Vodafone Park - Wikipedia
Beşiktaş Park yada sponsorluq adı ilə Tüpraş Stadionu, 2013 İyununda Beşiktaş İnönü Stadionunun sökülməsi ilə yerinə Beşiktaş İnşaat Yatırım A.Ş. tərəfindən tikilməkdə olan futbol stadionu. 2014-cü ildə mobil operator Vodafone ilə bağlanan müqavilə ilə Vodafone 15 illiyinə stadionun adına sponsor oldu. [4] Azarkeşlər tərəfindən göndərilən məktubları stadionun bünövrəsinə qataraq "Təməlində sevgi var" şüarını başlatmışdır.Stadionun damı 12 Noyabrda yüksəldilmişdir.Avropada bir çox klubun istifadə etdiyi hibrid qazon Tüpraş Stadionunda tətbiq edilir. 2023-cü ildən adı Tüpraş Stadionudur.
Tüpraş Stadionu | |
---|---|
Vodafone Park | |
Keçmiş adı | İnönü Stadionu |
Yeri | Beşiktaş, İstanbul, Türkiyə |
Təməli qoyulub | Noyabr, 2013 [1] |
Tikilib | 2013 |
Açılış tarixi | 11 Aprel 2016 (planlaşdırılan) |
Tikinti xərcləri | 120 milyon € [2] |
Memar | Bünyamin Derman |
Sahibi | Beşiktaş J.K. |
Tamaşaçı tutumu | 42.445[3] |
Ev sahibi komanda | Beşiktaş JK |
Meydançanın ölçüləri | 105x68 m |
Ot örtüyü | Hibrid |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəİlk dəfə 23 Fevral 2004 tarixində gündəmə gələn lakin lazımi icazələrin çıxmaması səbəbi ilə təxirə salınan layihənin inşaat müddəti rəsmi olaraq 17 Yanvar 2013 tarixində başlamışdır. Türk Telekom Stadionu və Timsah Park ilə Türkiyənin C90görüş bucağına sahib stadionlarından biri olaraq hazırlanan yeni İnönü stadionunda 147 qapalı loja,4500 VIP tribuna və 162 əlil oturacağı olacaq.İki qat formada hazırlanacaq stadionun birinci qatı 26°,ikinci qatı isə 38° olacaq.
Mövqeyi
redaktəVodafone Park İnönü İdman Kompleksi,1947 ilində inşa edilən indiki İnönü stadionunun olduğu sahəyə inşa edilir.
Xüsusiyyətləri
redaktə- Oturacaqların üstü tamamilə örtülü
- C90 baxış bucağı
- Qatlana bilən oturacaqlar
- Örtük altından istilik sistemi
- İki mərtəbəli tribuna
- Açıq və qapalı avto park
- VIP otaqlar
- Tutumu: 42.445
- Avto park tutumu: 600
- Əlil azarkeş tutumu: 81 əlil oturacağı + 81 müşayiətçi(cəmi 162 oturacaq)
- Tribunaların sahədən uzaqlıqları: 795 və 615 sm
- Mətbuat tribunası tutumu:186 nəfər
İstinadlar
redaktə- ↑ http://www.fanatik.com.tr/foto-galeri/besiktas/besiktas-vodafone-arenanin-temeli-atildi-348137[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2014-12-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
- ↑ "Arxivlənmiş surət". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-22.
- ↑ "Arxivlənmiş surət". 2013-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.