Yuliya Daglalesi - Wikipedia
Yuliya dağlaləsi (lat. Tulipa julia) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir növdür.
Yuliya dağlaləsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Yuliya dağlaləsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik ot bitkisidir. Soğanaq yumurtavari, 3 sm yoğunluğundadır. Xaricdən qonur, nazik, dərivari, daxildən hörümçək toruna bənzər, mamırşəkilli qınla örtülüdür. Gövdə 15–35 sm hündürlükdədir. Yarpaqlar 3–4 ədəd, neştərşəkilli və ya enli-neştərşəkilli, uzunsov, 3 sm-ə qədər enindədir. Çiçəklər tək, 4 sm uzunluğundadır. Çiçəkyanlığının yarpaqcıqlarının alovu moruğu-qırmızı, əsasında tünd-sarı, haşiyələnmiş ləkəlidir, xaricdəki daxildəkindən bir az uzun, uzunsov-rombvari, iti, daxildəki tərs-yumurtavari və ya oval, uzunsov-yumurtavaridir. Qutucuq 3 sm-ə qədər uzunluğundadır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəOrta dağ qurşağında, quru daşlı və əhəngli yamaclarda, bəzən meşələrdə rast gəlinir. Çiçəkləməsi aprel, may, meyvələməsi may, iyun aylarına təsadüf edir. Çoxalması soğanaqla və toxumladır. Mezokserofitdir.
Şimali İran mənşəli nadir növdür. Naxçıvan MR-in Şahbuz rayonunun Biçənək gəndi ətrafında, Cabrayıl rayonu Sultanlı qəsəbəsi ətrafında, Dəvəçi rayonu Şanoçala kəndində, Azərbaycandan kənarda isə İranda yayılmışdır. Quru əhəngli və daşlı yamaclarda bitir. Seyrək rast gəlir.
Çoxalması
redaktəToxumla və vegenetativ yolla çoxalır.
Ehtiyatının dəyişilmə səbəbləri
redaktəAntropagen amillər. Əhali tərəfindən intensiv toplanılması və zoogen amillərin təsiri altındadır.
Becərilməsi
redaktəAzərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.
Qəbul edilmiş qorunma tədbirləri
redaktəXüsusi mühafizə tədbirləri hazırlanmamışdir.