Xoyskiler - Wikipedia
Xoyskilər — Azərbaycan türklərinin tarixində mühüm rol oynamış ailələrdən biri. Ailənin kökü Xoy xanlarından gəlməkdədir.
Xoyskilər | |
---|---|
Titul | Xan |
Əcdadı | Cəfərqulu xan Dünbili |
Qohum soylar | Abraxanovlar |
Mənşəyi | Xoy, Şəki, Gəncə |
Təbəəliyi | Rusiya imperiyası |
Soyun yaranması
redaktəBu soyun ulu babası Cəfərqulu xan Dünbilidir. Cəfərqulu xan Əhməd xan oğlu Dünbili (?-1814) Fətəli şah Qacara üsyan qaldıraraq Rusiya imperiyasına üz tutdu. O, imperator I Aleksandr tərəfindən bahalı brilyantla bəzədilmiş qızıl metal və qızıl lələklə təltif edilmiş, 1807-ci ildə general-leytenant rütbəsi ilə təltif edilərək, həm də Şəki xanı təyin edilmişdi. 1810-cu ildə Cəfərqulu xanın vəfatından sonra Şəki xanlığını onun oğlu İsmayıl xan idarə etmişdi. Şəki xanlığı 1819-cu ildə ləğv edilmişdi. Dünbili tayfasından olmasına baxmayaraq övladları Xoyski soyadını qəbul etdilər. Digər oğlu Əbuturab (Əbra) xanın törəmələri isə Əbraxanov soyadını daşıdılar.
Soyun tanınmış nümayəndələri
redaktə- Cəfərqulu xan Dünbili — Xoy xanı, Xoy ətrafında məskunlaşmış kürd dünbülü tayfasının rəisi, Şəki xanı, rus ordusunun general-leytenantı, Xoyski familiyasını daşımış ilk şəxslərdən biri.
- İsmayıl xan Xoyski — Şəki xanı.
- Kəlbəli xan Xoyski — Rus ordusunda general mayor, İskəndər xan Xoyskiın atası, Fətəli xan Xoyskinin ata babası.
- İskəndər xan Xoyski — Çar ordusuun general-leytenantı, Fətəli xan Xoyskiın atası.
- Hüseynqulu xan Xoyski – çar ordusunun general-mayoru.
- Fətəli xan Xoyski — Azərbaycanlı siyasi xadim.
- Rüstəm xan Xoyski — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri.
- Tamara xanım Xoyskaya — Azərbaycanın birinci xanımı, Mirzə Davud Hüseynovun həyat yoldaşı.
- Əmir xan Xoyski — Qubada və Bakıda qubernatorun müavini,1919-cu il oktyabrın on üçündə Qazax qəzasının qubernatoru.
- Cahangir xan Xoyski, (1849–1920) — Xoyiski, Sankt-Peterburq Universitetinin hüquq fakultəsini bitirib. Titulyar müşavir. Nuxa məhkəməsində hüquq məsləhətçi, tərcüməçi vəzifəsində işləyib. 1907–1909-cu illərdə Gəncə şəhər Upravasında hüquq borosunda hüquq məsləhətçisi, 1908–1909-cu illərdə Gəncə şəhər Dumasının deputatı seçilmişdir. Cahangir xanın həyat yoldaşı Səltənətbəyim xanım olmuşdur. Onların dörd evladı varı: Əmiraslan xan (1885–1952), Sarabəyim xanım (1888–1942), Sehranbəyim xanım (1892–1964Ə), Temur xan (1895-?. Cahangir xan 1920-ci ildə Gəncədə vəfat edib.
- Fatma xanım Ata xan qızı Əbraxanova — Teymur bəy Həsənbəyov həyat yoldaşı.
- Qəmərnisə bəyim Ata xan qızı Əbraxanova şairə
Qalereya
redaktə-
Cahangir xan Xoyski, titulyar müşavir, hüquqşünas
-
Tamara xanım Xoyskaya-Fətəli xanın qızı
Mənbə
redaktə- Pərvin xəyyam oğlu Mirzəzadə, Xoy xanlarının nəsil şəcərəsi, Almanach.be, 12.08.2003
- Ənvər Çingizoğlu, Xoyskilər, "Soy", 2010. səh.13–19.
- Э.Э.Исмаилов, Ханы Хойские. Материалы к родословной и биографиям, ATŞC-nin xəbərləri, IV buraxılış. Bakı, 2003.ст.35–58.
- Тамара Хойская: "Никого не обвиняю в том, что в Баку стоят памятники коммунистам, а не лидерам АДР"
- Şəki xan qəbristanlığında Xoyskilərə aid daha bir başdaşı aşkar olundu.
Xarici keçidlər
redaktə- Encyclopædia Iranica :DONBOLĪ. Originally Published: December 15, 1995.