Xitaylar - Wikipedia
Xitaylar[1](çin. 契丹, Pinyin=Qìdān; fars. ختن, Khitan), Kitanlar və ya Kidanlar,IV əsrdə yaşayan və mənşələri Monqolustan və Mançuriyadan olan köçəri Monqol xalqı.Onlar Liao sülaləsini və Qaraxitaylar dövlətini təsis ediblər.
Kidanlar dövləti
redaktəV-VI əsrlərdə indiki Monqolustan,Mancuriya və Uzaq Şərq arası ərazilərdə bəzi Türk,Monqol və Tunqus mənşəli tayfaların ittifaqı yarandı.İttifaq əsasında 698-ci ildə Mancuriyada ilk dövlət qurumu olan Bohay dövləti təşəkkül tapdı.Tədqiqatçılara görə bu qurum əsasən tunqus mənşəli Mohe tayfasının dövləti idi. Lakin onu qədim türk tayfalarının qurumu Sayanlar da vardır.924-cü ildəQaraxitaylar( əslində bu tayfanın adı Kitaydır.Çinin şimal əyalətlərindədə yaşadıqlarına görə əraziləri Kitay adlanırdı) Bohay dövlətini zəbt etdi.Sonrakı illərdə Kidanlara qarşı yerli tayfaların üsyanları oldu,və Kidanlar geri çəkilmək məcburiyyətində qaldılar.Bu vaxt Uzaq Şərqdə Çin mənbələrində Çurçen adlandırılan bir tayfa da yaşayırdı. Bu tayfa Sunqari,Ussuri və Amur çaylarının hövzələrində və Çanbaşyan dağlarında yaşayırdılar.Mənbələrə görə onlar 72 tayfadan ibarət idilər. X əsrin əvvələrində feodal Ambaqan Qarakidan tayfalarını birləşdirərək,qüvvətli tayfa ittifaqı yaratdı.927-947-ci illərdə Kidanlar Çinin şimalını işğal etdilər.Pekin şəhəri onların paytaxtı oldu.985-ci ildə Kidanlar Çurçenlərin yaşadığı ərazilərə qarət məqsədi ilə növbəti hərbi səfər təşkil etdilər.993-cü ildə bir mənbəyə görə 880 minlik Kidan ordusu Çurçenlərin şəhər və kəndləri dağıtdı. Çurçen tayfa ittifaqının başçısı Şilu Kidanlara qarşı mübarizəyə başladı.Onun oğlu Uqun-Ay (1021-1074-ci illər) qüvvətli dövlət yaratdı.Sonra onun yerinə keçən 19 yaşlı oğlu Xelibo (1074-1092-ci illər) və varisi Polaşu (1092-1094-cü illər) vaxtında Çurçenlərin qüdrətli dövləti ortaya çıxdı.Çin mənbələrində bu dövlət "Qızıl imperiya" adlanır.Onlar 1114-cü ildə Kidanları qovub Şimali Çindən çıxardılar.Kidanlar Yeloydaşı xanın başçılığı ilə Qaraxanilər dövlətinə hücuma keçdilər,Yeddi-Su əyaləti və Cənubi Qazaxıstanı işğal etdi.Mənbələrə görə onların miqdarı 40 min çadır,yəni 200 min nəfər idi.1137-ci ildə Yeloydaşı xan Səmərqənd,Buxara və Xarəzmi işğal etdi.
1141-ci ildə Kidanlar Mavəraünnəhrə daxil oldular.Bu dəfə Səlcuq sultanı Səncər Qaraxanilərin tərəfini saxladı.Qaraxanilərin Səmərqənd hakimi Mahmud xan və Sultan Səncərin birləşmiş qoşunları Katvan çölündə Kidanların ordusu ilə üz-üzə gəldilər.Vuruşma Səncərin məğlubiyyəti ilə bitdi və ordusundan 30 min nəfər döyüşçü öldürüldü. Səncər və Mahmud Tərməzə qaçdılar.Səncərin düşərgəsi və arvadı Türkan Xatun Qaraxitayların əlinə keçdi.
Dövlətin tənəzzülü və süqutu
redaktə1143-cü ildə Yeloydaşı xan öldü.Onun oğlu yox idi,ona görə "qurxan" adı ilə hakimiyyətə əvvəlcə arvadı,sonra isə qızı keçdi.Belə bir şəraitdə bir tərəfdən qurxanın qohumları hakimiyyət uğrunda mübarizəyə başladılar,digər tərəfdən Kidanların hakimiyyətinə qarşı əyalətlərdə iğtişaşlar başladı. Nəticədə Kidanların hakimiyyəti zəiflədi. 1208-ci ildə Çingiz xan tərəfindən məğlub edilmiş Naymanlar Yeddi-Su əyalətinə gəldilər, və Nayman hökmdarı Kuçluk xan Kidan hökmdarı Çjuluxu(çin:楚魯甦) ilə ittifaqa girərək,Mavəraünnəhrin hakimiyyətə tabe olmayan yerli hakimlərinə qarşı mübarizəyə başladılar.Lakin Kuçluk yaxşı silahlanmış ordu yaratdıqdan sonra qurxana qarşı düşmən mövqe tutdu. O Üzkəndə hücum edərək qurxanın oradakı xəzinəsini ələ keçirdi.Daha sonra Kuçluk Balasaqunu tutmaq istədikdə məğlub edilərək öldürüldü.1210-cu ildə Xarəzmşah Məhəmməd Səmərqənd əyalətinin hakimi Osmanla birləşib Yeddisu əyalətinə hücum etdi. Həmin ilin 9 sentyabrında onların arasında qanlı vuruşma baş verdi,lakin heç bir tərəf qalib gələ bilmədi, və tərəflər döyüş meydanından çəkildilər.Kidanların ordusu Balasaquna gəldi.Lakin məlum oldu ki, şəhərin hakimi də Xarəzmşahla əlaqədədir. Kidan ordusu ona görə şəhəri 16 gün mühasirədə saxladı,şəhər alındıqdan sonra 3 günlük qarətə buraxıldı.Mənbələrdən aydın olur ki,bu qarət vaxtı şəhər əhalisisindən 47 min nəfər adam öldürülmüşdü.1210-cu il döyüşündən sonra Xarəzmşah öz ölkəsinə gəldi,və yeni hərbi səfərə hazırlaşmağa başladı. Osman da onun tərəfində idi. Bu vaxt Osman Xarəzmşah Məhəmmədin qızına evləndi. 1219-cu ildə Çingiz xanın məşhur sərkədəsi Subutay Balasaqunu tutub Qaşqara yaxınlaşdı,şəhəri ələ keçirib Kuçluk xanın başını kəsdi.Beləliklə Kidan dövlətinə son qoyuldu.
Mənbə
redaktəƏsməd Muxtarova. Türk xalqlarının tarixi. Bakı, 2010.
İstinadlar
redaktə- ↑ "Khitan." Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica Inc., 2012. Web. 26 Oct. 2012. <http://www.britannica.com/EBchecked/topic/316644/Khitan Arxivləşdirilib 2014-02-09 at the Wayback Machine>.