Valeriya Kiselyova - Wikipedia
Valeriya Kiselyova (rus. Вале́рия Киселёва; 7 fevral 1951, Xabarovsk – 1 fevral 2015, Sankt-Peterburq) — sovet və rus aktrisası, Rusiya Federasiyasının əməkdar artisti (2000).[1][2]
Valeriya Kiselyova | |
---|---|
rus. Вале́рия Киселёва | |
Doğum tarixi | |
Doğum yeri | Leninqrad,[1] SSRİ |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya |
Vəfat səbəbi | Qrip[1] |
Vətəndaşlığı |
SSRİ → Rusiya |
Həyat yoldaşı | |
Uşağı | |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1983—2015 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0457150 |
Həyatı
redaktəValeriya Kiselyova 7 fevral 1951-cı ildə Leninqradda anadan olub. Atası İvan Kiselyov Böyük Vətən müharibəsində iştirak edib, o qələbədən sonra 22 il yaşayıb. Aktrisanın anası müharibə zamanı hələ uşaq idi. Valideynləri müharibədən sonra evləniblər.[1]
Valeriya teatr institutuna daxil olmağı çox istəyirdi. 20 yaşında olarkən Leninqrad Dövlət Teatr Sənəti İnstitutuna qəbul olub.[1]
Ali məktəbi bitirdikdən sonra V.F. Komissarjevski adına Sankt-Peterburq Akademik Teatrında işləməyə başlayıb. Burada 8 mövsüm işlədikdən sonra iş yerini dəyişmək qərarına gəlir və N.Akimov adına Sankt-Peterburq Akademik Komediya Teatrına keçir.[1]
Valeriya Kiselyovanın kinoda debüt işi 1981-ci ildə çəkilmiş "Axtarışa verilib" filmində olmuşdur. 1986-cı ildə ekranlara Kiselyovanın iştirakı ilə rejissor Vladimir Tumaevin "Oğluna səfər" qısametrajlı filmi çıxıb. Film bir çox beynəlxalq kino festivallarının mükafatçısı olub. Aktrisa 90-cı illərin əvvəllərində iki uşaq filmində çəkilib: "Nağıl ardınca nağıl" və "Deyingən arvad". Kiselyova sonuncu dəfə "Hamiləlik testi" və "Taun" seriallarında rol alıb. Ümumilikdə aktrisanın filmoqrafiyasında 29 rol var.[1]
66 yaşlı Valeriya Kiselyova gözlənilmədən 2015-ci il fevralın 1-nə keçən gecə dünyasını dəyişib. Aktrisa sağlam olub, heç bir xroniki xəstəliyi olmayıb. Onun ölümünə bir neçə gün əvvəl yoluxduğu qrip səbəb olub. Təcili tibbi yardım heç nə edə bilməyib — həkimlər gəldikdə aktrisa artıq keçinmişdi. Aktrisanın gözlənilməz vəfatı qohumları və həmkarları üçün əsl faciə olub.[1]
Ailəsi
redaktə- Birinci əri — Andrey Urqant (doğ. 1956), sovet və rus aktyoru, teleaparıcı, şoumen.[3]
- Oğlu — İvan Urqant (doğ. 1978), rusiyalı aktyor, şoumen, teleradio aparıcısı, müğənni, musiqiçi, prodüser. Hazırda "Pervıy Kanal"da yayımlanan "Urqantın gecəsi"[4] və "Smak"[5] verilişlərinin aparıcısı, "Projektorperishilton"[6] verilişinin isə aparıcılarından biri.
- İkinci əri (1982-ci ildən ölümünə qədər) — Dmitri Ladıqin (doğ. 1956), Leninqradlı aktyor.[8]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 "Валерия Киселева". 24smi.org. 3 İyun 2017 tarixində arxivləşdirilib.
- ↑ Почётное звание присвоено указом президента России № 1809 от 27 октября 2000 года[ölü keçid]
- ↑ "АНДРЕЙ УРГАНТ". Kino-teatr.ru. 30 May 2017 tarixində arxivləşdirilib.
- ↑ "ВЕЧЕРНИЙ УРГАНТ О проекте". "Pervıy Kanal". 2 Aprel 2017 tarixində arxivləşdirilib.
- ↑ "СМАК О проекте". "Pervıy Kanal". 2 Aprel 2017 tarixində arxivləşdirilib.
- ↑ "ПРОЖЕКТОРПЕРИСХИЛТОН О проекте". "Pervıy Kanal". 2 Aprel 2017 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Наталья Кикнадзе". 24smi.org. 30 May 2017 tarixində arxivləşdirilib.
- ↑ "Отчим Ивана Урганта Дмитрий Ладыгин: Наша семья жила бедно, пока Ваня не стал звездой". "Komsomolskaya pravda". 2 Aprel 2017 tarixində arxivləşdirilib.
- ↑ "ВАЛЕНТИНА ЛАДЫГИНА (II)". Kino-teatr.ru. 30 May 2017 tarixində arxivləşdirilib.
- ↑ "АЛЕКСАНДРА ЛАДЫГИНА". Kino-teatr.ru. 30 May 2017 tarixində arxivləşdirilib.
Xarici keçidlər
redaktə- Valeriya Kiselyova — IMDb səhifəsi (ing.)