Uilyam Ramzay - Wikipedia
Vilyam Ramzay (2 oktyabr 1852[1][2][…], Qlazqo[5][6][…] – 23 iyul 1916[1][2][…]) — Şotlandiyalı kimyaçı. Arqon, neon, kripton və ksenon kimi təsirsiz qazları kəşf etmişdir. Bu kəşfləri sayəsində o, 1904-cü ildə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Bundan əlavə Ramzay əvvəllər yalnız Günəş spektrində müşahidə olunmuş, amma Yerdə müşahidə olunmamış heliumu da havadan ayırmağı bacarmışdır.[7]
Vilyam Ramzay | |
---|---|
ing. William Ramsay | |
Doğum tarixi | 2 oktyabr 1852[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyul 1916[1][2][…] (63 yaşında) |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Elm sahəsi | kimya |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəVilyam Ramzay 1852-ci ilin oktyabrın 2-də Şotlandiyanın Qlazqo şəhərində anadan olmuşdur.
Təhsilini Qlazqo Akademiyasında alan Ramzay kimyanı öyrənməyi Qlazqo Universitetində Tomas Andersonun rəhbərliyi altında davam etdirdi. Sonra Tyubingen Universitetində Vilhelm Fittiqin rəhbərliyi altında aspiranturada oxudu. "Toluol və nitrotoluol turşuları" adlı dissertasiya müdafiə etdi.
Qlazqoya Andersonun asistenti kimi dönür və 1879-cu ildə Bristol Universitetində kimya professoru vəzifəsini alır. 1881-ci ildə universitetin rektoru seçilir və eyni zamanda tədqiqatlarını davam etdirir.
1887-ci ildə Ramzay London Universitetinin mötəbər kimya kafedrasında Aleksandr Vilyamsonu əvəz edir. Məhz burda Ramzay özünün əsas kəşflərini etmişdi. 1885-1890-cı illərdə o, azot oksidləri haqqında bir neçə maraqlı məqalələr çap etdi və gələcəkdə istifadə etmək üçün üsullar işlənib hazırlandı. 1894-cü ildə aprelin 19-da Ramzay Lord Relleyin mühazirəsinə qatıldı. Relley süni yolla alınmış azot ilə havanın digər komponentlərinin kənarlaşdırılması ilə alınan azotun sıxlıqları arasında fərq olduğunu söylədi. Qısa diskusiyadan sonra Ramzay və Relley bu hadisəni öyrənməyi razılaşdırdılar. Avqustda Ramzay Relleyə məlumat verdi ki, o, havanın əvvəllər məlum olmayan komponentini aşkar etmişdir ki, bu komponent çox güman ki, kimyəvi reaksiyaya girmir və Ramzay bu qazı arqon adlandırmışdı. Sonrakı illərdə o, neon, kripton və ksenon kimi qazları da kəşf etmişdi. Ramzay həmçinin, əvvəllər yalnız Günəş spektrində müşahidə olunmuş, amma Yerdə müşahidə olunmamış heliumu da havadan ayırdı.
Ramzay molekulyar fizika ilə də məşğul olmuş, broun hərəkətlərini, maddələrin kritik vəziyyətlərini tədqiq etmişdi. O, 1884-cü ildə sinkin atom çəkisini müəyyən etdi. 1887-ci ildə Ramzay asetilendən və hidrogen-sianiddən piridini sintez etdi. 1883-cü ildə mayenin səthi gərilmə qiymətinə əsasən onun molekul çəkisini təyin etmək üsulunu təklif etdi.
Ramzay 1910-cu ildə mikrotərəziləri kəşf etdi.
Onun son işləri elementlərin radioaktiv çevrilmələrinə aid idi.
Ramzay Peterburq Elmlər Akademiyasının fəxri üzvü idi (1913).
Ramzay 1916-cı ilin iyulun 23-də Qlazqoda vəfat etmişdi. Onun ölümünə səbəb radioaktiv şüalanma nəticəsində burun boşluğunda əmələ gələn xərçəng xəstəliyi olmuşdu.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Watson K. D. Sir William Ramsay // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 William Ramsay // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Ramsay, William (1852-1916) // (unspecified title). / red. Tübingen University Archives
- ↑ 1 2 3 4 Курилов В. В. Рамзай, Вильям (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1899. Т. XXVI. С. 251–252.
- ↑ 1 2 Рамзай Уильям // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 www.accademiadellescienze.it (it.).
- ↑ "Arxivlənmiş surət". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-04.
Kimyaçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |