Yalcin Efendiyev Kinorejissor - Wikipedia
Yalçın Heydər (Əliheydər) oğlu Əfəndiyev (24 iyul 1937, Bakı – 10 dekabr 2019, Bakı) — Azərbaycan kinorejissoru, Azərbaycan Respublikasının xalq artisti (2007).
Yalçın Əfəndiyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Heydər Əfəndiyev |
Anası | Fatma Vəkilova |
Fəaliyyəti | kinorejissor |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYalçın Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakıdakı 6 nömrəli rus məktəbini bitirib. Hələ 9-cu sinifdə oxuyarkən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq üçün Moskvaya getməyi arzulayıb, lakin valideynlərinin təkidi ilə Geoloji coğrafiya fakültəsinə daxil olub. Həmin illərdə ÜDKİ-də ilk dəfə ali təhsilli qrup təşkil olunacağını eşidib. Artıq ali təhsili olduğu üçün həmin təhsil ocağına düşməyə şansı yaranıb və ÜDKİ-yə daxil olub. Orada 5 il müddətində Lev Kuleşov və Boris Belokurovdan rejissorluğun sirrlərini öyrənib.[1]
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib Bakıya gələndən sonra bir il assistent işləyib. Daha sonra Süleyman Dəmirəl haqqında kinojurnal çəkib.
"Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin quruluşunu verib. "Nə yaxşı ki, dünyada Səməd Vurğun var" filmi uğurlu işlərindəndir. Bu filmə görə yaradıcı heyət - ssenari müəllifi İsmayıl Şıxlı, rejissor Yalçın Əfəndiyev və operator Zaur Məhərrəmov 1976-cı ildə Azərbaycan Komsomolu mükafatına layiq görülüblər.
Yalçın Əfəndiyev bir müddət "Azərbaycanfilm" kinostudiyasının xronikal-sənədli və elmi-kütləvi filmlər istehsalı birliyinə rəhbərlik edib. Həmin dövrdə Azərbaycan tarixinə, mənəvi dəyərlərinə həsr edilən onlarla film araya-ərsəyə gəlib.
"Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan" cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub.[2] Sənədli filmlərilə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi "Xatirələr sahili" filmidir.
Yalçın Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir.
Yalçın Əfəndiyev 10 dekabr 2019-cu ildə Bakıda vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.[3]
Mükafatları
redaktə- Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1976
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1 dekabr 1982[4]
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1 avqust 2007
Filmoqrafiya
redaktə- "Ağ pələng"lə görüş (film, 1988)
- Azadlıq məşəli (film, 1967)
- Azərbaycan incəsənəti (film, 1988)
- Azərbaycan narı (film, 1978)
- Azərbaycan, Azərbaycan (film, 1970)
- Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)
- Bakı haqqında 10 dəqiqə (film, 1966)
- Burada başlanmışdır (film, 1974)
- Cırtdan (film, 1969)
- Dostluğun təntənəsi (film, 1974)
- Dönüş (film, 1999)
- Fransada Azərbaycan günləri (film, 1985)
- Gənclərin 50 yaşlı teatrı (film, 1979)
- Hikmətli miniatürlər (film, 1991)
- Xatirələr sahili (film, 1972)
- Qayıdış. Anadolu Əbilova
- Qayıdacağına inanırdı (film, 1968)
- Qırmızıbayraqlı Azərbaycan (film, 1980)
- Qurultaydan qurultaya (film, 1985)
- Mustafa Topçubaşov. Əsrin fonunda portret[5]
- Müsəlmanlar sülh uğrunda mübarizədə (film, 1987)
- Naxışların yaddaşı (film, 1973)
- Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)
- Odla təmasda (film, 1972)
- Ovçu, vurma məni (film, 1977)
- Salam, İordaniya (film, 1981)
- Səməd Vurğun (film, 1966)
- Sənin həyat mövqeyin (film, 1979)
- Suriyada (film, 1970)
- Tərlan Musayeva (film, 1980)
- Təsərrüfatlararası birlik (film, 1981)
- Tilsim (film, 2005)
- Yay günləri (film, 1977)
- Yusif Məmmədəliyev (film, 1987)
İstinadlar
redaktə- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ "Cizgi filmi - "Cırtdan" (1969)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 166-169.
- ↑ Mədəniyyət TV. "Rejissor Yalçın Əfəndiyev vəfat etdi" (az.). Youtube.com. 11.12.2019. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
- ↑ Respublika kino sənəti xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ Akademik Topçubaşov haqqında sənədli film çəkilib: [rejissor Yalçın Əfəndiyevin “Mustafa Topçubaşov. Əsrin fonunda portret.” filmi haqqında] //Ayna.- 2011.- 19 noyabr.- S.20.
Mənbə
redaktə- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.