Hideki Toco - Wikipedia
Hideki Toco (yap. 東条 英機; d. 30 iyul 1884, Tokio — 23 dekabr 1948, Tokio) — Yaponiyanın 40-cı baş naziri, Yaponiya İmperator ordusunun ordu generalı, hərbi cinayətkar.
Hideki Toco | |
---|---|
東条 英機 | |
Yaponiya baş naziri | |
17 oktyabr 1941 – 22 iyul 1944 (ləqəbi: "Ülgüc") | |
Əvvəlki | Fumimaro Kanoe |
Sonrakı | Kuniaki Kayso |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tokio, Yaponiya. |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Tokio, Yaponiya |
Vəfat səbəbi | asılaraq edam |
Dəfn yeri |
|
Partiya | Kral Taxtına Kömək Assosasiyası |
Təhsili |
Yaponiya İmperial Ordu Akademiyası Müharibə Qoşunu Kolleci |
Fəaliyyəti | siyasətçi, diplomat, zabit |
Həyat yoldaşı | Katsuko İto |
Uşaqları | 3 oğul, 4 qız |
Dini | Şintoizm |
Hərbi xidmət | |
Mənsubiyyəti | Yaponiya imperiyası, general |
Qoşun növü | Yaponiya ordusu |
Rəhbərlik edib | Kvantun ordusu |
Döyüşlər |
26 Fevral hadisələri İkinci Çin-Yaponiya müharibəsi Çahar əməliyyatı Mancuriyanın işğalı Sakit okean müharibəsi |
Rütbəsi | General |
|
|
Təltifləri |
"Doğan günəş" ordeni Qızıl Çalağan ordeni Qızıl Xəzinə ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktə1933-cü ildə general-mayor rütbəsi almış və Ordu Nazirliyi nəzdində Fərdi dairə naziri vəzifəsini yerinə yetirmişdir. 1934-cü ildə 24-cü piyada briqadasının komandiri, 1935-ci ildə Kvantun ordusunun komandanı təyin edilmişdir. Millətçi, faşist və militarist olması ilə yanaşı, həm də tez qərar vermək qabiliyyətinə görə "Ülgüc" (カミソリ Kamisori) ləqəbini almışdı.
Ölümü
redaktə1945-ci ildə Yaponiyanın ABŞ-yə qeyd-şərtsiz təslim olmasından sonra ABŞ generalı Duqlas Makartur 40 yapon "cinayətkar"ının tutulması haqqında əmr vermişdir. Toconun Setaqayadakı evi jurnalistlərlə əhatəyə alınmışdı. 8 sentyabr 1948-ci ildə ABŞ ordu polisləri evi mühasirəyə aldılar. Toco tapança ilə özünü öldürmək istəsə də, xilas edilmişdi.
İkinci dünya müharibəsindən sonra qurulan Uzaq Şərq beynəlxalq hərbi tribunalının 12 noyabr 1945-ci il tarixli hökmü ilə 23 dekabr 1948-ci ildə xüsusi əhəmiyyətli cinayətkar kimi asılaraq edam edilmişdir.[1] Bu cinayətlərlə günahlandırılmışdır: Provakasiyasız Çinə hücum etmək, Fransaya, ABŞ-yə, Böyük Britaniyaya, Hollandiyaya hücum etmək, müharibə cinayətkarlarının hərəkətlərinə göz yummaq. Həmçinin nazirliyi dövründə 8 milyon nəfərin ölümü ilə əlaqələndirilmişdir.
Ölüm cəzası qərarı 12 dekabrda çıxarılmış və 23 dekabrda yerinə yetirilmişdir. Ölümündən əvvəl hərəkətlərinə görə üzr istəmiş, iki atom bombası görən yapon xalqına mərhəmət edilməsini ABŞ əsgərlərindən istəmişdir.
İstinadlar
redaktə- ↑ "The Imperial Army". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-02.