Vikipediya Bilirsinizmi 49 Hefte 2014 - Wikipedia
Vikipediya Bilirsinizmi 49 Hefte 2014 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- 1896-cı ildə başlamış Klondayk qızıl hərisliyi 100 min qızılaxtaran macarapərəstin Yukon əyalətinə axın etməsinə səbəb olmuşdur.
- Məlum olmayan dildə və əlifbada yazılmış Voyniç əlyazmasını oxumaq altı əsrə yaxındır ki, mümkün deyil.
- Alyaskanın Sivard şəhəri 1867-ci ildə ərazinin Rusiya imperiyasından satın alınmasında böyük rol oynamış dönəmin xarici işlər naziri Uilyam Sivardın şərəfinə adlandırılmışdır.
- Seriyalı qatil termini ilk dəfə Ted Bandinin məhkəməsində işlədilmişdir. Bandi 36 nəfəri öldürməkdə ittiham olunaraq elektrik stulunda edam edilib.
- "Titanik" gəmisinin qalıqları ABŞ dəniz donanmasının istefada olan dənizçisi Robert Balard tərəfindən 1985-ci ildə Atlantik okeanının 4 min metr dərinliyində aşkarlanıb.
- ABŞ-ın Nom şəhərində 1925-ci ildə insanlar arasında anidən difteriya xəstəliyi yayılmağa başlayır. Şəhərə quru nəqliyyatı olmadığından xəstəlik əleyhinə zərdab çatdırılması üçün xizək itlərindən istifadə olunur. 20 xizəkçi və 150 xüsusi təlim görmüş it 1085 km məsafəni keçərək 5 gün ərzində zərdabı Nom şəhərinə çatdırırlar. Nom şəhərinə zərdab çatdırılması kimi tarixə düşən hadisə bütün ABŞ-da rezonans yaradır.
- Çilinin 3600 km qərbində Pasxa adasında yerləşən moai daş heykəllərinin kim tərəfindən, nə zaman və hansı məqsədlə yaradıldığı məlum deyil.