Yanacaq - Wikipedia
Yanacaq — ədədi qiymətcə 1 kq yanacağın tam yanması üçün sərf olunan istilik miqdarına deyilir. 1 kq yanacaq tam yanarkən sərf olunan istilik miqdarı yanacağın kütləsindən və növündən asılıdır.Bu zaman sərf olunan istilik miqdarı aşağıdakı düsturla hesablanır:
Q = qm
Burada q - yanacağın xüsusi yanma istiliyi ,m - yanacağın kütləsi , Q - yanacağın tam yanması nəticəsində sərf olunan istilik enerjisidir."Yanacağın Xüsusi Yanma İstiliyi" hər bir yanacaq üçün müvafiq olaraq təcrübələrlə müəyyən edilmişdir.Lakin buna baxmayaraq bir çox mənbələrdə bununla əlaqədar bəzi fərqliliklər aşkar olunub.Ona görə də hələ ki, bəzi yanacaqların "Xüsusi Yanma İstiliyi" dəqiq olaraq müəyyən deyil.Sadəcə olaraq dərsliklərdə və ya Fizika üçün nəzərdə tutulmuş təcrübə kitablarında bu təxmini olaraq,yəni dəqiq nəticəyə ən yaxın götürülmüşdür.
Yanacağın yanması prosesi qısa müddət sürən, maddənin molekullarına və atomlarına xaricdən istilik enerjisi vasitəsilə parçalanması prosesidir.Yanacaq sadəcə təbiətdə deyil,bizim orqanizmimizdə də baş verir.Fərqlisi isə odur ki, orqanizmimizdəki yanacaq bədənimizə daxil olan karbohidratlar və ya zülallardır.
Növləri
redaktəTəbiətdə ən geniş yayılmış yanacaq növləri sırası ilə aşağıdakılardır:
Aqreqat halına görə yanacaqlar aşağıdakı qruplara bölünür:
Bərk yanacaqlar
- Quru ağac
- Yanar şist
- Sapropel
- Torf
- Bitumlu qum
- Bərk raket yanacağı
- kömür(daş kömür, boz kömür)
- Odun
Maye yanacaqlar
- Neft yanacaqları (dizel yanacağı, soba yanacağı, mazut, kerosin, benzin)
- Yağlar
- Spirtlər
- Maye raket yanacağı
- Efirlər
- Qazoyl
- Mazut
Qaz yanacaqlar
- Təbii qaz (metan)
- Neftlə birlikdə çıxan qazlarPropan, Butan və s.
- Metan, təbii qaz, kerogen qazı, mədən qazı, bataqlıq qazı, bioqaz
- Hidrogen
- Sıxılmış təbii qaz(CNG)
- Bərk yanacağın qazlaşdırılması məhsulları