Vikipediya Bilirsinizmi 51 Hefte 2023 - Wikipedia
Vikipediya Bilirsinizmi 51 Hefte 2023 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən Botsvana haqqında məlumatlar…
- Okavanqo çayının Kalaharinin mərkəzi hissəsindəki tektonik bir nova çatdığı yerdə yaranan və heç bir okeanla əlaqəsi olmayan, planetin ən böyük daxili çay deltası Okavanqo deltası eyni zamanda dünyada heyvan sıxlığının ən çox müşahidə olunduğu ərazisi hesab olunur. Belə ki, ilin müəyyən vaxtlarında günəşdən qorunmaq və su içmək məqsədilə 200 mindən çox məməli həmin əraziyə axın edir.
- Dünyadakı ən böyük almaz ehtiyatı Botsvanada yerləşir. Qaboron şəhərindən 110 km qərbdə yerləşən Cvanenq almaz yatağı 720 m dərinliyədək yatağın ümumi ehtiyatı 428 milyon karata yaxındır.
- Afrika materikində ən çox fil Botsvanada yaşayır. 2023-cü ilin məlumatına görə ölkədə 130.451 ədəd fil yaşamaqdadır. Hər kvadrat kilometrə 1.28 fil sıxlığı ilə ölkə bu baxımdan materikin lideri mövqeyində qərarlaşıb.
- Lesoto və Esvatinidən sonra ümumi ölkə əhalisin ən yüksək Qazanılmış İmmun Çatışmazlığı Sindromuna sahib ölkəsi Botsvanadır. 22,35% ölkə əhalisi və ya 392 min nəfərə yaxın şəxs sözügedən virusa sahibdirlər. Hər il QİÇS-in səbəb olduğu xəstəliklərdən 5 mindən çox insan vəfat edir.