Yuxari Salahli - Wikipedia
Yuxarı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati-ərazi vahidində kənd.
Kənd | |
Yuxarı Salahlı | |
---|---|
41°14′37″ şm. e. 45°16′01″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qazax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 252 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Tarixi
redaktəQazax mahalının qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı.
Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar:
- Salahlı (Ağstafa)–Azərbaycanın Ağstafa rayonunda qəsəbə.
- Salahlı (Samux)–Azərbaycanın Samux rayonunda kənd.
- Salahlı (Zərdab)–Azərbaycanın Zərdab rayonunda kənd.
- Salahlı (Yevlax)–Azərbaycanın Yevlax rayonunda kənd.
- Salahlı Kəngərli–Azərbaycanın Ağdam rayonunda kənd.
Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı XIX əsrin sonlarından ara-sıra rast gəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salahlı şəklində də işlənmişdir.
"Yeddi oğul istərəm" filmindəki Peykanlı kəndinin bir çox kadrları Yuxarı Salahlıda çəkilib.
Toponimikası
redaktəYuxarı Salahlı oyk., miir. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Düzənlikdədir. Keçmiş adı Salahlı olmuşdur. XIX əsrdə ondan əmələ gəlmiş yeni məntəqə Aşağı Salahlı, əvvəlki kənd isə Yuxarı Salahlı adlandırılmışdır. Keçmişdə Qıraq (Kürün qırağında yerləşdiyi üçün) Salahlı da adlanmışdır. Oykonimin ikinci komponenti qazaxların salahlu tayfasının adını əks etdirir.[1]
Əhalisi
redaktə- 1835-ci ilə olan məlumata əsasən Gürcüstan quberniyasının Qazax distansiyasının Salahlı kəndində 600 evdə 2500 nəfəri kişilər, 1520 nəfəri isə qadınlar olmaqla toplam 4020 nəfər tatar əhali yaşayırdı.[2]
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 3645 nəfər əhali yaşayır. Əhalinin 1822 nəfəri kişilər, 1823 nəfəri qadınlardan ibarətdir.[3]
Görkəmli şəxsləri
redaktəSiyahıda göstərilən 1867-ci ildən öncə doğulmuş şəxslərin anadan olduqları kəndin adı Salahlı, bu tarixdən sonra doğulanların isə anadan olduqları həmin kəndin adı isə sənədlərdə Yuxarı Salahlı kimi qeyd olunmuşdur.
- Molla Pənah Vaqif (1717-1797) – 18-ci əsrin klassik şairi, müdərris.
- Səməd Vurğun (1906-1956) — Azərbaycanın ilk xalq şairi.
- Məqsud Şeyxzadə (1908-1967) - Özbəkistanın xalq şairi.
- Leyla Vəkilova (1927-1999)-azərbaycanlı balerina, Azərbaycan SSR xalq artisti, SSRİ xalq artisti.
- İbrahim ağa Vəkilov (1853-1934) - general-mayor, ilk azərbaycanlı hərbi topoqraf,
- İbrahim ağa Usubov – (1872-1920) genaral-mayor, diviziya komandiri.
- Məmmədrza ağa Vəkilov (1884-1944) - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycanda səhiyyənin ilk təşkilatçılarından biri.
- Mustafa bəy Vəkilov (1896-1965) – ADR Parlamentinin üzvü, Daxili İşlər Naziri
- Mustafa ağa Vəkilov (1899-1943)- Azərbaycanın ilk hüquq professoru.
- Səməd bəy Vəkilov (1871-1943) Azərbaycanın ilk ali təhsilli dəmiryolçu mühəndisi.
- Qalib bəy Vəkilov (1888-1937) artilleriya generalı.
- Mehdixan Vəkilov (1902-1975) – görkəmli ictimai-siyasi xadim, tarixçi alim
- Mirzə Nəbi Qayıbzadə (1810-1869) - şair.
- Abbas ağa Nazir (Qayıbzadə) (1849-1919) - 19-20-ci əsr şairi, tərcüməçi və maarif xadimi.
- Fəxri Vəkilov (1916-1987) – görkəmli səhiyyə təşkilatçısı, Azərbaycanın Səhiyyə Naziri
- Osman ağa Gülməmmədov (1892-1950) – Çar Rusiyasının və Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Birinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlığa görə ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" xaçı[4], ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" medalları ilə[5][6], Bakı döyüşündə göstərdiyi qəhrəmanlığa görə "Məcidiyyə" ordeni ilə[7][8], Türkiyə İstiqlaliyyət Müharibəsində göstərdiyi qəhrəmanlığa görə isə "İstiqlal" medalı ilə təltif edilib.
- Gəray bəy Vəkilov (1884-1952) - 1918-ci ildə yeni yaranan süvari rotalarının təşkilatçılarından olub.
- Məmməd Qazax (1899-1970) Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki.
- Elvin Namazov (1990-2016) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub
- Rəhim bəy Vəkilov (1898-1934) – ADR Parlamentinin üzvü, görkəmli siyasi xadim.
- Məmməd ağa Vəkilov (1862-1941) - ADR Parlamenti dəftərxanasının rəisi, Qori seminariyasının məzunu, türkoloq.
- Faris bəy Vəkilov (1886-1978) – ADR-in Gürcüstanda diplomatik nümayəndəsi.
- Firuzə Vəkilova (1878-1927) Azərbaycan pedaqoqu, maarifçisi.
- Badisəba Köçərli (1881-1954) azərbaycanlı xeyriyyəçi, pedaqoq, maarifçi.
- Mədinə Qiyasbəyli (1889-1938) Azərbaycan maarif xadimi, pedaqoq, məktəbdar, jurnalist, tərcüməçi.
- Fatma Vəkilova (1912-1987) geologiya-mineralogiya elmləri doktoru, professor.
- Yusif Səmədoğlu (1935-1998) Azərbaycanın xalq yazıçısı.
- Vaqif Səmədoğlu (1939-2015) Azərbaycanın xalq şairi.
- Fuad Şıxıyev (1913-1977) texnika elmləri doktoru, professor.
- Mənsur Vəkilov (1939-2009)- şair, tərcüməçi, ssenarist, jurnalist.
- Cavanşir Vəkilov (1951-2013)- ictimai-siyasi xadim diplomat, pedaqoq, yazıçı, tarixçi.
- Şöhrət Vəkilov (1957) azərbaycanlı maliyyəçi, dövlət xadimi.
- Aybəniz Vəkilova (1937-2009) Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi.
- Lətifə Əliyeva (1944) Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın xalq artisti.
- Yusif Alıyev (1979) - Azərbaycan alimi, Azərbaycan Dövlət Pedaqoji Universitetininin Quba filialının direktoru.
- Namiq Əhmədov (mayor) - Tovuz döyüşləri şəhidi
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəMənbə
redaktəİsmayıl Umudlu. Vəkiloğulları. Bakı: "QAPP-poliqraf" nəşriyyatı, 2003. 536 səh. İsmayıl Umudlu. Salahlı eli. Tarix-etnoqrafiya-insanlar-yurd bilgisi. Bakı, Apostroff nəşriyyatı, 2011. 912 səh.
İstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Статистическое описание Закавказского края. В двух частях одной книгой с присовокуплением статьи "Политическое состояние Закавказского края в исходе XVIII века и сравнение онаго с нынешним". Составитель Орест Евецкий. Напечатано в Типографии Штаба отдельного Корпуса Внутренне стражи, Санкт-Петербург, 1835 г.: Часть 2.Статистическое описание провинций составляющий край Закавказский. Глава I. Грузия, 126.Примечательные места, стр. 152
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ "Наша история: о царском указе, который мог иметь фатальные последствия для азербайджанского народа…". 1news.az (rus). 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-27.
- ↑ Süleymanov, Mehman. Azərbaycan Ordusunun tarixi: I cild: 1917-1918 (az.). Bakı: Maarif. 2018. səh. 103. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
- ↑ Ağayev, Yusif; Əhmədov, Səbuhi. İstiqlal yürüşü - 1918 (az.). Bakı: Altun kitab. 2009. 80. ISBN 978-9952-24-041-2. 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
- ↑ Mehmet Rıhtım, Mehman Süleymanov. Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu. Bakı: Qafqaz Araşdırmaları İnstitutu. 2008. səh. 339. ISBN 9952-426-23–2. 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
- ↑ "Cümhuriyyət elanını – İstiqlal Bəyannaməsini qoruyan «Tatar Atlı Alayı»". web.archive.org. 2020-12-01. Archived from the original on 2020-12-01. İstifadə tarixi: 2023-10-27.
Qazax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |