4 1 Seher Motivleri - Wikipedia
4.1 şəhər motivləri kinoalmanaxı[3] xaricdə təhsil alan beş gənc azərbaycanlı rejissorun lentə aldığı beş qısametrajlı filmdən ibarətdir.[4] Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə[5] "Azərbaycanfilm" kinostudiyası və Adarifilms tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Gülzar Qurbanova, Cavanşir Hadıyev, Roman Şulqa, Əli Nəsib, Teymur Nadir, Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov, Zemfira Sadıqova, Əlibəy Məmmədli, Əbdül Mahmudov, Dilarə Kazımova, Rövşən Vəliyev, Azər Aydəmir, Əbdül Mahmudov və Aqil M. Quliyev ifa edirlər.
4.1 şəhər motivləri | |
---|---|
4.1 şəhər motivləri | |
Janr |
dram cinayət |
Rejissor | müxtəlif |
Prodüser | aşağıya baxın |
Ssenari müəllifi | müxtəlif |
Baş rolda | müxtəlif |
Operator | müxtəlif |
Bəstəkar | müxtəlif |
Rəssam | müxtəlif |
İstehsalçılar |
"Azərbaycanfilm" kinostudiyası Adarifilms |
İlk baxış tarixi |
31 iyul 2015, Bakı (Nizami Kino Mərkəzi) 2 avqust 2015, Bakı (Nizami Kino Mərkəzi)[1] 3-8 noyabr 2015, Almaniya (25-ci "Cottbus" beynəlxalq film festivalı)[2] |
Müddət | 154 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2015 |
Rəng |
rəngli ağ-qara |
Məzmun
redaktəFilmin adı | Məzmun |
---|---|
Qonşu qadın | Əri (Elxan Cəfərov) ilə konflikti olan qadın (Gülzar Qurbanova) kişilərə güvənini itirib, o, acığını qonşu mənzildəki kişidən (Cavanşir Hadıyev) çıxır. Onlar arasındakı dialoqlar filmin əsasını təşkil edir. Film sadə, yorucu olmayan kadrlardan ibarətdir. Ekranda yığcam kadrlar bir-birini əvəzlədikcə tamaşaçı sanki bir şeiri misra-misra oxuyur.[6]
Film gündəlik həyatın bir parçasıdır və daha çox ovqat filmidir.[7] Köhnə Bakı həyətlərində bir qonşu o birinin evində baş verən hadisələri öz evinin içindəki kimi eşidə bilir. Bütün bu yaxınlığın da səbəbkarı bəlkə də divarların belə nazik olmasıdır. Rejissor bizə tanış əhvalat danışır. İki qonşu arasındakı dava-dalaş tədricən soyuyur və az da olsa, sevgi işartıları görünməyə başlayır. Mənzilə təzəcə köçmüş qonşu qadın təsadüfən (yayda eyvanların qapı və pəncərələri açıq olur) qonşu kişinin öz sevgilisi ilə qalmaqallı ayrılıq səhnəsinin şahidi olur. Kişi ilə yüksək səslə dalaşan evli qadın (Arzu Ağayeva) göz yaşları içində kişinin yanından gedir... Gözlənilmədən qonşu qadın kişinin üstünə düşərək onu eqoist, insafsız olmaqda günahlandırır.[8] Beləcə onların bu ilk tanışlığı dava ilə başlayır. Məlum olur ki, qadın da əriylə dalaşıb evi tərk edib. İki qonşu arasındakı dava-dalaş tədricən soyuyur və az da olsa, sevgi işartıları görünməyə başlayır. Onların arasında baş verən mübahisə zaman keçdikcə ciddi münasibətlərə çevrilə bilərdi. Həyatlarında boşluq olan bu iki qonşu hansısa məqamda ünsiyyət qura bilirlər. Tamaşaçı isə səbirsizliklə sonluğu gözləyir. Qəfildən qadının əri qayıdır və onlar barışırlar.[6] |
Kədərim | Film müasir gəncliyin həyat tərzinə toxunur. Sənədli filmə bənzəyən kadrlarda gənclərin müxtəlif mühit və təbəqələri təqdim edilir. Uğur, pul qazanmaq istəyən gəncliyin həyatı və eyni zamanda düşüncə və həyat tərzləri əks olunur.[6]
Filmin qəhrəmanı bəxti gətirməyən bir musiqiçidir. Gənc oğlan (Roman Şulqa) anderqraund musiqi ilə məşğuldur. Ailədə hamı – valideynləri, həyat yoldaşı ondan narazıdır. Onun dünyagörüşü, həyat tərzi ilə ənənəvi ailə dəyərləri toqquşur, bu münasibətlər daim konflikt törədir. Ənənəvi ailəyə, mentallığa qarşı onun fərqli, nizamsız həyat tərzi dayanır. Lakin bir gün inanılmaz dərəcədə bəxti gətirir və o, ifaçı qismində kübar cəmiyyətdə keçirilən ziyafətə dəvət alır. O, prinsiplərinə zidd gedərək pula görə məclisdə oxumağı qəbul edir. Bəzi dostları onun belə məclisdə çıxışının düzgün olmadığını əvvəlcədən ona deyirlər. Adama elə gəlir ki, artıq tale onun üzünə gülüb və o, nəyə qadir olduğunu hamıya sübut edəcək. Nəticədə, onun çıxışı məclis əhlinə maraqlı gəlmir. Məclis əhli onu bərk əzişdirir. Və indi kefcil musiqiçi hələ uzun müddət evdə qalmalı olacaq. Həyat yoldaşı və oğlu xoşbəxtdirlər![8] Filmin qəhrəmanı üsyankarlığını sona kimi davam etdirə bilmir, inandığı dəyərlər uğrunda mübarizə aparmır, sonda ailəsinə qayıdır, durumu ilə barışır, ailə ənənələrinə məğlub olur. Final simvolik bitir, qəhrəmanının kiçik oğlu atasına pişik nəcisi verir. Bunu hər tamaşaçı müxtəlif cür yoza bilər: həyat zibildir və ya oğul atasının buna layiq olduğunu demək istəyir.[7] |
Yuxarıda və aşağıda | Film gənc fəhlənin hekayətini anladır. Bu gənc, kasıb, eyni zamanda qürurlu oğlanın öz arzuları, düşüncələri var.[6] Sakit təbiətli Aydının (Eyvaz Əliyev) iş yoldaşları və sevgilisi (Xumar Səlimova) ilə münasibəti filmin əsasını təşkil edir. Bütün çətinliklərə baxmayaraq, o, şəxsiyyətini, mərdliyini qoruya bilir. O, iş yoldaşının həyatını xilas etmək lazım gəldiyi zaman içindəki yüksəklik qorxusuna qalib gəlməyi bacarır.[8] Gənc oğlanın sevgilisinin zəngin binalara dikilən həsrətli baxışları, vitrindəki zinət əşyalarına marağı həm də cəmiyyətin maddiləşməsini ifadə edir. Sevgilisi ilə fərqli düşüncə tərzinə sahib olmaları onları nəhayət ayırır. Aydın özünə layiq birini (Cəmilə Tağızadə) tapır.
Film eyni zamanda sosial mesaj ötürür. Rejissor sosial təbəqələşmə haqda düşüncələrini mətnə, sözə yox, təsvirə çevirir. |
Dmitrov küçəsi 86 | Film vacib bir mövzunu, müharibənin vurduğu mənəvi travmaların nəticəsini, görkəmcə yeniləşən şəhərin problemlərini anladır. Yeniləşən şəhər, acı xatirələr. Müharibədə oğlunu itirmiş ana (Zemfira Sadıqova) neçə illərdir evdən bayıra çıxmır. Səbəb isə onun oğlunun ölümündən xəbərsiz olması və bir gün oğlum qayıdar, evdə heç kim olmaz, qapı bağlı olar qorxusudur.[6] Bir gün qızının evinə qonaq gələn qadın bayıra çıxır, yeniləşən şəhəri tanıya bilmir, xatirələrini, gəncliyini axtarır. O, böyüyüb boya-başa çatdığı şəhərdə azır. Yolu itirən qadın Dmitrov küçəsi 86-nı axtarır. Ona kömək etmək istəyən Cəmil adlı oğlan (Əlibəy Məmmədli) Şəfiqə xanımın çəkdiyi küçə adları qarşısında məəttəl qalır: Dmitrov küçəsi, Poluxin, Parapet və s. Gənc oğlan bütün şəhəri axtarıb həmin küçəni tapa bilmir. Əslində isə həmin küçə elə oğlanın yaşadığı indiki Şəmsi Bədəlbəyli 86 ünvanıdır. Deməli, hər iki insan eyni şəhərin sakini olmaqla yanaşı, həm də bir-birindən xəbərsiz qonşulardır. Nəhayət, evini tapan qadın onun söküldüyünü görür.
Filmi yəqin ki, şəhərin gərəksizcə radikal dəyişməsinə etiraz kimi qəbul etmək olar. Və müəllif "Gün keçdi" filmindən sitat gətirməklə öz niyyətini daha aydın bəlli edir. Kinolentdə insan laqeydliyi, dövrün, zamanın problemləri, öz şəhərinin tarixini bilməyən gənclik kimi mövzular ana xətt kimi keçir.[6] |
Zabit şərəfi | Film tipik Hollivud əhvalatını danışır: satqın polis (Azər Aydəmir) cinayətkar dəstəyə kömək edir, digər polis (Rövşən Vəliyev) onların dərsini verir. Detektiv hekayə cinayətkar qrup və onların qarşısını alan xüsusi xidmət orqanı işçisi haqqındadır.[9]
Dostu və iş yoldaşı cinayətkar dəstə tərəfindən öldürülən polis zabiti Rövşən rəisdən xahiş edir ki, bu işin araşdırılmasını ona tapşırsın. Rəis buna qəti etiraz edir, səbəb olaraq onun ailəsində baş verən faciəni göstərir və onun buna hazır olmadığını deyir. Rövşən rəisdən icazəsiz hərəkətə keçir və cinayətkar dəstənin bir neçə üzvünü zərərsizləşdirir. Dəstənin başçısı Qara (Aqil M. Quliyev) Rövşəndən qisas almaq üçün onun arvadını qaçırır. Sonda ədalət qalib gəlir. Filmin sonunda kağız üzərində kadrları növbələşdirən rejissorun görüntüsü postmodern fənddir. Rejissorun nəqlə müdaxiləsi hadisələrin qurama, film olduğunu xatırladır. Filmin mesajı sonda verilir: satqın polis qəhrəman kimi dəfn edilir. Yəni həqiqəti demək həmişə vacib deyil. |
Festivallar və mükafatlar
redaktəFilmin adı | İl | Festivallar | Mükafatlar |
---|---|---|---|
Kinoalmanax | 2015 | 25-ci "Cottbus" beynəlxalq film festivalı (3-8 noyabr 2015, Almaniya | |
Kinoalmanax | 2016 | “Sofia MENAR” Beynəlxalq Film Festivalı (12-29 yanvar, 2016, Bolqarıstan) | |
Yuxarıda və aşağıda | 2016 | "Umut" MDB Ölkələrinin Gənc Kino Forumu | "Ən yaxşı bədii film" nominasiyasında diplom [10] |
Zabit şərəfi | 2015 | "İlin ən yaxşı qısa filmi" nominasıyasında "Qızıl Pəri" mükafatı[11] |
Filmin heyəti
redaktəFilmin adı | Filmin üzərində işləyənlər | Rollarda |
---|---|---|
Kinoalmanax | Rəssam: Rafiq Nəsirov Prodüserlər: Müşfiq Hətəmov, İradə Bağırzadə[2] |
|
Qonşu qadın | Rejissor: Anar Abbasov Ssenari müəllifləri: İradə Bağırzadə, Anar Abbasov[2] Operator: Aleksey Şepilev |
Gülzar Qurbanova — qadın Cavanşir Hadıyev — kişi |
Kədərim | Rejissor: Rüfət Həsənov Ssenari müəllifi: Rüfət Həsənov Operator: Mixail Belkin Bəstəkar: Roman Şulqa |
Roman Şulqa — Roman Əli Nəsib Teymur Nadir — Tima Zemfira Sadıqova — nənə Rita Əmirbəyova — ana Aydın Əlizadə — ata |
Yuxarıda və aşağıda | Rejissor: Teymur İsmayılov Ssenari müəllifi: Teymur İsmayılov Operator: Nadir Mehdiyev Bəstəkar: Gökhan Ceylan |
Eyvaz Əliyev — Aydın Namiq Ağayev — Səməd Arzu Əhmədov— Zeynal Xumar Səlimova — Aydının sevgilisi Cəmilə Tağızadə — popkorn satan qız |
Dmitrov küçəsi 86 | Rejissor: Cəfər Axundzadə Ssenari müəllifi: Cəfər Axundzadə Operator: Alişer Xamidxocayev Bəstəkar: Rüstəm Zeynallı |
Zemfira Sadıqova — Şəfiqə xanım Əlibəy Məmmədli — Cəmil Əbdül Mahmudov — polis mayoru Dilarə Kazımova — Delya Günel Məmmədova — Şəfiqənin qızı Tural Əsədov — Şəfiqənin kürəkəni Rauf Şahsuvarov — qarovulçu |
Zabit şərəfi | Rejissor: Vüqar İslamzadə Ssenari müəllifi: Vüqar İslamzadə Operator: Cəbrayıl Rəfiyev Rəssam: Cavid Hüseyn[2] Bəstəkar: Orxan Bağırov |
Rövşən Vəliyev — Rövşən Azər Aydəmir — Seymur Aqil M. Quliyev — Qara Əbdül Mahmudov — polis polkovniki Cavid Hüseynov Sain Fərhad — Qaranın adamı Pərvin Abıyeva — Leyla |
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
2015-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Kino Günündə "Şəhər motivləri" almanaxı təqdim ediləcək". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.
- ↑ 1 2 3 4 ""4.1 Şəhər motivləri" bədii filmi Almaniyada nümayiş olunacaq". 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.
- ↑ İki ekran əsəri Sofiya festivalında: [C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “4.1 Şəhər motivləri” kinoalmanaxı və Mirbala Səlimlinin çəkdiyi “Qırmızı bağ” tammetrajlı bədii filmi haqqında] //Mədəniyyət.- 2017.- 6 yanvar.- S.3.
- ↑ ""4.1 Şəhər Motivləri" "Fokus" təqdimatında". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.
- ↑ FİLMLƏRİMİZ BOLQARISTANIN BEYNƏLXALQ FİLM FESTİVALINA DƏVƏT ALIB[ölü keçid]
- ↑ 1 2 3 4 5 6 "Beş film — beş ümid". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-27.
- ↑ 1 2 "Azərbaycan kinosunda ilk: polis oğrulara qoşulur". 2015-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-27. Sitat səhvi: Xətalı
<ref>
etiketi; "Azərbaycan kinosunda ilk" adı bir neçə dəfə müxtəlif məzmunla verilib - ↑ 1 2 3 YARAT Film Klub / Şəhər motivləri
- ↑ "Kino Günündə gənclərin sınağı". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-27.
- ↑ "Азербайджанский фильм признан лучшим в Кыргызстане (ФОТО)". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.
- ↑ 11. Ən yaxşı qısametrajlı bədii filmi: Zabit şərəfi– rejissor Vüqar İslamzadə