonu oyunun son on dəqiqəsində əvəz etməklə debüt edir.[53] 27 mart 2015-ci ildə Sevilyada Ukrayna komandasına qarşı keçirilmiş oyunda Morata ilk beynəlxalq qolunu vurmuşdur.[54]
Oyun üslubu
redaktəTopu saxlamaq və ötürməkdə mahir olan Morata uğurla hərəkəti tamamlamağa qadirdir və bu xüsusiyyətlərinə görə onun oyun üslubu Real Madrid və İspaniyanın əfsanəvi oyunçusu Fernando Moryentesin oyun üslubunu xatırladır.[55] Yuventus heyətində birinci mövsümündə Morata tempi, enerjisi və futbol meydançasında ötürmə sürəti ilə seçilmiş, eyni zamanda texnikası, opportunizmi və pozisiyanı görmə hissi ona bir neçə dəfə həlledici anda qol vurma imkanı vermişdir.[56][57][58][59] Universal hücumçu olan Morata əsas hücum heyətində oynamaqla, oyununu yan xətt oyunçuları ilə əlaqələndirə bilir, hətta geniş yan oyunçusu kimi də çıxış edir.[60][61] O, həm də dəqiq penalti vurucusudur.[60]
Şəxsi həyatı
redaktə2014-cü ilin martında Morata xəstə uşaqlarla həmrəylik göstərərək saçını keçək kəsdirmiş və qeyd etmişdi ki, "Xərçəng xəstəliyi olan uşaqlar mənim saç düzümüm kimi saç düzümü istəsələr də, bunu əldə edə bilmirdilər, buna görə də mən özümü onlara oxşatmaq qərarı verdim."[62][63]
Statistikası
redaktəKlub
redaktəKlub | Mövsüm | Liqa | Kubok | Kontinental | Ümumi | ||||
---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Real Madrid Kastilya | 2010–11 | 28 | 15 | — | — | 28 | 15 | ||
2011–12 | 37 | 18 | — | — | 37 | 18 | |||
2012–13 | 18 | 12 | — | — | 18 | 12 | |||
Ümumi | 83 | 45 | — | — | 83 | 45 | |||
Real Madrid | 2010–11 | 1 | 0 | 1 | 0 | 0 | 0 | 2 | 0 |
2011–12 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 | |
2012–13 | 12 | 2 | 2 | 0 | 1 | 0 | 15 | 2 | |
2013–14 | 23 | 8 | 6 | 0 | 5 | 1 | 34 | 9 | |
Ümumi | 37 | 10 | 9 | 0 | 6 | 1 | 52 | 11 | |
Yuventus | 2014–15 | 29 | 8 | 5 | 2 | 12 | 5 | 46 | 15 |
2015–16 | 34 | 7 | 5 | 3 | 8 | 2 | 47 | 12 | |
Ümumi | 63 | 15 | 10 | 5 | 20 | 7 | 93 | 27 | |
Karyera nəticələri | 183 | 70 | 19 | 5 | 26 | 8 | 228 | 83 |
Beynəlxalq qollar
redaktəNo. | Tarix | Meydan | Opponent | Hesab | Nəticə | Yarışma |
---|---|---|---|---|---|---|
1. | 27 mart 2015 | Ramon Sançes Pisxuan stadionu, Sevilya, İspaniya | Ukrayna | UEFA Avropa Çempionatı 2016 Seçmə mərhələ[54] |
Mükafatları
redaktəKlub
redaktə- Real Madrid Kastilya[64]
- Segunda División B: 2011–12
- Real Madrid[64]
- UEFA Çempionlar Liqası: 2013–14
- La Liqa: 2011–12
- İspaniya Kral Kuboku: 2010–11, 2013–14; İkinci yer 2012–13
- İspaniya Superkuboku: 2012
- Yuventus[64]
- A Seriyası: 2014–15
- İtaliya Kuboku: 2014–15
- İtaliya Superkuboku: 2015 İkinci yer 2014
- UEFA Çempionlar Liqası: İkinci yer 2014–15
Beynəlxalq
redaktə- 21 yaşlılardan ibarət İspaniya Milli Futbol Komandası[64]
- 21 yaşlılardan ibarət komandalar arasında UEFA Avropa Çempionatı: 2013
- 19 yaşlılardan ibarət İspaniya Milli Futbol Komandası[64]
- 19 yaşlılardan ibarət komandalar arasında UEFA Avropa Çempionatı: 2011
- 17 yaşlılardan ibarət İspaniya Milli Futbol Komandası
- 17 yaşlılardan ibarət komandalar arasında UEFA Avropa Çempionatı: Üçüncü yer 2009
Şəxsi
redaktə- 19 yaşlılardan ibarət komandalar arasında UEFA Avropa Çempionatı: Qızıl buts 2011
- 21 yaşlılardan ibarət komandalar arasında UEFA Avropa Çempionatı: Qızıl buts 2013, Turnir komandası 2012[66]
- UEFA Çempionlar Liqası: Mövsüm komandası 2014–15[67]
İstinadlar
redaktə- ↑ "Álvaro Morata". Juventus F.C. 2015-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2015.
- ↑ Álvaro Morata // Transfermarkt (çd.). 2000.
- ↑ Álvaro Morata Martín // As (isp.). Madrid: PRISA, 1967. ISSN 1888-6671
- ↑ "Official announcement: Morata". Real Madrid. 21 June 2016. 12 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2016.
- ↑ Un año inolvidable para Morata (An unforgettable year for Morata) Arxivləşdirilib 2010-12-27 at the Wayback Machine; Real Madrid, 5 noyabr 2015 (isp.)
- ↑ Una generación para la historia (A generation to make history) Arxivləşdirilib 2017-09-26 at the Wayback Machine; Marca, 5 oktyabr 2015 (isp.)
- ↑ At the gates of the first team Arxivləşdirilib 2010-10-06 at the Wayback Machine; Real Madrid, 5 oktyabr 2015
- ↑ El Alcorcón cae ante un buen Real Madrid Castilla (Alcorcón loses against a good Real Madrid Castilla) Arxivləşdirilib 2010-08-18 at the Wayback Machine; Marca, 5 noyabr 2015 (isp.)
- ↑ 3–2: Primeros tres puntos para el Castilla (3–2: First three points for Castilla) Arxivləşdirilib 2014-01-10 at the Wayback Machine; Real Madrid, 5 noyabr 2015 (isp.)
- ↑ Madrid claim Zaragoza triumph Arxivləşdirilib 2010-12-22 at the Wayback Machine; ESPN Soccernet, 5 noyabr 2015
- ↑ "No tengo esperanzas de que se fiche un delantero" ("I have no hopes about signing a new striker") Arxivləşdirilib 2011-01-09 at the Wayback Machine; Diario AS, 5 noyabr 2015 (isp.)
- ↑ Especial Real Madrid: Estas son las joyas de La Fábrica que persigue la Premier (Real Madrid special: These are the jewels of "La Fábrica" chased by the Premier League) Arxivləşdirilib 2018-10-02 at the Wayback Machine; Goal.com, 5 noyabr 2015 (isp.)
- ↑ Morata hace un 'hat trick' en el 7–1 del Castilla (Morata does a hat trick in Castilla's 7–1) Arxivləşdirilib 2011-06-11 at the Wayback Machine; Marca, 6 noyabr 2015 (isp.)
- ↑ Morata earns Madrid the win Arxivləşdirilib 2013-10-27 at the Wayback Machine; ESPN Soccernet, 6 noyabr 2015
- ↑ Real claim derby spoils Arxivləşdirilib 2020-03-18 at the Wayback Machine; ESPN FC, 6 noyabr 2015
- ↑ Ramos heads late winner Arxivləşdirilib 2014-02-25 at the Wayback Machine; ESPN FC, 6 noyabr 2015
- ↑ "Cristiano Ronaldo double completes Real Madrid's thrashing of Schalke". The Guardian. 19 March 2014. 7 April 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ "Real Madrid 3–1 Espanyol". BBC Sport. 17 May 2014. 30 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ "Real Madrid 4–1 Atlético Madrid". BBC Sport. 24 May 2014. 11 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2015.
- ↑ "Morata signs for Juventus". Juventus F.C. 19 July 2014. 9 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ "Agreement with Real Madrid for the definitive acquisition of the player Alvaro Morata" (PDF). Juventus F.C. 19 July 2014. İstifadə tarixi: 6 noyabr 2015.[ölü keçid]
- ↑ "Official announcement: Morata". Real Madrid. 19 July 2014. 25 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ "Juventus 2–0 Udinese: Tevez and Marchisio seal comfortable win". Goal.com. 13 September 2014. 18 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ "Atalanta 0–3 Juventus". BBC Sport. 27 September 2014. 2 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ Sheringham, Sam. "Juventus 3–2 Roma". BBC Sport. 5 October 2014. 26 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ "Juventus put seven past Parma as Llorente, Tevez, Morata net braces". ESPN FC. 9 November 2014. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ "Juventus 2–2 Napoli (5–6 on pens)". BBC Sport. 22 December 2014. 22 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ "A la salud de Morata" (Spanish). Marca. 28 January 2015. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ "First-half goals give Juve victory over Dortmund". UEFA.com. 24 February 2015. 2 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ "Tévez leads Juventus to Dortmund stroll". UEFA.com. 18 March 2015. 11 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ "Fiorentina 0–3 Juventus (agg. 2–4): Bianconeri brush Viola aside to reach Coppa Italia final". Goal.com. 7 April 2015. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2015.
- ↑ Jacopo Gerna. "Juventus-Monaco 1–0: Vidal su rigore fa godere Allegri e lo Stadium" (Italian). La Gazzetta dello Sport. 14 April 2015. 27 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ "Tévez gives Juventus the edge against Real Madrid". UEFA.com. 5 May 2015. 5 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ Neil Johnston. "Juventus beat Real to reach final". BBC Sport. 13 May 2015. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ "Barcelona see off Juventus to claim fifth title". UEFA.com. 6 June 2015. 31 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ "Morata ruled out for a month". Goal.com. 5 August 2015. 15 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ "Morata earns Juventus victory at Manchester City". UEFA.com. 15 September 2015. 2 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ "Morata on equalling Del Piero's Juventus record". UEFA.com. 1 October 2015. 10 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015.
- ↑ Paul Sumeet. "Six Juventus stars nominated for UEFA Team of the Year". La Gazzetta dello Sport. 24 November 2015. 27 November 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
- ↑ "Official: Morata extends Juve deal". Football Italia. 10 December 2015. 15 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 115 may 2016.
- ↑ "Torino 1–4 Juventus: Alvaro Morata scores a brace as leaders win the Turin derby". Daily Mail. 20 March 2016. 17 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
- ↑ "Coppa Italia: Morata in extra time". Football Italia. 21 May 2016. 25 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 May 2016.
- ↑ "Official announcement: Morata". Real Madrid. 21 June 2016. 12 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 June 2016.
- ↑ FIFA saytında statistika (ing.)
- ↑ Convocatoria Torneo Internacional de Japón Sub-19 Arxivləşdirilib 2011-07-16 at the Wayback Machine; Royal Spanish Football Federation, 12 noyabr 2015 (isp.)
- ↑ La Sub-19 gana y se adjudica el segundo puesto Arxivləşdirilib 2011-07-16 at the Wayback Machine; Royal Spanish Football Federation, 12 noyabr 2015 (isp.)
- ↑ Spain's Morata takes U19 scoring plaudits Arxivləşdirilib 2012-11-03 at the Wayback Machine UEFA.com, 12 noyabr 2015
- ↑ Morata late show gives Spain winning start Arxivləşdirilib 2020-06-03 at the Wayback Machine; UEFA.com, 12 noyabr 2015
- ↑ Morata sends Spain through as Germany crash out Arxivləşdirilib 2018-07-23 at the Wayback Machine; UEFA.com, 12 noyabr 2015
- ↑ Spain beat Netherlands to top Group B Arxivləşdirilib 2018-06-23 at the Wayback Machine; UEFA.com, 12 noyabr 2015
- ↑ Morata wins Golden Boot in Spanish clean sweep Arxivləşdirilib 2015-08-01 at the Wayback Machine; UEFA.com, 12 noyabr 2015
- ↑ "Chelsea's Diego Costa left out of Spain squad to play Belarus and Germany". The Guardian. 7 November 2014. 16 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2015.
- ↑ Hunter, Graham. "Much-changed Spain dominate Belarus". UEFA.com. 15 November 2014. 3 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2015.
- ↑ 1 2 Hunter, Graham. "Morata ensures Spain beat Ukraine". UEFA.com. 27 March 2015. 7 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2015.
- ↑ Morata, el recogepelotas atlético que admiraba a Raúl (Morata, the Atlético ball boy who admired Raúl); El País, 12 noyabr 2015 (isp.)
- ↑ "The case for Morata". Football Italia. 6 February 2015. 5 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
- ↑ Craig Battle. "Morata an unsung hero for Juventus this season". Sportsnet. 3 June 2015. 17 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
- ↑ "Triplete Barcellona: E' campione d'Europa. Peccato, Juve" (Italian). Sky Sport. 6 June 2015. 14 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
- ↑ Luciano Danza. "Buffon non molla mai, Morata una rete Real, Pogba e Tevez non lasciano il segno" (Italian). Il Messaggero. 6 June 2015. 23 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
- ↑ 1 2 "Meet the history makers". Juventus.com. 25 April 2016. 18 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
- ↑ Anthony Lopopolo. "Alvaro Morata denies contact with Real Madrid despite looming buy-back clause". The Score. 15 November 2015. İstifadə tarixi: 15 may 2016.
- ↑ "Álvaro Morata se corta el pelo por un fin solidario" (Spanish). Terra. 31 March 2014. 26 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2015.
- ↑ "Álvaro Morata se rapa la cabeza por solidaridad con los niños enfermos de cáncer" (Spanish). 20 Minutos. 30 March 2014. 11 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2015.
- ↑ 1 2 3 4 5 6 "Morata". Soccerway. 10 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2014.
- ↑ "Álvaro Morata". Footballdatabase. 12 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2015.
- ↑ "Thiago leads all-star squad dominated by Spain". UEFA.com. 21 June 2013. 11 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2015.
- ↑ "UEFA Champions League squad of the season". UEFA.com. 9 June 2015. 13 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2015.
Xarici keçidlər
redaktə- BDFutbol.com 'da profili (ing.)
- Alvaro Morata National-Football-Teams.com'da
- FIFA saytında statistika (ing.)