Yerin Mantiyasi - Wikipedia
Mantiya (yun. mantion- plaş, örtük) — Yer kürəsinin Maxaroviçiç sərhədindən (30–35 km, Yer qabığının dabanı) 2900 km dərinliyə kimi (nüvənin xarici Vixert-Qutenberq sərhədi) olan hissəsi.[1] Əsasən, maqnezium və dəmirlə zəngin olan ağır minerallardan təşkil olunmuşdur. Mantiya quruluşuna görə 3 hissəyə bölünür: üst (300 km-ədək), orta (300–950 km) və alt (950–2900 km) mantiya. Tektonik hərəkətlər, maqmatizm və s. proseslər mantiya ilə əlaqədardır.[2]
Yerin mantiyası Yerin nüvəsinin xarici sərhədində uzununa dalğaların sürəti (Vp) orta hesabla 8 km/s-dan (7,8–8,5 km\s) ~ 13,6 km\s-dək (nüvənin Perqam sərhədində), eninə dalğaların (Vs) sürəti isə uyğun olaraq 4,4–7,3 km\s-dək artır. Yerin mantiyası sıxlığın şaquli paylanması yer qabığının altında 3,3–3,5 q\sm3-dək, nüvənin xarici sərhədində 5,6–5,9 q\sm3-dək dəyişir. Yerin mantiyası üçün ağırlıq qüvvəsinin (g) hesablanmış qiyməti dəyişməz kəmiyyətdir: g"const"1000 sm\san2. Yer qabığı altında təzyiq 1,3–1,4 mln. atm-ə yaxındır. Okean altındakı təzyiq qitə qabığı altındakı təzyiqdən xeyli azdır. Yerin mantiyası elektrik keçiriciliyi dərinliyə getdikcə artır. Müxtəlif müəlliflərə görə, mantiyanın dabanında temperatur 1500–10000 °C arasında dəyişir, sabit temperatur qradiyentin 0,6 qrad\km 3000°-yə dədər ehtimal olunur. Mantiya səthinin temperaturu, ola bilsin ki, ərimə temperaturu intervalına yaxındır.
Digər planetlərin mantiyaları
redaktəMerkuri təxminən 490 kilometr (300 mil) qalınlığında silikat mantiyaya malikdir və onun kütləsinin yalnız 28%-ni təşkil edir. Veneranın silikat mantiyası təxminən 2800 kilometr (1700 mil) qalınlığındadır və onun kütləsinin təxminən 70%-ni təşkil edir. Marsın silikat mantiyası təqribən 1600 kilometr (990 mil) qalınlığındadır və onun kütləsinin ~74-88%-ni təşkil edir və xassignit meteoritləri ilə təmsil oluna bilər.
Asteroidlərin mantiyası
redaktəƏn böyük asteroidlərdən bəzilərinin mantiyaları var;məsələn, Vesta tərkibində diogenit meteoritlərinə bənzər silikat mantiyaya malikdir.
-
Yer modelinin qatları
-
Aşağı mantiya
-
Mantiya şleyfi
Həmçinin baxi
redaktəİstinadlar
redaktə- ↑ Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
- ↑ Yerin mantiyası // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.