Vestqotlar - Wikipedia
Vestqotlar(lat. Visigothi, Wisigothi, Vesi, Visi, Wesi, Wisi — "viziqotlar" yaxud lat. Tervingi, Thervingi, Thoringi[1] — German əsilli bir tayfa.
Tarixi
redaktəOnlar haqda ən önəmli mənbələrdən biri olan İordanın VI əsrdəki, yarı-əfsanəvi Getica əsərində Qot tarixinin onların şimal Skandzadan Qotiskandzaya köçməsi ilə başladığını bildirir. Skandzanın Skandinaviya, Qotiskandzanın isə Pomeraniya olduğu düşünülür. III əsrdə Qotlar dənizlə yaxud Dunayı keçərək Kiprə, Afinaya, İstanbula və Spartaya qədər gedib çıxmışdılar. IV əsrdə Daçiyanı fəth edib iki hissəyə bölündülər.[2] Balti sülaləsi tərəfindən idarə olunan Tervinqilər və Amali sülaləsi tərəfindən idarə olunan Qreutingilər. Ən güclü vaxtlarını Kral Ermanarix və Atanarix dövrü yaşayan qotların dövləti qərbdə Dunaydan şərqdə Volqayacan, şimalda Baltik dənizindən cənubda Qaradənizə qədər uzanırdı.
IV əsrin sonlarında hunlar şərqdən qot torpaqlarına girdilər. Xalqların böyük köçü başlandı. Çox qot Hunlara qoşulsa da Fritigernin başçılığı ilə Dunayı keçən qotlar Roma torpaqlarına girdilər və Adrianapol müharibəsində həlledici qələbə qazandılar. Qotlar Vulfila adlı bir arian təriqətli xristian tərəfindən xristianlıq öyrəndilər və Bibliya qot dilinə tərcümə olundu. Beşinci və altıncı əsrlərdə Qotlar iki yerə ayrıldı. Romalıların muzdluları olan Vestqotlar və hunların müttəfiqi olan Ostroqotlar.
Qreuthunqlar və Thervinqlər sözləri bu tək krallıq dönəmində 400-dən həmən sonra ortadan qalxmışdır. Fəqət qotlar Roma imperiyası ərazilərinə köçlə girdikləri zaman bu köç edən qotlara ostroqotlar adı işlədilməyə başlanmışdır.[2] "Vestqotlar" termini isə İtaliyada qurulan Ostroqotlar krallığı ilk kralı olan Böyük Teoderik xidmətindəki Romalı bir yüksək məmur olan Kassiodorus tərəfindən ortaya atılmışdır. Kassiodorus sadəcə ostroqotlara "qotlar" adı işlətmişdir. Qotların Şərqi qotlar (ostroqotlar) və Qərbi qotlar (vestqotlar) adları ilə anılmaları VI yüzildəki (çoxu Bizanslı) tarixçilər tərəfindən populyar olaraq başladılmışdır. VII yüzilə qədar viziqotlar da özlərini qotlar olaraq qəbul etməkdəydilər. Ancaq VII yüzildə İspaniya və Qalliyada krallıq quran vestqotlar Bizans imperiyası ilə apardıqları yazışmalarda ilk dəfə vestqotlar adını işlətməyə başlamışdılar.[2]
İstinadlar
redaktə- ↑ "Вера Буданова Этнонимия германских племён в эпоху великого переселения народов". 2014-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-15.
- ↑ 1 2 3 Wolfram, Herwig (İng. tərcümə.:Thomas J. Dunlap) (1988) History of the Goths. Berkeley: University of California Press, s. 24, fn. 48.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |