Viktor Tsoy - Wikipedia
Viktor Robertoviç Tsoy (rus. Виктор Робертович Цой; 21 iyun 1962[1][2], Leninqrad[4] – 15 avqust 1990[1][2]) — sovet rok musiqiçisi, koreya (ata) və rus (ana) mənşəli şair, rəssam, "Kino" rok-qrupunun yaradıcısı və rəhbəri. Bir neçə filmdə aktyor kimi rol alıb.
Viktor Tsoy | |
---|---|
rus. Виктор Робертович Цой | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 21 iyun 1962[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 15 avqust 1990[1][2] (28 yaşında) |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi[5] |
Dəfn yeri | |
Uşağı | 1 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | şair, aktyor, müğənni, gitaraçı, bəstəkar, mahnı yazarı[d], kino aktyoru, rəssam, müğənni-mahnı yazarı, söz yazıçısı[d], rok musiqiçisi |
Fəaliyyət illəri | 1978–1990 |
Janrlar | rok, yeni dalğa, Postpank, pank rok[7][8][…], indi-rok[7][8][…] |
Musiqi alətləri | gitara, bas-gitara |
Səs tembri | bariton |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəViktor Tsoy bədən tərbiyəsi müəlliməsi Valentina Vasilyevna Tsoy və koreyamənşəli mühəndis Robert Maksimoviç Tsoyun ailəsində dünyaya gəlmişdir. 1974–1977-ci illərdə incəsənət məktəbinə getmişdir. Bu illərdə Palata №6 adlı qrupda bas-gitarist kimi fəaliyyət gostərmişdir. İncəsənət məktəbindən davamiyyət səbəbinə görə xaric edildikdən sonra texniki-peşə məktəbində ağacoyma sənəti üzrə oxumuşdur. Gəncliyində Vladimir Vısotski, Mixail Boyarski və Brüs Linin fanatı olmuşdur. Sonralar onun imicində Brüs Linin təsiri hiss olunurdu. Şərq əlbayaxa döyüş növləri ilə maraqlanır, netsuke adlanan yapon fiqurlarını düzəldirdi.
Yaradıcılığı
redaktə1970-ci illərin sonu, 1980-ci illərin başlanğıcında həvəskar rok qrupu olan "Piliqrim"-in üzvü Aleksey Rıbin və "Palata № 6" qrupunun bas-gitaristi Viktor Tsoy arasında davamlı danışıqlar başladı. Onlar Mayk Naumenko (Zoopark) və ya Andrey Panovun (Svin) mənzillərində görüşərək "Автоматические удовлетворители" pank qrupunun ərsəyə gətirmək üçün hazırlıqlar həyata keçirirdilər.
Ölümü
redaktəViktor Tsoy 15 avqust 1990-cı il 12:28 radələrində avtomobil qəzasında həlak olub. Qəza Latviyada Sloka-Talsi yolunun 35-ci kilometrliyində rəsmi versiyaya görə sükan arxasında yatıb və özünə məxsus Moskviç-2141-də İkarus markalı avtobusla toqquşub. Tsoy 19 avqust 1990-cı ildə Boqoslovskoe məzarlığında dəfn edilib.
Ölümün səbəbləri haqqında başqa versiyalar da vardır. Belə ki, "Sledstvie veli…" sənədli filmlərini hazırlayanlar təxmin edirlər ki, Tsoy sərt döngəni dönərkən maqnitofonundakı kasetin üzünü dəyişməyə çalışıb ki, bu da fikrinin yayınmasına və nəticədə qəzaya səbəb olub.
Diskoqrafiya
redaktə- 1982 — "45"
- 1983 — "46"
- 1984 — "Начальник Камчатки"
- 1985 — "Это не любовь"
- 1986 — "Ночь"
- 1988 — "Группа крови"
- 1989 — "Звезда по имени Солнце"
- 1989 — "Последний герой"
- 1990 — "Чёрный альбом"
Filmoqrafiya
redaktə- 1986 — "Ya-Xxa" (rus. «Йа-Хха») (sənədli video). Rejissor Raşid Nuqmanov
- 1986 — Tətilin sonu (rus. «Конец каникул»). Rejissor Sergey Lısenko
- 1987 — Rok (sənədli kadrlar). Rejissor Aleksey Uçitel
- 1988 — "Assa". Rejissor Sergey Solovyov
- 1988 — "İynə" (rus. «Игла»). Rejissor Raşid Nuqmanov
- 1992 — "Sonuncu qəhrəman" (rus. «Последний герой»). Rejissor Aleksey Uçitel
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #119297396 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 3 4 Viktor Robertovich Tsoi // Find a Grave (ing.). 1996.
- ↑ 1 2 Калгин В. Н. (unspecified title) (rus.).
- ↑ 1 2 MusicBrainz (ing.). MetaBrainz Foundation, 2000.
- ↑ Discogs (ing.). 2000.
- ↑ Find a Grave (ing.). 1996.
- ↑ 1 2 https://web.archive.org/web/20210624182614/https://www.soyuz.ru/articles/1172.
- ↑ 1 2 https://web.archive.org/web/20220806021951/https://solncesvet.ru/opublikovannyie-materialyi/zvezda-po-imeni-viktor-coy.6604295372/.