Uzaq Serq Beynelxalq Herbi Tribunali - Wikipedia
Uzaq Serq Beynelxalq Herbi Tribunali - Wikipedia - Haqqında Məlumat
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Uzaq Şərq beynəlxalq hərbi tribunalı — İkinci dünya müharibəsindən sonra baş tutmuş hərbi tribunal. Tribunalda Yaponiya imperatoru Hirohito və şahzadə Asakadan başqa müharibədə iştirak etmiş bütün yüksək rütbəli yaponlar mühakimə edilmişdir. 1946-cı il 3 may tarixində başlayan tribunal 1948-ci il 12 noyabr tarixinə qədər davam etmiş və çıxarılan qərarlar nəticəsində baş nazir Hideki Toco və bir çox yüksək rütbəli hərbçi edam edilmişdir.
Məhkəmə heyəti
redaktəMəhkəmədə, İkinci dünya müharibəsində qalib gələn tərəf olan Antihitler koalisiyası tərəfindən müəyyənləşdirilmiş 11 hakim və 12 dövlət ittihamçısı yer almışdır.
Hakimlər
redaktəÖlkə | Hakim | Qeyd |
---|---|---|
Avstraliya | Vilyam Veb | Avstraliya Ali Məhkəməsinin hakimi (heyətin rəhbəri) |
Kanada | Edvard Stüart Makduqal | Keçmiş hakim |
Çin Respublikası | Mei Ju-ao | |
Fransa | Henri Bernard | Fransa Ali Hərbi Tribunalının hakimi |
Hindistan | Radhabinod Pal | Kəlküttə Universitetinin Hüquq faklütəsinin dosenti. |
Niderland | Bert Rölinq | Utrext Universitetində hüquq üzrə professor. |
Yeni Zelandiya | Harvey Nortkroft | Hərbi hakim |
Filippin | Delfin Jaranilla | Ali məhkəmənin üzvü və hakim |
Böyük Britaniya | Lord Patrik | Hakim |
ABŞ | Con Higgins | Massaçusets ştatı Ali Məhkəməsinin hakimi |
ABŞ | Mayron Kramer | |
SSRİ | I. M. Zarayanov | Ali məhkəmənin üzvü |