Yorklu Sesilya - Wikipedia
Yorklu Sesilya (ing. Cecily of York; 20 mart 1469, Vestminster sarayı, Böyük London regionu[d] – 24 avqust 1507, Sandaun[d], Cənub-Şərqi İngiltərə[d]) — İngiltərə kralı IV Eduardın və Elizabet Vudvilin qızı.
Yorklu Sesilya | |
---|---|
ing. Cecily of York | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 mart 1469 |
Doğum yeri |
|
Vəfat tarixi | 24 avqust 1507 (38 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | əsilzadə |
Atası | IV Eduard[1] |
Anası | Elizabet Vudvil[1] |
Ailəsi | York sülaləsi |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Atasının ölümü və əmisi III Riçardın taxtı ələ keçirməsindən qısa müddət sonra, 14 yaşlı Anna mərhum kral IV Eduardın Elizabet Vudvildən doğulan digər övladları kimi qeyri-məşru elan olundu. Övladlarının canını qorumaq istəyən sabiq kraliça övladlarını sabiq kralın ailəsinin sığındığı Vestminster Abbadlığına yolladı. Bir ilə yaxın burada yaşayan uşaqlar, III Riçardın qardaşı uşaqlarının can təhlükəsizliyinə təminat verməsinin ardından azadlığa çıxarıldı. Böyük bacılarıyla birlikdə əmisinin himayəsində saraya göndərildi. Kiçik bacıları Brijit və Ketrin isə azyaşlı olmaları səbəbilə analarıyla qaldılar. Çox keçmədən III Riçardın bu qızlardan Elizabet və ya Sesilya ilə evlənəcəyi şayələri yayıldı. Ancaq III Riçard Sesilyanı əsilzadə olmayan öz tərəfdarlarından Ralf Skropla evləndirdi.
III Riçardın ölümü və Henri Tüdorun hakimiyyəti ələ almasının ardından, IV Eduardın övladlarının qeyri-məşru olmasıyla bağlı yazılan qanun ləğv edildi. VII Henri Sesilyanın ən böyük bacısı Elizabetlə evləndi. Üstəlik Sesilyanın da evliliyi kral tərəfindən qəbul olunmadı və cütlük boşandı. Sesilya bu dəfə 1488-ci ildə kralın anası Leydi Marqarita Byufortun vasitəçiliyi ilə kralın ögey dayısı Uelles vikontu Con Uelleslə evləndirildi. Bu nigahdan cütlüyün 2 qızı dünyaya gəlsə də, 1499-cu ildə ərinin ölümüylə dul qaldı.
Bundan bir neçə il sonra isə kralın icazəsi olmadan, Linkolnşirli bir torpaq mülkədarı olan Sör Tomas Kymlə evləndi və bu nigahından da 2 övladı dünyaya gəldi. Ancaq onun bu nigahı və bu nigahdan doğulan övladları saray tərəfindən qəbul edilmədi və mərhum ərinin mirasından məhrum edildi. Buna baxmayaraq kralın anası Leydi Marqarita Byufortla münasibətləri heç vaxt pozulmadı. Hətta 1507-ci ildə vəfat etdikdən sonra cənazə xərclərinin bir hissəsi məhz onun tərəfindən qarşılandı.
Mənbə
redaktə- Weir, Alison (2011b). The Princes in the Tower. Random House. pp. 222–223. ISBN 978-1-446-44919-6
- Ustinov, Vadim Georgievich (2012). War of the Roses: Yorks vs. Lancasters. Moscow: Veche. ISBN 978-5-9533-5294-9
- Everett Green, Mary Anne (1851). Lives of the Princesses of England. Vol. 3. London: Longman, Brown, Green, Longman and Robers. pp. 404–436
İstinadlar
redaktə- ↑ 1 2 Lundy D. R. Cecilia Plantagenet // The Peerage (ing.).