Yarimburqaz Magarasi - Wikipedia
Yarımburqaz mağarası — dünyanın ən qədim mağaralarından biridir[1].
Yarımburgaz mağarası | |
---|---|
Ümumi məlumatlar | |
Uzunluğu | 500 m (alt mağara), 52 m (üst mağara) |
Kəşf tarixi | XIX əsr |
Giriş sayı | 2 |
Yerləşməsi | |
41°04′30″ şm. e. 28°44′31″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Region |
|
Vilayət |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafi mövqeyi
redaktəMağara İstanbulun mərkəzindən təqribən 22 km şimal-qərbdə; Altınşəhərin 1 km şimalındadır. Cənubundakı Küçükçekmece Gölünün şimal sahilindən 1.5 km uzaqlıqdadır. Mağaraya Halkalı-Altınşəhərdən gələn quru yolla getmək çox rahatdır[1].
Tədqiqi
redaktəİlk dəfə Abdullah Bəy tərəfindən XIX əsrin ortalarında elm dünyasına təqdim olunan Yarımburqaz mağarasındakı ilk dövr arxeoloji qazıntıları Şövkət Əziz Kansunun başçılığı altında, Kılıç Köktenin nəzarəti ilə 1963-cü ildə aşağı mağaranın giriş hissəsində aparılmışdır. Daha sonra 1964 və 1965-ci illərdə Kansu, Kökten və N. Dolunayın başçılığı altında mağara hissələrə bölünərək daha sistemli bir şəkildə araşdırılmışdır. 1966-ci ildən 1986-ci ilə qədər mağaranın müxtəlif səbəblərlə dağılması kimi bir çox səbəblərə görə 1986-cı ildə İstanbul Universiteti; Ədəbiyyat Fakültəsi; Prehistorya elmi tədqiqatçılarından olan Mehmet Özdoğanın başçılığı altında; ikinci dövr Yarımburgaz qazıntıları həyata keçirilmişdir. Bu qazıntılar nəticəsində mağaranın ən qədim sakinlərinin Alt Paleolit dövrünə aid olduğu aşkar edilmiş və bundan sonra da üçüncü dövr qazıntıları başladılmışdır. Bu qazıntılar İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Prehistorya elmi tədqiqatçılarından olan Güven Arsebükün başçılığı altında; ABŞ Berkeleydəki Kaliforniya Universiteti Antropologiya sahəsi tədqiqatçılarından F. Clark Howellın qatılmasıyla; hər iki universitetin ortaq layihəsi olaraq 1988-1990-cı illərdə həyata keçirilmişdir[1].
İstinadlar
redaktə- ↑ 1 2 3 "Yarımburgaz Mağarası" (türk dili). tayproject.org. 27 sentyabr 2016 tarixində arxivləşdirilib.
Xarici keçidlər
redaktə- Yarimburgaz Magarasi Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine